Məğlubiyyətin acısı və törədilən ekoloji terrorun fəsadları – NAZİR MÜAVİNİ AÇIQLADI

Məğlubiyyətin acısı və törədilən ekoloji terrorun fəsadları – NAZİR MÜAVİNİ AÇIQLADIAli Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan ordusunun şücaəti ilə 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində geri qaytarıldı. Bir sözlə Azərbaycan BMT və ATƏT-in 30 ildə son qoya bilmədiyi Ermənistanın işğalçılıq siyasətinə 44 gündə son qoydu.

II Qarabağ savaşında zəfər çalan Azərbaycan qalib ölkə olaraq bütün dünyaya bir mesaj ünvanladı: "Qarabağ Azərbaycandır!" mesajı
Müharibədən sonra həmin ərazilərə səfər edən yerli və xarici KİV-nin nümayəndələri və digər rəsmilər Erməni vandallığının bilavasitə şahidi oldular.Təbii ki, söhbət işğalçı ölkənin Azərbaycanın flora və faunasını, təbii sərvətlərini bilərəkdən və vəhşicəsinə məhv etməsindən gedir. Bunun bir adı var- Ekoloji terror

Sonxeber.az xəbər verir ki, məsələyə münasibət bildirən Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev 7times.az saytına açıqlamasında qeyd etdi ki, hazırda işğaldan azad edilən ərazilərdə monitorinqlər aparılır və monitorinqlər davam etdikcə vurulan zərərin ölçüsünün daha da böyük olduğu məlum olacaq.

"Təkcə onu deyə bilərəm ki, Qarabağ ərazisində işğaldan əvvəl 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı erməni vandalları tərəfindən məhv edilib"

Nazir müavini onu da qeyd etdi ki, hazırda ölkəmizdə keçirilən "Yaşıl Marafon" layihəsi çərçivəsində işğaldan azad olunan bəzi ərazilərdə ANAMA-nın nəzarəti ilə tərəfimizdən yaşıllıq zolaqları salınır, yeni ağac növləri əkilir.

"Bunun üçün təmsil etdiyim qurumun kifayət qədər imkanları var. Erməni terrorçuları tərəfindən minalanan ərazilər ANAMA əməkdaşları tərəfindən təmizləndikcə, işğaldan azad edilmiş torpaqların tez bir zamanda yaşıllaşdırılması ilə bağlı müvafiq tədbirlər görüləcək. Qarabağ tez bir zamanda yaşıllığa qərq ediləcək"

F.Əliyevin sözlərinə görə ermənilərin təbiətimizə vurduğu ziyan təkcə meşələrlə bitmir.

" Erməni vandalları bizim yeraltı və yerüstü yataqlarımıza, termal-mineral su mənbələrimizə ziyan vurublar, faydalı filiz yataqlarımızı istismar ediblər. 30 il ərzində təxminən 100 min hektardan çox ərazidə yanğınlar törədiblər. Aparılan araşdırmalardan sonra beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq və Ermənistan dövləti törətdiyi ekoloji terrora görə cavab verəcək.Hazırda isə həmin ərazilərə dəymiş ziyanın məbləği hesablanır"

Bəli gözü qana susayan bir ölkənin törətdiyi vəhşilik artıq dünyanın gözü önündədir. Bu da təkcə Azərbaycanın ekologiyasına deyil, bütünlükdə bəşəriyyətin bioloji müxtəlifliyinə vurulan zərbədir.Beynəlxalq ictimaiyyət artıq susmamalı və ekoloji müharibyə son qoyulması üçün lazımi addımlar atmalıdır.Çünki məğlub olan ölkənin törətdiyi bu vəhşiliyin əks-sədası daha dərin və uzunmüddətli ola bilər.

AYTƏN SAKİTQIZI


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 657   Tarix: 26 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel