Sevgilisini qısqanan oğlanın Bakıda törətdiyi dəhşətli CİNAYƏT - VİDEO

Sevgilisini qısqanan oğlanın Bakıda törətdiyi dəhşətli CİNAYƏT - VİDEO2019-cu il noyabrın 29-da DİN 102 xidmətindən Binəqədi RPİ 5-PB-nə 7-ci mikrorayon ərazisində bıçaqlanma hadisəsi baş verməsi haqda məlumat verilib. Hadisə yerinə cəlb olunan polis əməkdaşlarına məlum olub ki, Süleyman Sani Axundov küç. 15/1 ünvanında çoxsaylı bıçaq xəsarətləri almış qadın Kliniki Tibbi Mərkəzə aparılıb və orda vəfat edib.

Sonxeber.az BAKU TV-yə istinadən xəbər verir ki, mərhum Qəbələ rayonunda qeydiyyatda olmaqla, faktiki Bakı şəhərində yaşayan Pərvanə İsmayılovadır. İstintaq-əməliyyat tədbirləri ilə, qadının qısqanclıq zəminində Sərxan Məmmədov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr yaranıb və onun axtarışına başlanılıb. Həmin gecə o, şübhəli şəxs qismində tutulub.
Sevgilisini qısqanan oğlanın Bakıda törətdiyi dəhşətli CİNAYƏT - VİDEOBinəqədi rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Pərvanə İsmayılovanın ölümünə — ürəyin və ağ ciyərin zədələnməsi nəticəsində inkişaf etmiş kəskin qan itirmə səbəb olub.

Sərxan Məmmmədov 1996-ci ildə Ucar rayonunda anadan olub, rəsmi heç yerdə işləməyib, əvvəllər məhkum olunmayıb, rayonun Qazyan kəndində qeydiyyatda olmaqla, Bakı şəhərinin Binəqədi qəsəbəsində kirayədə yaşayıb.

İstintaqla müəyyən edilib ki, 2019-cu ilin aprel ayında Sərxan Məmmədov Pərvanə İsmayılova ilə tanış olaraq, rəsmi nikah bağlamadan onunla Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayıb. Təxminən 6 aydan sonra qadının ondan ayrılmaq istəməsini özü üçün qəbul edilməz hal hesab edib.

Oktyabrın 30-u gecə saat 01:30-da Binəqədi rayonun Biləcəri qəsəbəsində yerləşən "Legenda" çay evinin qarşısına gəlib. İctimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirərək, Pərvanə İsmayılovanın saçından tutub, yumruqla, ardınca taxta parçası ilə başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Sevgilisini qısqanan oğlanın Bakıda törətdiyi dəhşətli CİNAYƏT - VİDEOBundan başqa, o, qeyri-rəsmi arvadının onunla birgə yaşamaq istəməməsini və dostu Cabir Omarovla münasibətlərinin olmasını ehtimal etdiyindən, onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün təsərrüfat-məişət təyinatlı bıçaqla silahlanıb noyabrın 28-i saat 23:30-da Pərvanə İsmayılovanın işlədiyi "Bilyard" çay evinin qarşısına gəlib. Kəsici alətlə qadının yanında olan tanışının sol yanaq hissəsinə və sol əlinə xəsarətlər yetirib. Ardınca Pərvanə İsmayılovanın qarınına və döş qəfəsinə zərbələr endirərək, zərərçəkmişi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Sərxan Məmmədov bildirib ki, Pərvanə İsmayılova ilə 2019-cu ilin aprel ayında Biləcəri qəsəbəsində yerləşən "Legenda" çay evində tanış olub. Bir müddət qadının Rəsulzadə qəsəbəsində kirayə qaldığı evdə yaşayıblar, amma təxminən 2 aydan sonra mübahisələri düşdüyünə görə ayrılıblar.

Noyabrın 10-da dostu Cabir Omarovun vasitəsi ilə Pərvanə ilə barışıb və onunla Binəqədi qəsəbəsində, yenə də kirayədə yaşamağda davam edib. Hadisədən 1 həftə əvvəl o, Cabir və Pərvanə "Legenda" klubuna gediblər. O, aşağıda gözləyib, İsmayılova və Omarov isə yuxarı qalxıb, yarımsaatdan sonra geri qayıdaraq qohumu Ayaz Həsənov və sonuncunun Vasif adlı dostu ilə rastlaşdıqlarını deyiblər. Vasif Pərvanənin rahatlıqla kluba gələ biləcəyini və heç kimin onu narahat etməyəcəyini bildirib.

Ayın 27-i gecəyarısı qadın "Bilyard" adlı kluba getməsi haqda mesaj yazanda, onun hərəkətinə hirslənib. Təxminən 20 dəqiqədən sonra Vasif zəng edərək, ona narazılığını bildirərək, bu işlərə qarışmamasını xahiş edib. Noyabrın 28-i günorta saatlarında Pərvanə onunla birgə yaşamaq istəmədiyi haqda ismarıc göndərib. Yolda olarkən Vasif onunla əlaqə saxlayıb, Pərvanənin görüşmək istədiyini və onun da gəlməli olduğunu söyləyib, lakin o görüşə gəlməyəciyini bildirib.

