Bakıda İYRƏNC OLAY - 11 yaşı olarkən qohumu ilə cinsi əlaqədə olan qızın əməlləri

Bakıda İYRƏNC OLAY - 11 yaşı olarkən qohumu ilə cinsi əlaqədə olan qızın əməlləriBakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş Biləsuvar rayon sakini, Binə qəsəbəsi Südçülük Savxozu Lələtəpə məhəlləsində yaşayan 1999-cu il təvəllüdlü Ağamoğlan Məmmədov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Xəzər rayon Məhkəməsində baş tutan prosesdə xeyli maraqlı məqamlar üzə çıxıb.

İttiham edilən A.Məmmədov 2019-cu ildə 28 May metrostansiyası yaxınlığında yerləşən mafia klubda 2004-cü il təvəllüdlü Nərmin (ad şərtidir) adlı qızla tanış olduğunu bildirib.

Nərmin ona çətin həyatından danışıb, anası ilə yola getmədiyini, məktəbə getmədiyini, bir müddət əvvəl yaşadığı oğlanla birgə yol qəzasına düşüb xəsarət aldığını, xeyli müddətdir evdən qaçdığını deyib. O, Ağamoğlandan sevdiyi qızın olub-olmamasını soruşub və gecələmək üçün ona yer tapmasını və birgə yaşamaq istədiyini deyib.

Müttəhim bildirib ki, yeni tanış olduğu qız hələ 11 yaşı olarkən bibisi oğlu ilə qeyri-rəsmi ər-arvad kimi yaşadığını və həmin vaxt bibisi oğlu tərəfindən bakirəliyinin pozulduğunu, onunla bir müddət birgə olandan sonra ayrıldığını, bundan sonra başqa şəxslə birgə yaşadığını, həmin şəxslə də mütəmadi cinsi əlaqədə olduğunu deyib.

Bir müddət əvvəl yeni tanış olduğu oğlanın maşınında olarkən Bakı şəhəri ərazisində yol qəzasına düşdüklərini, xəstəxanada müalicə edildiyini və oranı tərk etdiyini, qalmağa yerinin olmadığını deyib. Nərmin Ağamoğlana birgə ev tutub qalmağı təklif edib. Lakin gənc oğlan onu yaşadığı evə aparacağını deyib.

O, bacısına zəng edərək yol qəzasına düşmüş qızın qalmağa yerinin olmadığını deyib və evə gətirməyə şərait yaratmasını xahiş edib. Ağamoğlanın bacısı gecə anasının yuxuda olmasından istifadə edərək onun Binə qəsəbəsindəki evə daxil olmasına köməklik edib və otaqda yatmasına şərait yaradıb. O, qardaşının gətirdiyi qızın sarğısının dəyişdirilməsinə də köməklik edib.

Zərərçəkən qız ifadəsində qeyd edib ki, gecə saatlarında Ağamoğlan onun tək yatdığı otağa daxil olaraq yanına gəlib. Ağamoğlanın onun qolunun zədəli olmasından istifadə edərək müqavimət göstərə bilməməsi səbəbindən təbii yolla cinsi əlaqədə olub. Səhərisi günü Ağamoğlanın anası qızı görüb və oğlunun onu evlənmək məqsədilə qaçırdığını düşünüb. O, Nərminin öz qızı ilə eyni otaqda yatmasını bildirib. Lakin 1 gün sonra Nərmin evi tərk edərək Sabunçuda yaşayan rəfiqəsi Fidanın qaldığı evə gedib.

Məhkəmədə ifadə verən Nərminin anası qızının nə vaxt kiminlə cinsi əlaqədə olması, bakirəliyinin kim tərəfindən pozulması barədə məlumatının olmadığını deyib. O, qarşı tərəflə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini deyərək şikayətçi olmadığını bildirib.

