Əvvəl arvadını, həbsdən sonra onun məşuqunu ÖLDÜRDÜ: "Qızımı görmək istədim..."

Əvvəl arvadını, həbsdən sonra onun məşuqunu ÖLDÜRDÜ: "Qızımı görmək istədim..."Şabran rayonunda ana və oğlunu qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Nahid İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Teleqraf.com-a istinadən bildirir ki, Nahid İslamov 2008-ci ildə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.

O, 2019-cu ilin yanvarın 30-da Nərimanov rayon Məhkəməsinin müvafiq qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra 2008-ci ildə qısqançılıq zəminində öldürdüyü arvadı ilə ona xəyanət edən və ailəsinin dağılmasında təqsirkar heab etdiyi həmkəndlisi, 1983-cü il təvəllüdlü Məhəbbət Məmmədovdan qisas almaq qərarına gəlib.

Nahid İslamov niyyətini həyata keçirmək üçün münasib vaxt və əlverişli şəraitin yaranmasını gözləyib.

11 il sonra arvadının məşuqunu öldürdü

Bu məqsədlə o, azadlığa çıxdıqdan sonra məskunlaşdığı, mərhum babası Cəfər Babayevə məxsus olan Şabran rayonunun Zeyvə kəndindəki evində, 2019-cu ilin təxminən oktyabr-noyabr aylarında ov tüfənginin qundağını və lüləsini mişarla kəsib, "obrez" düzəldib. 2020-ci ilin aprelin 11-də səhər saatlarında həmin odlu silahı və 7-8 ədəd zavod üsulu ilə hazırlanmış patronları götürərək kəndin yaxınlığındakı meşə zolağına, "bulaq" adlanan yerə gəlib.

Orada özü ilə gətirdiyi bir şüşə arağı içib, saat 18 radələrində sərxoş vəziyyətdə Məhəbbətin kənd sakinləri ilə birlikdə kəndin yaxınlığında voleybol oynadıqları meydançaya gəlib. Voleybol topunun meydançadan çıxaraq ona tərəf dığırlandığını görüb və odlu silahadan açdığı atəşlə topu vurub.

Bu zaman ona yaxınlaşan Məhəbbət iradını bildirib, odlu silahı ondan almaq istəsə də, buna nail ola bilməyib.

Dartışma zamanı tüfəngin lüləsinin Məhəbbətin qarın nahiyyəsinə dirəndiyini görən Nahid fürsətdən istifadə edərək atəş açıb. Məhəbbət aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, Nahid qətldən xəbər tutaraq onun ünvanına uca səslə ağır qarğış və söyüşlər səsləndirməklə hadisə yerinə gələn, ailəsinin dağılmasında əsas səbəbkərlardan hesab etdiyi Məhəbət Məmmədovun 1963-cü il təvəllüdlü anası İstək Mahmudovanı da güllələyərək öldürüb.

4 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Nahid İslamovun barəsində Cinayət Məcəlləsinin 120.2.10-cu (təkrar adam öldürmə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.

"Arvadımı öldürdüm, məhkum edildim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nahid İslamov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, Şabran rayonunun Zeyvə kəndində babası Cəfər Balayevə məxsus evdə anası Dilarə, qardaşı Amid, babası Cəfərlə birlikdə yaşayıb: "Ailədə 3 qardaş olmuşuq. Zeyvə kənd məktəbinin 3-cü sinfini bitirdikdən sonra təhsilimi davam etdirməmişəm. Kənddə fərdi əməklə məşğul olaraq özümü dolandırmışam.

Atam Eynulla 2-ci dəfə ailə həyatı quraraq Zeyvə kəndində özünə məxsus evdə, bizdən ayrı yaşayıb. 2006-cı ildə Zeyvə kəndində yaşayan Dinarə ilə ailə həyatı qurdum. Rəsmi nikahımız olmadı, molla kəbini ilə kifayətləndik.

Həmin nikahdan bir qızmız oldu. 2008-ci ildə qısqanclıq zəminində arvadımı öldürərək 11 il azadlıqdan məhrum edildim. 2019-cu ilin yanvarın 30-da Nərimanov rayon Məhkəməsinin qərarı ilə şərti olaraq cəzadan azad edildim. Sonra Zeyvə kəndində yaşamağa başladım".

"Onu bağışlamağımı istədi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, ölmüş zərərçəkmiş şəxslər - Məhəbbət və İstəki uşaq vaxtlarından tanıyıb:

"Onlarla həmkəndli olmuşuq. Arvadımı öldürməyimə səbəb onun məni Məhəbbətlə aldatması olub. 2008-ci ildə Rusiya Federasiyasına işləməyə getmişdim. Orada yaşadığım vaxt qardaşım Mitxun mənə zəng vuraraq arvadımın kəndçimiz Məhbbətlə sevgili olduğunu və məni aldatdığını bildirdi. 2008-ci il aprelin 14-də Şabran rayonuna, yaşadığım Zeyvə kəndinə qayıtdım, arvadımı bıçaqla ürəyindən vuraraq öldürdüm. 2008-ci ilin aprelin 15-də tutuldum.

