Tarixi həqiqətlərin təhrif olunması yolverilməzdir

Tarixi həqiqətlərin təhrif olunması yolverilməzdirAprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edən Prezident İlham Əliyev dünyanın aparıcı beyin mərkəzləri nümayəndələrinin vasitəsilə həqiqətlərimizi bir daha dünyaya çatdırdı.
Azərbaycan 44 gündə BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra edərək haqqı, ədaləti bərpa etdi, işğala son qoydu, işğalçı Ermənistanın və ona havadarlıq edən dövlətlərin taktikasını açıqladı. Tarixi ədalətin bərpa olunması istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi bu günədək ölkəmizə qarşı dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası kimin münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı. Dövlətimizin başçısı istər İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata müsahibələrinə, istər yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfrasına, istərsə də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransa diqqət yetirmək kifayətdir. Müxtəlif dövlətləri təmsil edən televiziya kanallarının suallarını diplomatik şəkildə, səbr və təmkinlə, tarixi faktların dili ilə cavablandıran Prezident İlham Əliyevin tarix və hüquq dərsləri Azərbaycanın nəinki döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində üstünlüyünü bir daha təsdiqləyir. Ölkə Prezidenti bir daha müharibənin nə zamanadək davam edəcəyini, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyalarını yerinə yetirərkən neytrallığı qorumamalarını, ən əsası Rusiya, Fransa və ABŞ-ın təşəbbüsü ilə əldə edilən atəşkəs razılaşmasının üç dəfə Ermənistan baş nazirinin əmrinə uyğun olaraq sərhəddən xeyli uzaqda olan yaşayış məntəqələrimizin, iki dəfə Gəncənin, üçüncü dəfə Bərdənin raket atəşinə tutulması nəticəsində kobud şəkildə pozulmasını, həmçinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşündən sonra işğaldan azad edilən torpaqlarımızın atəşə tutulmasını və sair məqamları bir daha xatırladaraq, işğalçı dövlətin taktikasının nədən ibarət olduğunu geniş auditoriyaya çatdırdı.
Dövlətimizin başçısı İlham Əliyevin informasiya cəbhəsində Azərbaycanın qalibiyyətini təmin etmək üçün atdığı addımlar bəzən bilərəkdən, bəzən isə bilməyərəkdən, daha çox isə Ermənistana dəstəkdən həqiqətlərimizi inkar yolunu tutan beynəlxalq hüquq müdafiə təşkilatlarının mövqelərində də dəyişikliklərə yol açmışdır. Ermənistan silahlı qüvvələrinin qadağan edilmiş silahlardan istifadə etdiyi beynəlxalq hüquq təşkilatlar tərəfindən də təsdiqlənir. "Amnesty International" və "Human Rights Watch" beynəlxalq hüquq təşkilatlarının hesabatları bu baxımdan diqqətçəkən oldu. Bu qurumların daim Azərbaycana qarşı qərəzli mövqedə dayanmaları, Ermənistanı müdafiə edən təşkilatlar kimi imic qazanmaları hər kəsə məlumdur. Bu qurumların hesabatları göstərdi ki, artıq həqiqəti gizlətmək cətinləşir.
İşğalçı Ermənistan illərdir dünyaya münaqişə ilə bağlı yalan informasiya yayırdı, həqiqətləri özünün yalan təbliğatının arxasında gizlətməyə çalışırdı. Münaqişənin diplomatik yolla həllinin mümkün olmadığını bildirən Ermənistanın baş naziri Nikol Paşinyanın bu sərsəmliyinin əksinə olaraq havadarları hərb yolunun mümkünsüzlüyünü qeyd edirdilər. Tarixi ədaləti bərpa edən Azərbaycan Ordusu münaqişənin hərb yolu ilə həlli variantının mümkünlüyünü nümayiş etdirir. 6 şəhər, 5 qəsəbə, 300-ə yaxın yaşayış mənqələrimiz işğaldan azad edildi.
Mayasında yalan, hiylə və xəyanət olan ermənilər törətdikləri müharibə cinayətlərini, vəhşilikləri ört-basdır etmək üçün total yalan və feyklərdən istifadə edirlər. Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, Azərbaycanın əleyhinə təbliğat aparan bir qrup beynəlxalq hüquq müdafiə təşkilatlarının bu gün ölkəmizin, ordumuzun ədaləti bərpa etməsinə öz dəstəyini göstərərək Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadə etdiklərini təsdiqləməsi də diplomatik uğurlarımızın tərkib hissəsidir. 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlardan konkret əməli işə keçəcəyinə inam nümayiş etdirən Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək Dağlıq Qarabağ probleminin ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və havadarlarına çatdırdı. Ermənilərin feyk xəbərləri fiaskoya uğradı.
Saxta tarix yazmaq çıxış yolu deyil. Bu saxtalıq gec-tez həqiqət qarşısında aciz duruma düşür. Necə ki, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində diz çökdü, kapitulyasiya aktına imza atdı. Azərbaycanın informasiya, eyni zamanda, döyüş meydanında üstünlüyünü şərtləndirən əsas amillərdən biri məhz öz gücünə, beynəlxalq hüquqa, tarixi faktlara söykənməsidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 590   Tarix: 15 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel