Azərbaycanda bu qadağa LƏĞV OLUNDU
Nazirlər Kabineti yanında Operativ Qərargah daha 3 növ üzrə Azərbaycan milli komandalarına məşq icazəsi verib.
Sonxeber.az bildirir ki, bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
O bildirib ki, qrapplinq və həndbol üzrə kişilərdən ibarət yığmaların, həmçinin voleybol üzrə kişi və qadınlardan ibarət milli komandaların təlim-məşq toplanışları üçün razılıq alınıb: "Bu idman növlərinin qarşıda beynəlxalq yarışları nəzərdə tutulur. Nazirlik olaraq Operativ Qərargaha müraciət etmişik. Qərargah da onların hazırlıq prosesinə icazə verib".
Nazirlik rəsmisi artıq bu komandaların hazırlıqlara başladığını sözlərinə əlavə edib. O deyib ki, həndbol və voleybol millilərinin toplanışı aprelin 30-da, qrapplinqdə isə aprelin 23-də başa çatacaq.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah daha əvvəl futzal millisinə qapalı məkanda məşq və oyun üçün icazə verib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 6847 Tarix: 13 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTovuzda erməni təxribatının qarşısı alındı - FOTO
Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığ
17 aprelDaha bir sabiq deputat vəfat etdi
Keçmiş deputat, BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 86 yaşlı alim bu gün dünyasını dəyişib. Qeyd edək ki, İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. "91-lər"in tanınmış nümayəndələrindən olan İsgəndər Quliye
17 aprel"Bu gün Ermənistan Naxçıvana quru yolun açılmasına maneə törədir" - DEPUTAT
"Azərbaycanın kəndlərini 90-cı illərdə işğal edən, əhalisini soyqırıma məruz qoyan, tarixi abidələrini, mədəni irsini darmadağın edən Ermənistan cinayətlərini ört-basdır etməkdən, Qazaxın işğal altında olan kəndlərini qaytarmamaqdan ötrü bəhanələr uydurur". Bunu -a danışan deputat Müşfiq Cəfəro
17 aprel"WhatsApp"da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO
"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər. -in məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək. Belə ki, messencer
17 aprelPaytaxtın üç rayonunun qaz təchizatında fasilə yaranacaq
"Dübəndi" QPS-də "Dübəndi əlaqələndirici" qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmi
17 aprel