Koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilən Pərviz Abbasov kimdir?

Koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilən Pərviz Abbasov kimdir?Xəbər verdiyimiz kimi, "Yeni klinika" tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib.

Baş prokurorluğun məlumata görə, Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin "Yeni klinika" tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.

Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Əvəz Hüseynov və Vüsalə Əliyeva barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilib.

Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.

AZXEBER.COM rüşvətə görə həbs edilən Pərviz Abbasovun tərcümeyi-halını təqdim edir:

Pərviz Akif oğlu Abbasov 20 mart 1981-ci ildə Şəki şəhərində anadan olmuşdur. Orta təhsili 1987-1997-ci illərdə fərqlənmə attestatı ilə bitirmiş, 1997-ci il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə daxil olmuş və 2003-ci ildə Ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.

Təhsilini 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində Aspirantura və 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyətinin İnönü Universitetində Fellow doctor kimi davam etdirmişdir.

İştirak etdiyi kurslar və treyninqlər:

2008 - Rusiya Federasiyasi. Kazan Dovlət Tibb Akademiyasi, Endoskopik Cərrahiyyə Mərkəzi- Laparoskopik Cərrahiyyə Kursu

2009 - Almaniya Federatif Respublikasi, Lubek Universiteti Klinikasi- Onkologiya, cərrahiyyə və teletəbabət kursu

2010 - Türkiyə Respublikası, Ankara, Laparoskopik və Robotik Cərrahiyyə kursu

2011 - Türkiyə Respublikası, İstanbul, Laparoskopik Kolorektal Cərrahiyyə kursu

2013 - Türkiyə Respublikası, İnönü Universiteti, Vaskulyar və Mikro Cərrahiyyə kursu

2013- Türkiyə Respublikası, Səhiyyə Nazirliyi "Səhiyyənin idarə edilməsı və sığortanın təşkili" kursu

Elmi tədqiqat işi:

2008- tibb üzrə fəsəfə doktoru

Mövzu- "Qaraciyər exinokokkozunun müalicəsi və residivlərin profilaktikası üsullarının yaxşılaşdırılması".

2016 - tibb üzrə elmlər doktoru

Mövzu- "Qaraciyər transplantasiyasından sonrakı ağırlaşmalardan mikro element sistemin və vaskulyar hemodinamikanın rolu".

Elmi fəaliyyəti

AMAJ jurnalı, redaksiya heyəti üzvü, ümumi cərrahiyyə üzrə eksperti

2014 fevral- "Elmi fəaliyyətinə görə" Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI ilə təltif olunmuşdur.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişaf Fondunun keçirdiyi elmi işlərin Qrand Layihələri Müsabiqəsinin qalibi olmuşdur.

2009- 2018 - ATU- nun "Cərrahiyyə" üzrə Aprobasiya Şurasının üzvü və elmi katibi

2013- 2018 - ATU-nun "Cərrahiyyə" üzrə "Problem Komissiyasının" üzvü

2012- 2016 illər. Beynəlxalq jurnalların nəşriyyat sistemində ümumi cərrahiyyə sahəsində-ekspert(hakim)

2009-cu ildən, ATU- nun "Cərrahiyyə" üzrə Aprobasiya Şurasının üzvü

2003- 2021-cı illər ərzində 16 xarici ölkədə 54-dən artıq Beynəlxalq Konqress, konfrans və s. iştirak etmiş, 13 çıxış və 25-dən artıq poster çıxışı etmişdir. 3 beynəlxalq və 4 milli konfransda sədrlik etmişdir. 90-dan artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın müəllifidir.

İş fəaliyyəti :

2020-ci ildən, Yeni Klinikanın Direktoru

2020-ci ildən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, şəxslərə göstərilən Tibbi Xidmətin Təkmilləşdirilməsi və ölüm Hallarının təhlili komissiyasının sədri

2019-cu ildən, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Müşahidə Şurasının üzvü

2019-cu ildən, komissiyasının üzvü

2017- 2018-ci illərdə, Caspian İnternational Hospital, Baş həkim kimi çalışmışdır.

