Şəhidin məzarında bülbül yuva qurub – FOTOLAR

Şəhidin məzarında bülbül yuva qurub – FOTOLAR44 günlük Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu qələbənin qazanılmasında Azərbaycan Ordusunun misilsiz rol oynadığı hər kəsə bəllidir. Azərbaycan oğulları canlarından keçərək işğaldakı torpaqları düşməndən geri qaytardılar. Bu yolda 3 minə qədər şəhid verdik. Minlərlə Qazimiz var.

Vətən uğurunda gedən döyüşlərdə şəhid olanlardan biri də Yusifov Münasib Mübariz oğludur. Münasib 2000-ci ilin 14 may tarixində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş Münasib Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. O, qələbəyə cəmi 2 gün qalmış canını Vətən torpağı üçün fəda edib.

Münasib Yusifov Yuxarı Öysüzlü qəbiristanlığında uyuyur. Bu günlərdə onun qəbri üstünə gedən doğmaları son dərəcə təsirli səhnəyə şahid olublar. Bir bülbül şəhidin məzarı üstündə düzəldilmiş güldanların içindəki güllərin arasında yuva qurub. Fotolardan göründüyü kimi, bülbül yuvaya 5 yumurta qoyub. Yaxınlarının Musavat.com-a verdiyi məlumata görə, ailəsi Münasibi ziyarətə gedəndə quş uçub yaxınlıqdakı ağacda gözləyir, insanlar gedəndən sonra isə yuvasına qayıdır.

Şəhidlərin Allah qatında necə qəbul olunduğu barədə müqəddəs kitabımız olan Quranda yazılıb. Həmçinin Vətən üçün canından keçən igidlərə tarixən xalqın, el-obanın necə böyük sevgi, ehtiram bəslədiyi məlumdur.

Münasibin – Vətən üçün can verən bu igidin məzarında bülbülün yuva qurması şəhidlər haqda yazılanların, deyilənlərin nə qədər doğru olduğunun bir daha isbatıdır. Allahın ən müqəddəs bəndələri şəhidlərdir. Onlar cənnətlə müjdələnib. Vətənin ən müqəddəs ünvanı Şəhid məzarlarıdır. Vətənin başladığı yer də o mübarək ünvanlardır.

Xarıbülbülün bitdiyi torpaqlarda şəhid olan igidin məzarı bir bülbülə yuva olub...

Şəhidlər ölməz, Vətən bölünməz.
Şəhidin məzarında bülbül yuva qurub – FOTOLARŞəhidin məzarında bülbül yuva qurub – FOTOLARŞəhidin məzarında bülbül yuva qurub – FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 5996   Tarix: 25 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Ermənistanın verdiyi xəritələrin 20-30 faiz doğru çıxması ilə bağlı nazirlikdən AÇIQLAMA

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. -ın məlumatına görə

20 iyun 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Müdafiə Nazirliyindən Əfqanıstandakı Azərbaycan sülhməramlıları ilə bağlı AÇIQLAMA

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin verdiyi məlumatda qeyd olunub. Daim

15 avqust 2021