Sahibə Qafarova Fransa Senatı sədrinə etiraz etdi
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Fransa Senatının sədri Jerar Larşenin bu günlərdə Ermənistanda verdiyi qərəzli və birtərəfli açıqlamalarına kəskin reaksiya verib.
Bu barədə Unikal.org-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclis Sədri bildirib ki, fransalı spiker tərəfindən verilən bəyanatlar onun ölkəsinin Minsk qrupu həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə qətiyyən uzlaşmır: "Senatın sədri öz açıqlamalarında bir tərəfdən Minsk qrupunun fəaliyyətinin yenidən canlandırılmasına, onun işinə yeni impuls verilməsinə çağırış edir, digər tərəfdən isə açıq ermənipərəst və anti-Azərbaycan, anti-Türkiyə mövqe nümayiş etdirir. Senat sədrinin Yerevanda təşkil edilmiş bir sərgidə gördüklərindən yola çıxaraq, Türkiyədə və "artsax"da "erməni mədəniyyətinin izləri"nin silinməsindən bəhs etməsi, sadə dillə desək, siyasi ciddiyyətdən uzaqdır".
Sahibə Qafarova xüsusilə vurğulayıb ki, əgər Fransa Senatının sədri həqiqətən tərəfsiz və ədalətli olmaq niyyəti güdmüş olsa idi, səfərini təkcə Ermənistana deyil, regiona edər, Azərbaycana da rəsmi səfərə gələrdi, işğaldan yenicə azad olunmuş ərazilərimizdə 30 il ərzində Ermənistan tərəfindən törədilmiş vandalizm və barbarlığı, bu gün "Qafqazın Xiroşiması" adlandırılan Ağdam şəhərini öz gözləri ilə görmüş olardı:
"Belə bir səfər Senat sədrinə həm də ölkəmizdə digər xalqların dininə, mədəniyyətinə, tarixinə göstərilən hörmətin şahidi olmaq imkanı verərdi. Hər şeydən əvvəl, elə məhz erməni xalqının dininə və mədəniyyətinə göstərilən hörməti, Bakının mərkəzində hələ də mövcud olan erməni kilsəsini görərdi.
Bu isə ona 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində olan dini və mədəni abidələrin yerlə yeksan edilməsi, məscidlərimizdə inək və donuz saxlanılması ilə müqayisələr aparmaq imkanı verərdi. Lakin təəssüf edirəm ki, fransalı həmkarım belə bir addım atmaq yerinə, qərəzli və birtərəfli mövqe tutmağa üstünlük vermişdir".
Spiker həmçinin Azərbaycan tərəfindən saxlanıldığı iddia olunan erməni əsilli hərbi əsirlər məsələsinə dair Senat sədrinin fikirlərini də şərh edib:
"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisinə göndərilmiş diversant qrupunun üzvləri hərbi əsir deyil və bu cür dəyərləndirilə bilməz. Bu, ancaq bizim dediyimiz bir şey deyildir, beynəlxalq hüquq da sözügedən məsələni məhz bu cür tövsif edir. Buna görə də, Fransa Senatının sədri tərəfindən bu konteksdə Azərbaycana qarşı səsləndirilən ittihamları qəbul etmir, əvəzində cənab Larşenin bu gün də mülki əhalinin və hərbiçilərin həyatlarına son qoyan, sağlamlıqlarını itirməsinə səbəb olan minalanmış ərazilər məsələsinə diqqət yetirməyə çağırırıq. Yaxşı olardı ki, Senat sədri Fransanın Minsk qrupu həmsədri olması prizmasından çıxış edərək, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməyə məcbur edə idi. Bununla da dünya birliyinin Ermənistana bu istiqamətdə verdiyi çağırışlara dəstək vermiş olardı".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 1099 Tarix: 24 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşKərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb
12 sentyabr 2021Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür
Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa
15 sentyabr 2021Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ
Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"
4 sentyabr 2021Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA
Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri
4 sentyabr 2021Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı
15 sentyabr 2021Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab
4 sentyabr 2021Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden
29 avqust 2021Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi
Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər
4 sentyabr 2021"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya
"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ
15 sentyabr 2021