Azərbaycanda kommunal xidmətlər şəhid və qazi ailələri üçün pulsuz olur? - AÇIQLAMA

Azərbaycanda kommunal xidmətlər şəhid və qazi ailələri üçün pulsuz olur? - AÇIQLAMA44 gün davam Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələndi. Bu gün təklif olunan məsələlərdən biri də şəhid və qazi ailələrinin kommunal xidmətdən pulsuz yararlanmasıdır. Müharibədən sonra kommunal xidmətlər şəhid və qazi ailələri üçün pulsuz ola bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu gün xalq və dövlət olaraq şəhidlərimizə, onların ailələrinə, qazilərimizə borcluyuq:

"Onların sayəsində 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə əldə edərək, ərazi bütövlüyümüzü bərpa etdik. Qarabağımızı azad etdik. Ona görə də bu borcu qaytarmaq üçün biz hamımız əlimizdən gələni etməliyik. Onların qulluğunda durmalyıq. Bu gün hər bir Azərbaycan vətəndaşı şəhid ailələri və qazilər tərəfindən hər hansı müraciət olunanda laqeyd yanaşmamalıdır. Dərhal əlindən gələn köməkliyi etməlidir, istiqamət verməlidir. Təbii ki, dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılır. O ki, qaldı şəhid və qazi ailələrinin kommunal xərclərdən azad edilməsi məsələsinə, bilirsiniz ki, bu gün onlar üçün xüsusi imtiyazlar mövcuddur. Bu gün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin edilir. Qazilərimizin səhhətlərindəki problemlərin aradan qaldırılması üçün dövlətimiz əlindən gələni edir.

Bununla bağlı "YAŞAT" Fondu yaradılıb. "YAŞAT" Fondu şəhid ailələrinin və qazilərimizin problemləri ilə məşğul olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə birdəfəlik və o cümlədən aylıq ödənişlər edilir. Ancaq düşünürəm ki, kommunal xidmətlərin pulsuz olması da o ailələr üçün dəstəkdir. Ona görə hesab edirəm ki, bu məsələyə baxıla bilər. Təbii ki, bütün bunlar vəsaitlə bağlıdır. Bunun üçün büdcədən müəyyən vəsait ayrılmalıdır. Bilirsiniz ki, bu ilin büdcəsi artıq təsdiqlənib. Amma gələn ilin büdcəsinin qəbulu zamanı bu məsələyə baxıla bilər. Artıq məcburi köçkünlərimiz yaxın zamanlarda öz doğma yurdlarına qayıdacaqlar. Bilirsiniz ki, onlar üçün də müəyyən imtiyazlar var idi. Bu imtiyazlar onlar doğma yurdlarına qayıtdıqdan sonra ləğv ediləcək. Bundan sonra da şəhid və qazi ailələrimiz üçün kommunal xidmətlərin pulsuz olması məsələsinə baxıla bilər".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2082   Tarix: 15 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel