Hüseynbala Mirələmovun videosunu kim yaydı? - AÇIQLAMA

Hüseynbala Mirələmovun videosunu kim yaydı? - AÇIQLAMAÖtən gün sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb.

Qeyd edək ki, Hüseynbala Mirələmov bu günə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsini tuturdu. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı Hüseynbala Mirələmovun kabinetində çəkildiyi bildirilir.

Hadisə sosial şəbəkələlərdə geniş müzakirəyə səbəb olub.

Bəs bu video internetə necə düşüb, onu yayan təşkilatçılar kimlərdi?

Sonxeber.az xəbər verir ki, olayla bağlı Modern.az-a danışan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, hüquq-mühafizə orqanları bu məsələyə kəskin münasibət bildirməlidir:

"Mən düşünürəm ki, şantaj kimi hadisələrin davamlı olması cəmiyyətdə çox pis bir ovqat yaradır. Şantaj adiləşir, insanların içində qəzəb, kin duyğuları qabarır. Bu kimi hadisələr insanları qarşı-qarşıya qoyur.

Bilirəm ki, Hüseynbala Mirələmovla bağlı yayılan videonun izinə düşmək asan olacaq. Videodan başa düşülür ki, hansısa bir konfrans öncəsidir və bu görüntülər yalnız həmin konfransın texniki işlərinə baxanda ola bilər. Videogörüntüləri yaymaqda hansı məqsəd olduğunu bilmək üçün jurnalist araşdırması lazımdır. Çünki videoya baxan insanların düşüncəsində "görəsən, bu video şantaj məqsədi ilə Hüseynbala müəllimə çatdırılıbmı, maddi maraq güdülürmü" kimi suallar yaranır.

Bu məsələyə mütləq hüquq-mühafizə orqanları müdaxilə etməlidir.

Videogörüntünü yayan şəxs tapılaraq, Cinayət Məcəlləsinin qanunlarına əsasən cinayət məsuliyyətinə cəlb edilməlidir".

Baş redaktor bildirib ki, o bu tip videoların yayılmasını qəti şəkildə pisləyir:
"Hesab edirəm ki, hüquq-mühafizə orqanları kəskin münasibət bildirib, belə məsələlərin sosial şəbəkələrdə yayılmasını sonlandıracaqlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3844   Tarix: 22 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müharibə veteranlarına ŞAD XƏBƏR - 160 manat ola bilər

Azərbaycanda müharibə veteranlarına verilən aylıq müavinətin məbləğinin artırılması müzakirə olunur. Bununla bağlı Milli Məclisdə büdcə müzakirələri zamanı müəyyən təkliflər də səsləndirilib. -in məlumatına görə, müharibə veteranları üçün təyin olunan aylıq 80 manat müavinətin nə qədər artırılacağı hələli

22 aprel
.

Azərbaycanda icra başçısına yeni müavin təyin edildi

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib. xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev əmr imzalayıb. Əmrə əsasən, Gülxanım Orucova icra başçısının müavini təyin olunub. O, bu gün kollektiv

22 aprel
.

Dünyanın ən yaxşı kameralı telefonu! Bu tarixdən ölkəmizdə SATIŞA ÇIXACAQ! - FOTOLAR

Sonuncu dəfə dünyanın ən böyük mobil texnologiya sərgisi olan Mobil Dünya Konqresi (MWC 2024) İspaniyanın Barselona şəhərində keçirildi. Əlbəttə ki, bu sərgidə özünəməxsus strategiyası ilə texnologiya həvəskarlarının diqqətini cəlb edən "Honor" texnologiya brendi oldu. MWC 2024-də əldə etdiy

22 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Həftəsonu keçirilən imtahan nəticələrinin açıqlanacağı vaxt bəlli oldu

2024-cü il aprelin 21-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) -a bildirilib. Qeyd edilib ki, hazırda imtaha

22 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel
.

"Azərbaycan-Ermənistan arasında aparılan iktərəfli danışıqlar sülh müqaviləsinin imzalanma prosesini tezləşdirə bilər" - DEPUTAT

"Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması Ermənistanı silahlandırmaqla iki ölkə arasında yenidən müharibə qığılcımlarını yaratmaq istəyən qüvvələrin növbəti xain planını iflasa uğratdı". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, bir güllə belə atmadan Qazaxı

22 aprel
.

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərini

23 aprel