İTV əməkdaşı koronavirusdan 3 ailə üzvünü itirib - VİDEO

İTV əməkdaşı koronavirusdan 3 ailə üzvünü itirib - VİDEOİctimai Televiziyanın operatoru Zaur Hüseynov koronavirus infeksiyası nəticəsində üç yaxınını –anasını, bacısını və bacısının həyat yoldaşını itirib.

Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Z. Hüseynovun sözlərinə görə, ailənin yoluxmasına səbəb bacısının COVID-19 xəstəsi ilə maskasız görüşməsidir:

"Bacım blokda koronavirus xəstəsi ilə görüşüb. Həmin adam da maskasız olub, bacım da maska taxmayıb. Onunla da virusa yoluxub.

Təcili tibbi yardım avtomobilində xəstəxanaya çata-çatda vəfat etdi... Bacımın həyat yoldaşı da astma xəstəsi idi, o da rəhmətə getdi.

Biz bacımın ölməsini anamdan gizlədirdik, heç kim də ürək eləmirdi deməyə. Axır mən gedib anamı gətirdim və dedim ki, bacım artıq bizimlə yoxdur..."

Z.Hüseynovun sözlərinə görə, 14 gün keçəndən sonra anası da öskürməyə başlayıb.

"Dedik birdən sən də koronavirusa yoluxarsan. Tez özəl klinikada analiz verdik, koronavirus çıxdı, başladıq müalicəyə. Bir gün axşam gördüm ki, nəsə yaxşı nəfəs almır.

Həmin gün gedib KT elətdirdik, məlum oldu ki, ciyərlərinin 50-60 faizi tutulub. Mən də yoluxmuşdum, məndə tutulma 5-10 faiz idi. Anamın saturasiyasını ölçdük, gördük 45-dir.

Qandurulducu iynə vurdum, halı bir az düzəldi. Süni tənəffüs aparatına qoşdular. Aparatda 8 gün qaldı, çıxmadı..."

Z.Hüseynov şükür edir ki, onun yaxınları istifadə edə bilməsə də, artıq bu virusun vaksini tapılıb: "Mənim rəhmətə gedən bacım çox arzulayırdı ki, vaksin çıxsın, tez gedib vurdursun.

Birinci növbədə maska kömək olur, maska taxmaq mütləqdir. Biz dua edirik ki, bu bəla dünyadan keçsin".

[/youtube]


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4903   Tarix: 21 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub

Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib. Qaynarinfo-nun məlumatına görə, müğənnin

17 aprel
.

Azərbaycanda tükürpədici OLAY – Ana azyaşlı qızını 50 yaşlı kişiyə verib "onunla nə edirsən, et" DEDİ

Azərbaycanda tükürpədici hadisə baş verib. Ana yeniyetmə qızını pul qarşılığında tanıdığı kişiyə satıb. Bu barədə Bizim.Media-ya "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə zorakılığa məruz qalan yeniyetmə qollarını doğrayara

17 aprel
.

Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA + VİDEO

Sosial şəbəkələrdə Beyləqanda yas mərasimi zamanı nə oxuduğu aydın olmayan molla gündəm olub. Yayılan kadrlardan savadsız mollanın oyunbazlığı aydın görünür. Videoya baxanlar mollanı tənqid ediblər. Vətəndaşlar son zamanlar bu kimi hallarla tez-tez rastlaşdıqlarını bildiriblər. Daha ətraflı "AT

18 aprel
.

Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi Əlisəfazadə Anar Əlisəfa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar olaraq məhkəməyə müraciət edib. xəbər verir ki, Vergi Xidmətinin müraciəti Bakı Kommersiya Məhkəməsinin hakim

17 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"

18 aprel
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayo

18 aprel
.

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Report-a isinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib. Onun sözlərinə görə, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək. E.Bağıro

18 aprel