Azadlığa çıxdıqdan sonra təxminən fevral ayında bu məsələyə aydınlıq gətirmək üçün Məhəbbətlə görüşdüm. Məhəbbət səhvini boynuna aldıqdan sonra onu bağışlamağımı istədi. Bütün olub bitənləri nəzərə alaraq, Məhəbbəti bağışldım. Ona qarşıma çıxmamağı bildirdim".
Əvvəl arvadını, həbsdən sonra onun məşuqunu ÖLDÜRDÜ: "Qızımı görmək istədim...""Özünü lotu kimi apardığını gördüm"

Nahid İslamov ifadəsində göstərib ki, 2020-ci ilin aprelin 11-də səhər tezdən təxminən saat 9-da oyanaraq həyətdə saxladığı dovşanlara ot atıb:
"Sonra evdə olan babam Cəfərə məxsus qoşa lüləli 16 kalibrli, qundağı və lüləsi kəsilmiş ov tüfəngini, 7-8 ədəd patronu və bir ədəd 0,5 litrlik arağı götürərək kəndin meşəsi tərəfə, bulaq deyilən yerə getdim. Uşaqlıq dövründən meşədə çaqqal və canavar olduğunu bildiyimdən özümlə babama məxsus ov tüfəngini götürdüm, sonra tək meşəyə getdim.

Həmin ərazidə gicitkən və turşəng bitkisiylə götürdüyüm arağın hamısını içdim. Bir neçə saat həmin ərazidə olduqdan sonra təxminən saat 18 radələrində yaşadığım evə doğru getməyə başladım.

Yolun üstündə voleybol meydançası olan yerə baxanda Məhəbbətin kənd sakinləri ilə voleybol oynadığını gördüm. Sərxoş olduğumdan meydançada kənd sakinlərindən daha kimlərin olduğu yadımda qalmayıb. Onlara təxminən 5-7 metr yaxınlaşdıqda və onlardan aralı keçərək evimə doğru gedərkən Məhəbbət məni gördü. O, ünvanıma uşaqların yanında ağır nalayiq sözlər işlətdi. Özünü həmin uşaqların yanında lotu kimi apardığını gördüm".

"Səfeh, bu nə hərkətdir edirsən?.."

Nahid İslamov qeyd edib ki, bu zaman Məhəbbətə görə gəncliyini məhv olduğunu, 11 il azadlıqdan məhrum edildiyini fikirləşib:

"Sərxoş olmağıma baxmayaraq Məhəbbətin bu söyüşünü və hərəkətini qəbul edə bilmədim. Elə həmin vaxt Məhəbbətin atdığı top mənim qabağıma düşdüyünə görə üstümdə olan tüfəngi çıxardım və atəş açaraq topu partlatdım.

Bu vaxt Məhəbbət iri addımlarla mənə yaxınlaşdı. Təhqir formada "səfeh, bu nə hərkətdir edirsən?", - dedi. O, tüfəngi əlimdən dartaraq almaq istədi. Tüfəngi möhkəm tutduğumdan ona vermədim.

Həmin an Məhəbbətin bütün hərəkətləri gözümün qabağından keçdiyindən tüfəng elə onun qarnına dirənmiş halda atəş açdım".

"Anasının gəldiyini gördüm"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu vaxt Məhəbbət əlini tüfəngdən buraxıb və yerə yıxılıb: "Həmin vaxt voleybol oynayan kənd uşaqları müxtəlif istiqamətlərdə qaçışdılar. Onsuz da tutulacağımı fikirləşdim, helə bu "heyvanı", yəni Məhəbbəti vuraraq öldürməyə və aramızda olan namus söhbətini bitirməyə qərar verdim.

Bundan sonra tüfəngin içindən hər iki gilizi çıxararaq yerə atdım. Cibimdən 2 ədəd patron çıxararaq tüfəndə qoydum və çaxmağı çəkərək yerdə uzanmış vəziyyətdə olan Məhəbbətin başından atəş açdım. Məhəbbətin öldüyünü görəndən sonra oradan piyada polis şöbəsinə təslim olmaq üçün getmək istərkən meydançanın yaxınlığında Məhəbbətin anası İstəkin mənə tərəf uca səslə ağır söyüşlər söyə-söyə gəldiyini gördüm".
Əvvəl arvadını, həbsdən sonra onun məşuqunu ÖLDÜRDÜ: "Qızımı görmək istədim...""12 yaşlı qızımla görüşmək istədim"

Nahid İslamov bildirib ki, İstəkin ağır söyüşlər söyməsi onu özündən çıxararaq qıcıqlandırıb: "Bu səbəbdən təxminən 3-5 metr məsafədən İstəkə tərəf atəş açdım. Lakin İstəkin haradan yaralandığı görmədim. Odur ki, tüfəngi açaraq boş gilizləri yerə atdım və yenidən 2 dolu patronu tüfəngə yerləşdirərək İstəkə təkrar atəş açdım. Amma qırmaların onun harasına dəydiyini bilmədim.