2012-2014-cü illərdə, Türkiyə Cümhuriyyəti, İnönü Universiteti, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrası, Gastroenteroloji, Bariatrik və Metabolik Cərrahiyyə Bölməsi

2014- 2017-ci illərdə, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, Cərrahiyyə şöbəsi

2003-2019-cu illərdə, ATU- nun II Cərrahi xəstəliklər kafedrasında: 5 N- li Baki Şəhər Xəstəxanası I Cərrahiyyə şöbəsi

Üzv olduğu tibbi cəmiyyətlər:

Azərbaycan Tibb Asossiasiyası, komitə üzvü

Azərbaycan Cərrahlar və Qastroenteroloqlar Asossiasiyası

International Association of Surgeons, Gastroenterologists and Oncologists

International Society of Surgery

European Society of Surgery

Türkiyə Cərrahiyyə Dərnəyi

Türkiyə Bariatrik Metabolik Cərrahlar Dərnəyi

Türkiyə Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyi

Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyi

Türkiyə Hepatobiliyar Cərrahiyyə Dərnəyi

Türkiyə Orqan Transplantasiyası Dərnəyi

Cərrahi fəaliyyət sahələri:

Laparoskopik cərrahiyyə, Mədə və bağırsaq cərrahiyyəsi, Yogun bağırsaq cərrahiyyəsi, Düz bağırsaq cərrahiyyəsi, Qaraciyər, öd yolları və mədəaltı vəzi cərrahiyyəsi, Yırtıqların açıq və laparoskopik cərrahiyyəsi, Öd yolları, aralıq nahiyəsi və həzm traktının plastik və rekonstruktiv cərrahiyyəsi.

Ailəlidir iki övladı var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2078   Tarix: 22 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sulutəpədə azyaşlını maşın vurub parçaladı

Paytaxtın Sulutəpədə qəsəbəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, azyaşlını avtomobil vurub. Hadisə şahidlərinin sözlərinə görə, iri qabaritli avtomobil azyaşlını vurduqdan sonra sürüyüb və meyit parçalanıb. Hadisəni törədən sürücü isə qaçıb. Əraziyə polis və təcili yardım briqadas

18 aprel
.

Çingiz Abdullayev evə buraxıldı - Fotolar

Xalq yazıçısı Çingiz Abdullayev müalicə olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə tibb müəssisəsinin feysbuk hesabında bildirilib. Çingiz Abdullayev ona göstərilən tibbi xidmətlərə görə bütün heyətə təşəkkürünü bildirib. Xatırladaq ki, Xal

17 aprel
.

Bu sosial şəbəkədə ilk paylaşım ödənişli ola bilər

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yeni istifadəçilər üçün ilk paylaşıma görə az miqdarda ödəniş tətbiq etməyi təklif edib. "Qafqazinfo" xəbər verir ki, amerikalı milyarder bu barədə öz "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, bunun sayəsində sosial şəbəkəd

17 aprel
.

"TikTok"da qeyri-etik davranışlar edən şəxsləri hansı cəza GÖZLƏYİR? - Açıqlama

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Həmin şəxsləri hansı cəza gözləyir. Məsələ ilə bağlı vəkil Turan Abdullazadə -a açıqlama verib

17 aprel
.

Hadi Rəcəbli dəfn olundu

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, deputat Yasamal qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və sosia

17 aprel
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18 aprel
.

Azərbaycanda tükürpədici OLAY – Ana azyaşlı qızını 50 yaşlı kişiyə verib "onunla nə edirsən, et" DEDİ

Azərbaycanda tükürpədici hadisə baş verib. Ana yeniyetmə qızını pul qarşılığında tanıdığı kişiyə satıb. Bu barədə Bizim.Media-ya "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə zorakılığa məruz qalan yeniyetmə qollarını doğrayara

17 aprel
.

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR: Saxlanılanlar var - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməy

18 aprel
.

Jurnalist Cəmil Məmmədliyə hökm oxunub

Jurnalist Cəmil Məmmədliyə hökm oxunub. report-a istinadən xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Cəmil Məmmədli 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Sami

17 aprel