Saat 20 radələrində Cabirin "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən iş yerinə gedərək və ona, mobil telefonundakı mesajlara baxacağını deyib. Saat 23 radələrində evdən mətbəx bıçağını götürərək "Bilyard" klubuna yollanıb. Qadınla barışmaq istəyib. Klubdan əvvəl Cabir, ardınca isə Pərvanə çıxıb. "Bu dəqiqə onu öldürəcəyini" deyib, üzərindəki bıçağı sağ əli ilə cibindən çıxarmaq istəyəndə, Cabir mane olmağa çalışıb. Buna baxmayaraq İsmayılovaya 3 bıçaq zərbəsi endirib, birincisini qarnına vurub.
Sevgilisini qısqanan oğlanın Bakıda törətdiyi dəhşətli CİNAYƏT - VİDEOHadisədən sonra "Azadlıq" metrostansiyası istiqamətində qaçıb, bıçağı zibilliyə tullayıb. Pərvanə İsmayılovanı nəyə görə qətlə yetirdiyini izah edə bilmir. Onu heç vaxt heç kimə qısqanmayıb.

Zərərçəkmiş Cabir Omarov ifadəsində göstərib ki, noyabrın 28-i saat 19 radələrində Pərvanə ona mesaj yazsa da, o, maşın yuduğundan ismarıca baxa bilməyib. Bundan 10 dəqiqə sonra Sərxan işlədiyi yerə gələrək, Pərvanənin göndərdiyi mesaja baxmalı olduğunu deyib. O, Sərxanın qadınla onun arasındakı münasibəti qısqandığını düşünüb və aralarında heç bir şey olmadığını göstərmək üçün telefonunu götürməyə icazə verib.

Əvvəllər də bir neçə dəfə Sərxan özü ona Pərvanədən uzaq olmasını tapşırıb. Saat 22 radələrində Məmmədovun "Bilyard" klubda olacağını zənn edib, telefonunu götürmək üçün ora yollanıb. O, çay sifariş verib çölə çıxıb, ofisiantın mobil telefonu ilə 3-4 dəfə öz nömrəsini yığdıqdan sonra Sərxan cavab verərək, ora gələcəyini deyib. Çay evinin qarşısında Sərxandan bıçağı almaq istəyəndə, sol əli kəsilib. Sonra Məmmədov alətlə üzünə xəsarət yetirib. Sərxan Pərvanəyə zərbələr endirib və qaçıb. Yoldan keçən "VAZ-2107" markalı avtomobili saxlayaraq, 3 nəfərin köməkliyi ilə xəsarət alan qadını xəstəxanaya yola salıb.

Zərərçəkmişin sözlərinə görə, hadisə günü çox rahatlıqla telefonunu Sərxana verib, çünki Pərvanə ilə yalnız dost kimi danışıb. Hadisədən əvvəl Sərxanın onu qadına qısqandığını hiss etməyib. O, telefonunda Pərvanənin adını "Sevgi" ya da "Sevgim" adı ilə qeyd etməyib.
Sevgilisini qısqanan oğlanın Bakıda törətdiyi dəhşətli CİNAYƏT - VİDEOZərərçəkmiş şəxsin hüquqi varisi Sədaqət İsmayılova ifadəsində göstərib ki, təxminən 12 il əvvəl qızı Pərvanə Qəbələ rayon sakini Cunar Abdullayevə qoşulub, qaçdığına görə, ondan küsüb. Amma bir müddətdən sonra barışıb və onların toyunu edib. Həmin nikahdan 2 övladı dünyaya gəlib. 5-6 il əvvəl qızı boşanıb, uşaqlar əvvəl Pərvanə ilə Bakıda yaşayıblar, lakin sonradan atalarının yanına köçüblər. Keçmiş ərinin yanına qayıdıb, ailəsi ilə birgə yaşamasını söyləsə də, qızı ona qulaq asmayıb. Axırıncı dəfə Pərvanəni 2 il əvvəl görüb. 2019-cu il dekabrın 1-də qudası Mətanət Abdullayeva zəng edərək qızının öldürüldüyünü bildirib.

Məhkəmə hesab edib ki, Sərxan Məmmədovun əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2531   Tarix: 21 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart
.

"Nikosayağı" cəzasının böyük hissəsini evdə çəkə bilər

Xəbər verdiyimiz kimi, "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Qafqazinfo" xəbər verir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qey

7 mart
.

Tovuzda 36 yaşlı kişi bıçaqlandı - Şübhəli şəxs xanımıdır

Tovuzda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alımıb. Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib. Vəziyyətinin kafi olduğu bildirilir

7 mart
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel