XİN-dən Fransanın Ermənistandakı səfirinə CAVAB: "Görünür onun ləyaqət anlayışı fərqlidir"
"Fransanın Ermənistandakı səfirinin hər hansı bir məsələ ilə bağlı şərh bildirməzdən öncə öz ölkəsinə nəzər salması, bu və ya digər məsələlərin onun ölkəsində nə şəkildə həyata keçirildiyinə diqqət yetirməsi yaxşı olardı".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransanın Ermənistandakı səfirinin Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı "müharibə tamaşa predmeti olmamalıdır" şərhinə münasibət bildirərkən deyib.
"Tarix boyu çoxsaylı müharibələrdən keçən və bu müharibələrlə bağlı kompozisiyaları, səfirin dili ilə desək "tamaşaları" müxtəlif muzeylərdə sərgiləyən Fransa səfiri bizə düşməndən götürülən qənimətlərlə necə davranacağımızımı deyəcək?!", - o qeyd edib.
L.Abdullayeva bildirib ki, Fransa səfirlərinin Ermənistanın məğlubiyyətini "ləyaqətli məğlubiyyət" adlandırması da maraq doğurur:
"Bəlkə Fransa səfirinə görə Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti də "ləyaqətli işğal" olub? Ləyaqətli davranan ölkə, birinci növbədə qonşu ölkənin ərazilərinə iddia ilə çıxış edib, bu ərazilərin bir hissəsini uzun illər işğal altında saxlamaz, bir milyon insanın hüququnu kobudcasına pozmaz, mülki şəxslər də daxil olmaqla, insanları məqsədli şəkildə qətlə yetirməz. Ləyaqətli ölkə, hərbi əməliyyatların dayandırılmasına razılıq verdikdən sonra digər ölkə ərazilərinə terrorçu qrupu göndərməz və mina xəritələrini gizlətməklə insan həyatına təhlükə törətməz. Görünür, Fransa səfirinin ləyaqət anlayışı fərqlidir. Uzun illərdir vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 903 Tarix: 14 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBərdədə qaçırılan 23 yaşlı qız tapılıb
Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl
24 aprelEfirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO
Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ
24 aprelŞuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək
Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)
25 aprelXalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO
"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"
24 aprelAlimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili
24 aprelİki dostun davası - Biri yaralanıb, o biri həbsdədir
İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala
24 aprelMarketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA
Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur
24 aprel