Abşeronda 24 yaşlı fəhlə faciəvi şəkildə ÖLDÜ

Abşeronda 24 yaşlı fəhlə faciəvi şəkildə ÖLDÜAprelin 25-də saat 8 radələrində Abşeron rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, Bakı-Sumqayıt yolunun 17-ci km-də tikilməkdə olan çoxmərtəbəli binada tikinti işlərinə cəlb olunmuş 1997-ci il təvəllüdlü Quliyev Niyamməddin Nizaməddin oğlu binanın 14-cü mərtəbəsindən yıxılıb və hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 540   Tarix: 26 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycanda 20 yaşlı gəlindən DƏHŞƏTLİ ƏMƏL

Sabirabad rayonunda intihar hadisəsi baş verib.. . Sonxeber.az xəbər verir ki, rayon sakini 20 yaşlı S.M özünü yaşadığı evin həyətindəki nar ağacından asıb.. . Bildirilir ki, intihar edən S.M yeni ailə qurubmuş və 1 yaşlı körpə anası olub. Onun ailəsində problemlər yaranıb və S.M boşanmaq istəyib. Laki

26 aprel

Bakıda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ÖLDÜ

Bakıda bədbəxt hadisə baş verib.. . Sonxeber.az "report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.. . Balaxanı qəsəbəsində evlərdən birinin həyətinin darvazası 2014-cü il təvəllüdlü Mustafazadə Məhərrəm Elgün oğlunun üzərinə aşıb.. . Nəticədə 7 yaşlı uşaq ağır xəsarətlə

26 aprel

Bakıda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü

Bakıda bədbəxt hadisə baş verib.. . "Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.. . Balaxanı qəsəbəsində evlərdən birinin həyətinin darvazası 2014-cü il təvəllüdlü Mustafazadə Məhərrəm Elgün oğlunun üzərinə aşıb. Nəticədə 7 yaşlı uşaq ağır xəsarətlər alıb. M.Mustafazad

25 aprel

Bakıda yanğın: Xəsarət alan var

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.. . Sonxeber.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 6 m² olan konteynerin içərisində məişət tullantıları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.. . Yanğın yanğından mühafizə bölmələri tərəfində

25 aprel

62 yaşlı kişi göldə batıb

Oğuzda göldə balıq tutan 62 yaşlı kişi boğularaq ölüb.. . APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qarabulaq kəndinin inzibati ərazisində baş verib. Rayonun Böyük Söyüdlü kənd sakini, 62 yaşlı Vasilkov Aleksey Aleksandroviç ərazidən axan Türyançayın hövzəsində yaradılmı

25 aprel

Bakıda 24 yaşlı fəhlə binadan yıxılıb öldü

Cəlilabad sakini, 24 yaşlı Niyaməddin Quliyev Bakı şəhərində çoxmərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılaraq ölüb.. . "Report"un məlumatına görə, o, binada fəhlə kimi çalışırmış.. . Faktla bağlı araşdırma aparılır.

25 aprel

Minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Dədə Qorqud kəndində qeydə alınıb.. . VAZ 2107 markalı avtomobil yolda hərəkətdə olan traktorla toqquşub. Nəticədə minik avtomobilində olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Saatlı xəstəxanalarına yerləşdirilib.. . Faktl

25 aprel

Qazaxda kişi arı sancmasından öldü

Qazax rayonunda arı yerli sakinin ölümünə səbəb olub.. . "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Cəfərli kəndində, "Bayram bulağı" deyilən ərazidə baş verib.. . Belə ki, arının sancmasından sonra halı pisləşən Qazax rayon sakini, 1965-ci il təvəllüdlü Tahir Qocayev xəstəxanay

24 aprel

Tovuzda yağışdan sonra yola düşən qaya parçaları kəndlərlə əlaqəni kəsdi

Tovuzda aramsız yağan yağışlar nəticəsində rayonun dağ kəndinə gedən yola qaya və daş parçaları tökülüb. . . APA-nın yerli bürosunun məlumatına görə, nəticədə rayonla Böyük Qışlaq və Qaralar kəndini birləşdirən avtomobil yolu bir neçə saat bağlı qalıb. . . Qaralar kənd Bələdiyyə sədri Elşən Yusibov bildiri

24 aprel