Şübhə taksi sürücüsünü xəstəxanalıq etdi - VİDEO

Şübhə taksi sürücüsünü xəstəxanalıq etdi - VİDEOTürkiyənin paytaxtında müştərisinin koronavirus xəstəsi olmasından şübhələnən taksi sürücüsü özünü xəstəxanalıq edib. Belə ki, o, üç gün boyunca mütəmadi olaraq əlinə və üzünə dezinfeksiyaedici vasitə sürtüb.

Bu barədə "Haber Global" xəbər verib.

Bildirilir ki, COVID-19-a qarşı "tədbirdən" sonra onun üzündə qızartı yaranıb, qıcıqlanıb və şişib. Xəstəxanada kişiyə "təmas allergiyası" diaqnozu qoyulub və 14 günlük müalicə yazılıb.

Kişinin sözlərinə müştərisi dayanmadan öskürür və asqırırdı.

"Halı da pis idi. O düşdükdən sonra dezinfeksiyaedici vasitəni götürüb əlimə və üzümə sürtdüm və bunu 3-4 gün davam etdim. Ancaq sonra üzüm qızardı və şişdi, gözlərim bağlandı. Dəhşət qaşınma var idi, elə bil öləcəkdim. Əllərim də qaşınırdı. 14 gün xəstəxanada yatdım. Dərman müalicəsi ilə şükür, sağaldım".

Onun sözlərinə görə, ailəsi də, özü də öləcəyini düşünüb və bərk qorxub.

"İnsanlar dezinfeksiyaedici vasitələri üzlərinə sürtməsinlər. Çünki zərərlidir və allergiya yarada bilər", - deyə zərərçəkən xəbərdarlıq edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3341   Tarix: 16 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ekoloji yürüş-festival 2024

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) növbəti dəfə ekoloji avtomobillərin yürüş-festivalını təqdim edir. Hər ilin may ayında keçirilən ənənəvi festival Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunur. Bu ilki tədbirin bəzi özəllikləri barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəl

22 aprel
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22 aprel
.

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib

Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri Asim Əliyev əcnəbi tələbələrin təhsilhaqqını mənimsədiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 2022-ci ilin avqustuna kimi Beynəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri işləmi

22 aprel
.

Dünyanın ən yaxşı kameralı telefonu! Bu tarixdən ölkəmizdə SATIŞA ÇIXACAQ! - FOTOLAR

Sonuncu dəfə dünyanın ən böyük mobil texnologiya sərgisi olan Mobil Dünya Konqresi (MWC 2024) İspaniyanın Barselona şəhərində keçirildi. Əlbəttə ki, bu sərgidə özünəməxsus strategiyası ilə texnologiya həvəskarlarının diqqətini cəlb edən "Honor" texnologiya brendi oldu. MWC 2024-də əldə etdiy

22 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Həftəsonu keçirilən imtahan nəticələrinin açıqlanacağı vaxt bəlli oldu

2024-cü il aprelin 21-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) -a bildirilib. Qeyd edilib ki, hazırda imtaha

22 aprel
.

Vaqif Sadıqov Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Vaqif Əmirxan oğlu Sadıqov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

22 aprel
.

Bakıda bəylə gəlinin qeyri-ənənəvi addımı müzakirələrə yol açdı - VİDEO

Azərbaycanda bəylə gəlinin rəqsi müzakirələrə yol açıb. Ölkə.Az-ın məlumatına görə, Bakıda baş tutan toyda lentə alınan görüntülər diqqət çəkib. Məşhur restoranlardan birində bəylə gəlinin zala daxil olması ənənəvi vağzalı musiqisi ilə müşayiət olunmayıb. Belə ki, onlar qapılar açılar-açılmaz əcnəb

22 aprel
.

Ölüm xəbəri yayılan Əməkdar artist: "Səhər tezdən hamı evimə gəlir"

"Səhərin gözü açılmamış evimiz adamla dolub, biri gedib, biri gəlir. Hamısını da özüm qarşılayıram. Deyirlər ki, Yusif müəllim, ölüm xəbərinizi eşidib gəlmişik. Cavab verirəm ki, ölü də qonaq qarşılayar. Bunu "Qaynarinfo"ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev ölüm xəbərində

22 aprel