"Sonuncu" filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO

"Sonuncu" filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEOBakı Media Mərkəzi və "Salnaməfilm" studiyası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş "Sonuncu" adlı sənədli film Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.

Kinorejissor Fariz Əhmədovun "Sonuncu" sənədli filmi festivalın "Qısa və orta metraj" (Short & Mid-length) bölməsində iştirak edəcək.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Qeyd edək ki, Rotterdam Beynəlxalq Film Festivalı dünyanın ən vacib kino müsabiqələrindən biri sayılır. "A" kateqoriyalı festivalın adı Avropanın Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivalları ilə yanaşı çəkilir.

2-6 iyun 2021-ci il tarixlərində festivalın 50-ci buraxılışı keçiriləcək. "Sonuncu" filminin geniş auditoriyaya ilk təqdimatı da məhz bu festival çərçivəsində baş tutacaq.

Film haqqında qısa məlumat, treyler və fotolar artıq festivalın rəsmi saytında da yerləşdirilib.

Link: https://iffr.com/nl/2021/films/the-last-one

Filmin dünya premyerasının məhz Rotterdam Beynəlxalq Film Festivalında baş tutacağı faktı kino mütəxəssisləri tərəfindən son illər Azərbaycan kinosu tarixində vacib hadisələrdən biri kimi qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.

https://www.thelastonethemovie.com/

"Sonuncu" filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO"Sonuncu" filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO"Sonuncu" filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO"Sonuncu" filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO"Sonuncu" filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO"Sonuncu" filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO"Sonuncu" filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO"Sonuncu" filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 442   Tarix: 16 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rövşən Cəfərovun qızı vəfat etdi - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı.Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzu

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Qarabağdan yeni görüntülər

İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda

18 aprel
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18 aprel
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayo

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel