Azərbaycan xalqı Zəngəzura qayıdacaq

Azərbaycan xalqı Zəngəzura qayıdacaq2021-ci il aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində ölkə başçısı İlham Əliyev Ermənistanı ciddi təşvişə salan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məslələrə toxunaraq vurğulayıb ki, "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik".
Bu dəhlizin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın müddəlarından biridir. Ancaq Ermənistanın son günlərdəki davranışından hiss olunur ki, bu ölkə yenə də əvvəlki oyunlarını oynamaq fikrinə düşüb. Ancaq Prezident İlham Əliyev qətiyyətlə bəyan etdi ki, Zəngəzur dəhlizi icra ediləcək.
Dəhlizin reallaşmasında əsas rəqib zamandır. Çünki yolların çəkilişi vaxt tələb edir. Bütün güclər bu layihələrin icrasına səfərbər olunub. Bu layihənin icrası ilə Azərbaycan xalqı 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq.
Fakt budur ki, müharibədən öncə Azərbaycan Prezidentinin dəfələrlə Ermənistana etdiyi xəbərdarlıqlara əhəmiyyət verməyən işğalçı ölkə, indi Prezident İlham Əliyevin hər bir mesajından sonra əl-ayağa düşür. Çünki erməni xalqı artıq reallığı görür və bununla barışır. Erməni xalqı dəmir yumruğun zərbəsinin çox acı nəticələr verdiyini də unutmur və anlayır ki, artıq Azərbaycanla oyun oynamağın faydası yoxdur.
Ölkə başçısı yalnız 10 noyabr bəyanatında göstərilən müddəaların icra prosesini dəyərləndirərək Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınma hallarının ola biləcəyi halda bu ölkə üçün baş verə biləcək nəticələrə diqqət çəkib. Yəni görülən işlər 10 noyabrda təsdiq olunmuş öhdəlikdir. Bu baxımdan öhdəliyin həyata keçirilməsində qalib dövlət kimi Azərbaycan israrlıdır.
Hacıqabulda Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda aparılan ümumi abadlıq-quruculuq işlərindən söz açan Prezident İlham Əliyev əsas kimi yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər getdiyini söylədi. Bəlli oldu ki, yaxın günlərdə Füzuli-Şuşa yolu, yəni Zəfər yolundan başqa, Horadiz-Zəngilan avtomobil yolunun da təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlayıb və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Prezident bu yolun Zəngəzur dəhlizinə gəlib çatacağını və artıq cədvəl üzrə işlərin getdiyini də vurğuladı.
Prezident həmçinin bu işlərlə paralel olaraq, vurulmuş ziyanın hesablanması prosesinin də davam etdirildiyini, bu işə xarici mütəxəssislərin cəlb olunduğunu diqqətə çatdırdı. Məqsəd bəllidir - təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları beynəlxalq məhkəmədə cavab verməlidirlər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib.
Müharibəyə qədər istədiyi oyunlardan çıxan, həmsədr dövlətlərin, beynəlxalq təşkilatların yaratdıqları cəzasızlıq mühitindən lazımınca yararlanan Ermənistan indi dalana dirənib. Bütün bunlara rəğmən, yəni azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətməsi, tarixi, dini abidələrimizi dağıtması fonunda belə İlham Əliyev Ermənistanla əməkdaşlıq məsələsinin də mümkünlüyünü vurğuladı. Təbii ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmayacaq və heç vaxt bağışlamayacaq. Amma bununla paralel olaraq, öz maraqlarımızı təmin etmək üçün lazımi addımların atılması labüddür. Bu da Azərbaycanın ilk növbədə milli maraqları naminə atılan addımlardır.
Bir sözlə, məğlub Ermənistan götürdüyü bütün öhdəliyi yerinə yetirmək məcburiyyətindədir. Ən azı ona görə ki, artıq qarşısında güclü və haqlı Azərbaycan dövləti var. Prezidentin söylədiyi kimi, nə qədər bunu tez qəbul etsələr, özləri üçün daha xeyirlidir.
Beləliklə, görünən odur ki, qarşıdan gələn 3 il ərzində Azərbaycan bütün əsas infrastruktur layihələrini - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələrini başa çatdıracaq. Həmin vaxta qədər Zəngəzur dəhlizi mütləq istifadəyə veriləcək.
Bütün bunlar onu göstərir ki, həm ölkəmiz üçün, həm də regionumuzla bu və ya digər şəkildə bağlı olan bir çox ölkələrin inkişafı üçün tamamilə yeni dövr, yeni sıçrayış mərhələsi başlayır. Deməli, qarşıdakı illərdə hər birimiz Azərbaycanın Cənubi Qafqaz regionunda sözün bütün mənalarında lider ölkə statusunun daha da möhkəmlənməsinin şahidi olacağıq.
Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha İlham Əliyevin hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli lider olduğunu görəcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 851   Tarix: 26 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021