Zahid Oruc "Tərtər işi" ilə bağlı hüquq mühafizə orqanlarını qınadı

Zahid Oruc "Tərtər işi" ilə bağlı hüquq mühafizə orqanlarını qınadı"2016-cı ilin 4 günlük aprel müharibəsində qələbəmizdən sonra orduya qarşı qurulan qəsd planı, yaxud onun üçün saxta əsaslar yaradan düşmən hiyləsi nəticəsində övladlarını itirən və onlara qarşı işgəncə faktı məhkəmə qərarı ilə təsdiq olunan, lakin dövlətdən üz döndərməyən, buna görə hər cür ehtirama layiq olan analara hərbi strukturlar, eləcə də hərbi prokurorluq və məhkəmə orqanları həm özləri, həm də cəmiyyətdə nüfuzlu insanlar vasitəsilə məlum linç kampaniyasını durdurmaq üçün tədbirlər görə bilməzdilərmi? Gərək, mütləq ölkə rəhbəri tapşırıq versin?".

"Qafqazinfo" xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisdə çıxışında deyib.

O qeyd edib ki, müavinətləri kəsilən on minlərlə insanın, kredit ala bilməyən sahibkarın və yaxud, haqsız hökm-qərarla üzləşən vətəndaşın qarşısına çıxmamaq da ciddi fəsadlar törədir:

"Müasir kommunikasiya vasitələri tamam yeni idarəçilik tələbləri ortaya qoyur. Bizə kənardan mövzu, gündəlik, siyasət və rəy diqtə edənlərin qarşısına yalnız xalqla daimi kommunikasiya ilə çıxmaq olar. Bəs onda haradadır ənənəvi partiya konfransları, haradadır aktivlərlə açıq virtual görüşlər, canlı yayımlı müşavirə və iclaslar?

Gözəl binalara və optik internet resurslarına, yüksək markalı kompüterlərə malik olmaqla iş bitmir. Qələbəmizi sürətlə xərcləmək, əsrlərə yetəcək zəfərimizi gündəlik hüquq, sosial problemlər, idarəetmə qayğıları içərisində əritmək olmaz. Tənqid və ittihamçılar təkcə hökuməti, bir strukturu deyil, sonda dövləti hədəf seçirlər.

İnformasiya vakumunun yerini şaiyə və böhtanlar tutur. Dövlət nə qədər işlər görsə də təbliğat və təqdimatlar cəmi bir günə yetir. Axı ictimai rəy təkcə rəsmi vasitələrlə formalaşmır. Hər gün insanların qəlbi və ruhu uğrunda əsl "səlib yürüşü" gedir. Ona görə də hamımız qəbul etməliyik - hakimiyyət xalqla kommunikasiya, ünsiyyət, dialoq deməkdir!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 557   Tarix: 23 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021