Xanımını itirdi, özü şəhid oldu, qızı tək qaldı - Bir döyüşçünün həyat hekayəsi - FOTOLAR

Xanımını itirdi, özü şəhid oldu, qızı tək qaldı - Bir döyüşçünün həyat hekayəsi - FOTOLARŞəhid qanı axmayan torpaqdan Vətən olmaz!

Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. İkinci Qarabağ Savaşı da Azərbaycan oğullarını bütün dünyada yenilməz qəhrəmana çevirdi.

Bu dəfə haqqında danışacağımız qəhrəman şəhid MAXE Rusif Asim oğlu Quliyevdir.

Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə yaddaşlara həkk olunan cəsarətli döyüşçülərdən biri də Rusifdir.

Arayış: Rusif Asim oğlu Quliyev 1989-cu ilin sentyabrın 9-da Ağstafanın Yenigün kəndində anadan olub. 1996-2007-ci illərdə E.Mustafayev adına Yenigün kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Rusif Quliyev 2007–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Bir neçə il aradan sonra 2012-ci ildə yenidən hərbiyə qayıdıb. Rusif Quliyev 8 illik hərbi xidməti dövründə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.

O, 2020-ci il sentyabrın 27-dən torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində son damla qanına qədər döyüşüb.

Rusif Quliyev Vətən müharibəsində Murovdağ və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Şəhidin bacısı Rəsmiyyə Quliyeva Modern.az-a Rusif haqqında daha ətraflı danışıb.

"Rusif şəhid olmaq üçün doğulmuşdu..."

- Ailədə üç övladıq: iki qardaş, bir bacı. Rusif ən balacamız idi. Rusiflə böyük qardaşım arasında dağlar qədər fərq vardı.

Rusif çox ağır xasiyyətli insan olub. Tərbiyəli, böyük-kiçik yeri bilən, ailəcanlı biri idi. Bəlkə də hər kəs qardaşıdı deyə belə dediyimi düşünər. Amma elə deyil. Heç şəkil çəkdirməyi sevməzdi. Məktəb müəllimləri, sinif, döyüş yoldaşları, qonşular, qohumlar Rusifdən danışanda mən bir daha qardaşımla fəxr edirəm.

Hərbiyə olan sevgisi uşaqlıqdan vardı. "Mən hərbçi olacam, vətənimi qoruyacam. Yeri gəlsə, torpaq üğrunda şəhid olacam" deyirdi. O sanki şəhid olmaq üçün dünyaya gəlmişdi...

"Aysel "ana hissi"ni yaşamadan dünyadan köçdü..."

- Rusif 2018-ci ildə sevdiyi Aysel xanımla ailə həyatı qurdu. 2019-cu ildə də Təranə adlı qız övladı dünyaya gəldi. Qardaşımın yoldaşı Aysel xanımın ürək qüsuru var imiş. Bu barədə nə qızın ailəsinin, nə də bizim xəbərimiz olub. Avqust ayında övladının dünyaya gətirdikdən iki ay sonra Aysel ürək problemindən vəfat etdi.

Onların ikisi də haqq dünyasındadır. Mən Ayseldən ağız dolusu danışa bilərəm. Aysel çox sakit, mehriban, gülərüz xanım idi. Nə onun ailəsini, nə də özünü yaxından tanımışıq, Bakıda yaşayırdı. Rusif özü tanıyıb, sevmişdi. Allah ona da, qardaşıma da qəni-qəni rəhmət etsin.

Evimizdə balaca bir problem olduğu zaman Ayselə ayan olurdu və qardaşımın yuxusuna girirdi.

Aysel də gözü arxada getdi. Analıq duyğusu bilmədən, övladının iyini hiss etmədən, "ana" deməsini eşitmədən dünyadan köçdü...

"Rusif qızına həm də Aysel gözü ilə baxırdı..."

- Bildiyimiz kimi, hərbçilər bütün günü təlimlərdə olurlar. Amma Rusif gün ərzində bir dəqiqə də olsa, zəng edib ailəsi ilə maraqlanardı. Həyat yoldaşı rəhmətə getdikdən sonra övladına biz baxmışıq. Zəng edib qızının nə yediyini, vəziyyətinin necə olduğunu soruşardı. Rusifdən danışmaq çox çətindir...

