Əlilliyə görə pensiya verilməsi sistemində yeni mexanizm olacaq? - AÇIQLAMA

Əlilliyə görə pensiya verilməsi sistemində yeni mexanizm olacaq? - AÇIQLAMAAzərbaycanda son günlər əlilliyin müəyyən olunmasında süründürməçilik halları ilə bağlı narazılıqlar mövcuddur. Hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlığı məhdud insanların təqaüdlərinin verilməsi müxtəlif səbəblərdən dayandırılıb. Bu da müəyyən narazılığa səbəb olub.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, son günlər əlilliyin təyin olunmasında problemlərin yaşaması ilə bağlı sosial şəbəklərdə müəyyən insanlar arasında narazılıqlar artıb:

"Təbii ki, əlilliyin müddəti başa çatmış şəxsin yenidən müayinədən keçməsi və xəstəliyin yenidən dəyərləndirilməsi vacibdir və bu qanuna uyğun prosesdir. Həm də müxtəlif yollarla saxta əlillik almış şəxslərin müəyyənləşdirilməsini və onlara ödənilən pensiayaların dayandırılmasını da zəruri hesab edirəm. Pensiya və müavinətləri sağlamlıqları məhdud, əmək qabiliyyəti olmayan şəxslər almalıdırlar. Sağlam, işə qadir şəxslər isə əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. Çox təəssüf ki, əlilliyinn dəyərləndirilməsində sağlamlığı məhdud müəyyən insanların da pensiyaları dayandırılıb. İnsanlar əlilliyin yenidən dəyərləndirilməsi və pensiya ilə bağlı müraciətlərinin cavablarını aylarla gözləməli olurlar. Hətta sağlamlığı məhdud şəxslərə də pensiyanın təyinində imtina hallarına da rast gəlinir. Düşünürəm ki, sağlamlığı məhdud şəxslərin əlilliyinin operativ və yerində müəyyənləşdirilməsi və pensiya təyin edilməsi üçün yeni mexanizm hazırlanmalıdır.

Əmək qabiliyiiyətini itirmiş, pensiya ilə dolanan şəxs üçün alacağı pensiyanın bir ay olmaması böyük çətinliklər yaradır. Bu şəxslər gündəlik dərman və ərzağını pensiya ilə alırlar. Hətta belə şəxslərin 4-5 ay pensiya almadıqlarını da eşidirik. Bu narahatedici məqamdır. Hesab edirəm ki, müvafiq qurum tez bir zamanda əlilliyin elektron təyinatının yeni bir mexanizmini hazırlayaraq təqdim etməlidir ki, vətəndaş süni maneələrlə qarşılaşmasın və hüququ çatan pensiya təminatı ilə fasiləsiz təmin olunsun".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4682   Tarix: 22 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021