Həyəcanlı vəziyyətdə oradan çıxaraq tüfənglə birlikdə Şabran rayon polis şöbəsi istiqamətinə getdim. Kəndin ortasında, məktəbin yanında qara rəngli xarici maşın saxladı. Maşını idarə edən mülki paltarda təxminən 50-55 yaşında tanımadığım bir kişi tüfəngi əlimdən aldı. Həmin şəxsin polis zabiti Ramiz olduğunu tutulandan sonra bildim.

Ramiz əlimdən tüfəngi alandan sonra cibimdən 2-3 ədəd dolu patronu da çıxararaq yerə atdım. Həmin yerdən uzaqlaşaraq birbaşa keçmiş qaynanam Mayanın evinə getdim. Qaynanamla yaşayan qızımı artıq bir daha görə bilməyəcəyimi düşündüm. 12 yaşlı qızımla görüşmək istədim.

Keçmiş qaynanam və qızımla görüşərək gecə saat təxminən 12-1 radələrində kəndin ortasında olan bələdiyyənin tikinti materialları satış dükanının yanına getdim. Orada gözətçi işləyən Akif adlı şəxsin mobil telefonu ilə Daxili İşlər Nazirliyinin 102 növbətçi hissəsinə zəng etdim. Hadisə barədə məlumat verərək təslim olmaq istədiyimi bildirdim.

Telefonla məlumat verdikdən sonra 3 nəfər polis əmkdaşı dükana gəldi və əllərimə qandal vururaraq birbaşa polis şöbəsinə apardılar".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.

Nahid İslamov ömürlük azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1761   Tarix: 26 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Ana və balanı bıçaqlayan şəxslər ələ keçdi - FOTO/VİDEO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.. . Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis şöbəsin

26 aprel

27 yaşlı gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.. . "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Hacıməlik qəsəbəsində baş verib.. . Belə ki, 1994-cü il təvəllüdlü Elcan Nofəl oğlu Həsənov mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaq xəsarəti alıb.. . O, Göygöl Rayon Mərkəzi Xəstəxanasın

25 aprel

Bıçaqlanma hadisəsinin baş verdiyi evdə müəmmalı yanğın oldu

Astarada iki mərtəbəli ev yanıb.. . "Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Şəmətük kəndində baş verib.. . Belə ki, 1962-ci il təvəllüdlü Qəyyim Əlif oğlu Ağayevə məxsus 8 otaqdan ibarət 2 mərtəbəli ev gecə saatlarında tamamilə yanıb. Yanğın zamanı ailə üzvləri həyətdək

25 aprel

Narkotiki corabında gizlədən şəxs ələ keçdi - FOTO/VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.. . Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Tülü kənd sakini

24 aprel

Atasını və qardaşını narkotik üstündə ÖLDÜRDÜ

Türkiyənin Adana şəhərində qanlı olay baş verib.. . Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana şəhərində atası Halil Kəsər və qardaşı Ufuk Kəsəri bıcaqlayaraq öldürən Ferhat Keserin hadisəni narkotik istifadəsi zamanı törətdiyi ortaya çıxıb. Belə ki, evdə narkotin qəbul etməyə hazırlaşa

24 aprel

Bakıda məktəbdən avtomat OĞURLANDI

Bakıda məktəbdən oğurluq edilib.. . Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-nə keçən gecə rayon ərazisindəki tam orta məktəbləri

23 aprel

Sevgilisini qısqanan oğlanın Bakıda törətdiyi dəhşətli CİNAYƏT - VİDEO

2019-cu il noyabrın 29-da DİN 102 xidmətindən Binəqədi RPİ 5-PB-nə 7-ci mikrorayon ərazisində bıçaqlanma hadisəsi baş verməsi haqda məlumat verilib. Hadisə yerinə cəlb olunan polis əməkdaşlarına məlum olub ki, Süleyman Sani Axundov küç. 15/1 ünvanında çoxsaylı bıçaq xəsarətləri almış qadın Kliniki Tibb

21 aprel

Həyat yoldaşını GÜLLƏLƏYİB intihara cəhd etdi- FOTO

Tükiyənin Bursa şəhərində Mehmet Yıldız adlı şəxs boşanma ərəfəsində olduğu həyat yoldaşı Akgül Yıldız ilə küçədə mübahisə etdikdən sonra tapança ilə onun başına atəş açaraq öldürüb. . . Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mehmet Yıldız hadisədən sonra qaçaraq bir evdə gizlənib

20 aprel

Yad kişilərlə intim əlaqədə olan qadın öz ərini öldürdü - BAKIDA ŞOK CİNAYƏT

2019-cu il iyulun 15-də Suraxanı RPİ 30-cu PŞ-dən rayon prokurorluğuna inzibati ərazidə yaşayan Ruslan Faxrətovun bıçaqla özünə xəsarət yetirməsi və ölməsi barədə məlumat daxil olub. Dərhal onun yaşadığı əraziyə polis əməkdaşları cəlb olunub.. . Sonxeber.az BAKU TV-yə istinadən xəbər verir ki, Rusla

20 aprel