Vətən müharibəsi başlamazdan 10 gün qabaq Rusif evə gəlib qalın paltarlarını, yığdı və təlimə getdiyini dedi. Biz öyrəşmişdik, onlar hərbçi olduğu üçün demək olar ki, hər zaman təlimlərdə olurdular.

Vətən müharibəsi başlayanda öncə Murovdağ istiqamətində döyüşdülər. Müharibə ərzində hər zaman əlaqə saxlayırdıq. Danışırdıq, hal-əhvalını tuturduq. Ailəmizlə, övladı ilə maraqlanırdı. Torpaqlarımız azad olunduqca şad xəbəri ilk o bizə verirdi.

Ən çox övladının üzərində əsirdi. Sanki onu Ayselin xatirəsi, Ayseldən qalan yadigar kimi əzizləyirdi.

Son telefon zəngi, son görüş...

- Müharibə ərzində iki dəfə evə gəlmişdi. Sonuncu dəfə şəhid olmazdan iki gün qabaq - noyabrın 2-də evə gəldi. Bir az öncə dediyim kimi, o, şəkil çəkdirməyi sevməzdi. Amma sonuncu gəlişində şəhid olacağını sanki hiss etmişdi. Qızını qucağına aldı, şəkillərini çəkməyimizi istədi. Biz də təəccübləndik ki, nə yaxşı Rusif şəkil çəkdirmək istəyir.

Onun evdə saxladığı əlavə telefonu da vardı, amma kodda idi. Sonuncu dəfə evə zəng edəndə telefonun kodunu mənə dedi. Düzünü desəm, çox pis oldum. Çünki onun kodu deməyindən şəhid olacağını hiss etmişdim...

Son dəfə sağollaşanda anamı, övladını o qədər çox öpüb, iyini içinə çəkirdi. Övladına sonuncu dəfə görürmüş kimi baxırdı. Üzündə məyusluq, kədər vardı.

Hər zaman "Şəhid olanlardan artıq deyiləm" deyirdi. Sonuncu görüşümüzdən sonra əlaqə saxlaya bilməmişdik. Artıq düşünürdük ki, o istədiyi "Şəhidlik zirvəsinə" ucalıb.

Rusif döyüş zamanı ayağından yaralanıbmış, yaralı olsa belə, yoldaşlarını döyüş meydanından çıxarırmış. Sonuncu yaralını çıxaran zaman gülləyə tuş gəlib. Sən demə, həmin yaralı əsgər də Rusiflə eyni adı daşıyırmış.

Noyabrın 5-i Şuşa döyüşlərində şəhid olduğu xəbərini aldıq.

Sağ olsunlar, döyüş yoldaşları bizi heç zaman tək qoymadılar. Rusifin yoxluğunu, dərdini bizimlə birgə çəkdilər.

Düzdür, şəhidlik ən ucaz zirvədir. Amma, qardaş yoxluğu çox ağırdır...

Qeyd edək ki, Rusif Quliyev cəbhədə göstərdiyi şücaətlərinə görə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Şəhadətin mübarək, şəhidim.

Allah rəhmət etsin!
Xanımını itirdi, özü şəhid oldu, qızı tək qaldı - Bir döyüşçünün həyat hekayəsi - FOTOLARXanımını itirdi, özü şəhid oldu, qızı tək qaldı - Bir döyüşçünün həyat hekayəsi - FOTOLARXanımını itirdi, özü şəhid oldu, qızı tək qaldı - Bir döyüşçünün həyat hekayəsi - FOTOLARXanımını itirdi, özü şəhid oldu, qızı tək qaldı - Bir döyüşçünün həyat hekayəsi - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 4473   Tarix: 17 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Füzulidə erməni hərbçisinin meyiti tapıldı

Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar. xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580 olub. Axtarışlar Azərbaycan Ordusunu

19 iyun 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Şəhid Elşən Yunisli dəfn olundu - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib. Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. *. 11:20. Vətə

27 iyun 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd

4 iyul 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəş

1 avqust 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021