Məhkəmə yüngülləşdirici halları, tərəflərin barışmasını, A.Məmmədovun artıq başqa qadınla rəsmi nikaha daxil olmasını və ailədə işləyən tək insan olmasını, eləcə də digər halları nəzərə alaraq onu 9 ay müddətinə sınaq müddəti olmaqla şərti cəzaya məhkum edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7857   Tarix: 13 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

İtaliya sərhədlərini turistlərə açacağı tarixi və şərtləri açıqladı

İtaliya bu yay sərhədlərini turistlərə üç şərtdən birinə əsasən açacaq.. . Rusiya Tur Operatorları Birliyi (ATOR) xəbər verir ki, bu barədə İtaliyanın Turizm naziri Massimo Qaravalia deyib.. . Onun sözlərinə görə, populyar Avropa ölkəsində turizm fəaliyyəti İtaliyada Respublika Günü qeyd olunduğu 2 iyu

13 aprel

100 yaşlı yapon qadından – Həyatın 4 sirri

Necə olur ki, 50 yaşlı yaponlar 35 yaşlı kimi görünür. 70 yaşda isə onlar turist kimi dünya turuna çıxırlar?. . Bir yaponun nə qədər çox yaşı varsa, bir o qədər onun dəqiq yaşını təyin etmək çətin olur. Onlar 90 yaşına kimi aktiv, qıvraq olur.. . Medicina.az 100 yaşlı yapon qadının yaxşı və uzun ömü

13 aprel

Oruc tutmaq koronavirusa yoluxma ehtimalı artırır? - VİDEO

"Oruc tutan şəxslərin imsak etməsi və imsakdan yarım saat əvvəl 4-5 stəkan su içməsi lazımdır".. . Bunu "ARB 24"ün "İş vaxtı" verilişinə açıqlamasında həkim-dietoloq Leyla Zülfüqarova deyib.. . O bildirib ki, doğru qidanlanmazlarsa, oruc tutanların səhhətində problemlə

13 aprel

Baş infeksionist: "Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil"

Vətəndaş bilməlidir ki, yalnız ikinci doza vaksini vurdurduqdan bir müddət sonra bədənində immunitet yaranır.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, vaksinasiya koronavirusdan 100 faiz qorumadığı üçün, he

13 aprel

Səmada həyəcan: Təyyarədə təhlükəli vəziyyət sərnişinləri qorxutdu – VİDEO

Sosial şəbəkələrdə Soçi - Sankt-Peterburq marşrutu ilə hərəkət edən təyyarədə həyəcanlı anlarla bağlı kadrlar paylaşılıb.. . "Mash" "Telegram" kanalının məlumatına görə, hadisə Rusiyaya məxsus "Azur Air" şirkətinə məxsus təyyarədə baş verib. Kadrlarda oksigen maskalarını

13 aprel

Sağalmaz xəstəliklə bağlı "ÜMİD İŞIĞI" YANDI

Elm xadimlәri parkinson xəstələrinə ümid bәxş edәn yeni araşdırmalara imza atırlar.. . Lüksemburq Universitetinin tәrkibindәki Tibbi-Biologiya sistemləri Mərkəzinin alimlәri, Almaniyadakı Münster və Bielfeld universitetlərindən həmkarlarıyla birlikdə dəri kök hüceyrələrindən əldə edilən sinir hüceyrələrin

13 aprel

Türkiyəli müğənnidən gözlənilməz hərəkət: Təyyarədə stüardessalara hücum etdi

Türkiyəli müğənni Mehmet Erdemin ABŞ-a uçduğu təyyarədə çətin anlar yaşanıb.. . "Takvim" xəbər verir ki, İstanbuldan Çikaqoya gedən Erdem uçuş zamanı spirtli içki içib.. . Bundan sonra tez-tez sifarişlər verib və onunla gec maraqlanan stüardessalara acıqlanıb.. . Müğənninin sənətinə yaraşmaya

13 aprel

Suyatullanma yarışında bədbəxt hadisə: 12 yaşlı idmançı komaya düşdü

Rusiyanın Kazan şəhərini təmsil edən 12 yaşlı idmançı Moskvada keçirilən suyatullanma yarışında ağır xəsarət alaraq komaya düşüb.. . Bu barədə məlumat "Mutko protiv" "Telegram" kanalında yayımlanıb.. . Qeyd olunur ki, idman hərəkətini icra etməyə cəhd edən yeniyetmənin başı tullandığ

13 aprel

ABŞ-da yeniyetmələr darıxdıqları üçün evi yandırıb sosial şəbəkədə paylaşdılar

ABŞ-ın Pensilvaniya ştatında dörd yeniyetmə qız darıxdıqları üçün ev yandırıb və videosunu sosial şəbəkədə paylaşıblar.. . Bu barədə "New York Post" məlumat yayıb.. . Hadisə aprelin 3-də qeydə alınıb. Polis müəyyən edib ki, yanğını 12-14 yaşlı yeniyetmə qızlar təşkil edib. Onlar saxlanılıblar.

13 aprel