ABŞ-da yenə polis afroamerikalını ÖLDÜRDÜ: İnsanlar AYAĞA QALXDI

ABŞ-da yenə polis afroamerikalını ÖLDÜRDÜ: İnsanlar AYAĞA QALXDIABŞ-ın Minnesota ştatının Bruklin-Senter şəhərində polisin afroamerikalı şəxsi güllələməsindən sonra insanlar kütləvi etirazlara başlayıblar.

Bu barədə "Star Tribune" məlumat verir.

Belə ki, polis 20 yaşlı Dante Raytın avtomobilini yol-hərəkət qaydalarını pozma səbəbi ilə saxlayıb. Onlar həmin şəxsə bildiriblər ki, onun həbs edilməsi üçün order verilib. Amma bunun səbəbi açıqlanmır. Rayt onu saxlamaq istəyən hüquq-mühafizə işçilərinə tabe olmayıb və öz maşınına əyləşib və hərəkətə başlayıb. Polislərdən biri gənci silahla vurub. Onun maşını bir qədər irəliləyib və başqa bir avtomobilə dəyib. Rayta tibbi yardım göstərilsə də o, yerindəcə ölüb.

Avtomobildə bir nəfər qadın da olub. O, qəza nəticəsində travma alaraq xəstəxanaya yerləşdirilib. Qadının həyati təhlükəsinin olmadığı bildirilir.

Bu hadisə ilə bağlı təxminən 500 nəfər şəhər polis idarəsinin qarşısına toplaşıb. Polis dağılışma tələbinə qarşı çıxan həmin şəxslərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Daha 200 nəfər isə Raytın öldüyü yerə toplaşıb. Ştatın qubernatoru və şəhər meri hadisəni diqqət mərkəzində saxladığını bildirib.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi böyük etirazlara səbəb olmuşdu./Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 803   Tarix: 12 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

4 yaşında ikən qaçırıldı, 52 il sonra ailəsinə qovuşdu

Aura Guerrero Leon 1972-ci ildə Kolumbiyanın Boqota şəhərində 4 yaşında qaçırılan uşaq 52 ildən sonra ailəsinə qovulub. xarici mediaya istinadən xəbər verir ki, 1972-ci ildə itkin düşən ​​ailəsi tərəfindən illərdir axtarılan Aura adlı şəxs ailəsinə qovuçub. Noticias Caracol xəbər agentliyinə danışa

17 aprel
.

Ukraynada səfərbərlik gücləndirilir

Ukrayna Prezidenti Volodimir Zelenski yüz minlərlə ukraynalının silahlı qüvvələrə çağırılmasına imkan verəcək səfərbərliyin sərtləşdirilməsi haqqında qanunu imzalayıb. Qanunda olan normaların bəziləri dərc edildikdən dərhal sonra, böyük hissəsi isə bir aydan sonra qüvvəyə minəcək. Xatırladaq ki, Ukrayn

16 aprel
.

"Microsoft" fotoşəkilləri "həddən artıq real" videolara çevirən tətbiq təqdim edib

Microsoft, insanı fotoşəkildən (hətta Mona Lizadan) "danışan baş"a çevirməyə imkan verən VASA-1 süni intellekt platformasını təqdim edib. xəbər verir ki, yeni xidmətin imkanlarını nümayiş etdirən video süni intellekt üzrə ekspert Min Çoi tərəfindən yayımlanıb. VASA-1 səs yazısı əsasında təsvir

18 aprel
.

Paşinyan: "Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq"

"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib. "Əgə

18 aprel
.

Körpə övladını acından öldürən bloqerə hökm oxunub

Rusiyanın Soçi şəhərinin Lazarev Rayon Məhkəməsi tanınmış rusiyalı bloqer Maksim Lyutıya səkkiz il iş kəsib. Qeyd olunub ki, internetdə qida pəhrizini fəal şəkildə təbliğ edən bloqerin 2023-cü ilin fevralında oğlan uşağı dünyaya gəlib. Bloqer heç vaxt körpəni qeydiyyat şöbəsində və ya uşaq klinikasınd

16 aprel
.

Yeni quş qripi virusu aşkarlandı

Bolqarıstanın cənubundakı Asenovqrad şəhəri ərazisində daha bir quş qripi virusu yayılıb. "Report" xəbər verir ki, bu barədə Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Virus baytarlar tərəfindən təxminən 154 min toyuq olan fermada aşkarlanıb. Bir həftə əvvəl virus Haskovo şəhərind

18 aprel
.

1 ton dəmirin altında qalaraq, dünyasını dəyişdi

Yük maşınından boşaldılılan 1 ton dəmir mühəndisin üzərinə aşıb. xarici mediaya istinadən xəbər verir ki, mühəndis faciəvi şəkildə dünyasını dəyişib. Mühəndisin dəmirlərin altında qaldığını görənlər işçilər dərhal təcili yardım çağırıb. Xəbər üzərinə sağlamlıq, xilasetmə və polis qrupları ünvana söv

18 aprel
.

Əvvəl döydü sonra, sosial mediada hədələdi

Həkimi döyüb sərbəst buraxılan, şəxs bu dəfə də sosial mediada tibb işçisini hədələdi. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Ədirnə şəhərində baş verib. Belə ki, ədirnədə həkim döydüyü üçün həbs edilən şəxs sərbəst buraxıldıqdan sonra da etdiyi hərəkətlərdən peşman olmayıb. Həmi

18 aprel
.

Urmiya gölünün son peyk görüntüsü

Güney Azərbaycanın incisi sayılan Urmiya gölünün son görüntüləri yayılıb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. Fotolardan gölün cənubunda suyun səviyyəsinin bir qədər çox, lakin mərkəzdən şimala doğru olan hissəsində suyun xeyli az olduğu görünür. Məlumata görə

18 aprel