"Bacım qızının ad günündə yoluxduq" - Xəstəxanaya yerləşdirilən əməkdar artist...

"Bacım qızının ad günündə yoluxduq" - Xəstəxanaya yerləşdirilən əməkdar artist..."Ümumiyyətlə pandemiyada çalışırdım ki, heç yerə getməyim. Bacımın qızının doğum günündə idim. Çox adam yox idi, iki rəfiqəsi və bir də özümüz. Rəfiqələrindən biri özü də bilmədən koronovirus imiş. Daha sonra həmin rəfiqəsi bacımın qızına xəbər verib ki, test verin, biz hamımız koronovirusa yoluxmuşuq. Hamımız test verdik, mənimlə bacımın qızında testin nəticəsi pozitiv çıxdı. Çünki bizim immunitetimiz zəif idi. Bacımla mənim qızımda koronovirus xəstəliyi aşkarlanmayıb"

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nahidə Orucova bildirib. Bir neçə gün əvvəl səhhəti ağırlaşan aktrisa hal-hazırda xəstəxanada həkim nəzarətində müalicə aldığını bildirib.

"Fikirləşirdim ki, ev şəraitində özüm müalicə alaram, amma bu mənə çətin gəldi. Çünki tək qalıram, get-gedə də xəstəlik şiddətlənirdi, nəfəsalmamda ciddi problemlər yaranırdı. Nə yaxşı ki, məni xəstəxanaya yerləşdirdilər. Evdə təkbaşına kim baxacaqdı mənə? İlk günlərdə səhhətim yaxşı deyildi, ağırlaşmışdı. Xəstəxanaya gəldiyim ilk günlərdə xüsusi aparatla nəfəs alırdım, quru öskürəyim var idi. İndi şükür ki, buna çox ehtiyyac olmur. Artıq öskürəyim də yumşalıb, səhhətimdə irəliləyiş var. Həqiqətən də çox dəhşətli xəstəlikdir. Heç kim özünə arxayın olmasın ki, mən yoluxa bilmərəm. Xeyr, bu xəstəliklə zarafat etmək olmaz, özünü qorumayan, maska taxmayan hamı yoluxa bilər. Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyinə və bütün tibbi personajına, həkimlərimə xüsusi təşəkkür edirəm. Onlar burada bütün xəstələrin qayğısını çəkirlər" deyə aktrisa bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 6247   Tarix: 11 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma

3 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021
.

"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah

8 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə

17 sentyabr 2021