Azərbaycanın siyasi partiyaları qardaş Türkiyəyə dəstəkdir

Azərbaycanın siyasi partiyaları qardaş Türkiyəyə dəstəkdirABŞ Prezidenti Co Baydenin qondarma "erməni soyqırımı" ilə bağlı müraciəti və "genosid" kəlməsini işlətməsi uzun illər ərzində erməni lobbisinin böyük pullar sərf edərək apardığı lobbizmin nəticəsi, eyni zamanda, Türkiyəyə siyasi təzyiq vasitəsidir.
ABŞ adminstrasiyasi və Konqresdə erməni lobbisinin təsirində və mailiyyə aslılığında olan çoxlu sayda rəsmi şəxslər vardır. Qondarma "erməni soyqırımından" öz siyasi məqsədləri üçün istifadə edənlər, bu dəfə Türkiyənin regionda və dünyadakı nüfuzundan qorxaraq belə bir addım atılmasına nail oldular. Bu addım Türkiyəyə qarşı uğursuz təzyiq cəhdidir. Aydındır ki, hazırki vəziyyətdə 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanması və ərazi bütövlüyünü təmin etməsi, bu məsələdə Türkiyənin Azərbaycanın yanında olması ABŞ və ermənipərəst dairələri narahat edirdi. Türkiyənin milli maraqları əsasında müstəqil siyasətini həzm edə bilməyən ABŞ və ermənipərəst dairələr, eyni zamanda, Avrasiyada və xüsusilə Yaxın Şərqdə nüfuzu azalmaqda olan ABŞ-ın regionda milli maraqlarına zərbə vurdular. Sadəcə bu bəyanatın özü ABŞ-ı nüfuzdan salır. NATO ölkəsi olan Türkiyəyə indiki vaxtda bu cür təzyiq cəhdi uğursuzdur. Bunun heç bir nəticəsi olmayacaq.
Baydenin "erməni soyqırımı" bəyanatından sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla Azərbaycan ictimaiyyəti dərhal hərəkətə keçdi. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etməsi və ABŞ prezidentinin mövqeyinin tarixi səhv adlandırması birliyimizin, sarsılmazlığının daha bir nümunəsidir.
Eləcə də ölkəmizdə bütün ictimaiyyət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ prezidentinin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı yanlış mövqeyinə dair bəyanat yaydı. 48 siyasi partiyanın qısa bir müddətdə bəyanat imzalaması tarixi hadisədir.
Siyasi partiyaların etiraz bəyanatlarında bildirilir ki, tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı "soyqırımı" törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub.
Son dövrlər qondarma "erməni soyqırımı" iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma "erməni soyqırımı" anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, "tarixi həqiqətlər axtarışı"nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.
Çox sayda hökümət təşkilatları müxtəlif formatlarda bəyanat imzaladı, eyni zamanda, KİV-lər, sosial şəbəkə istifadəçiləri Azərbaycanın Türkiyə ilə həmrəy, qardaş ölkənin yanında olduğumuzu bildirərək Baydenin bəyanatını tarixin saxtalaşdırılması adlandırdı. Hesab edirik ki, bu tarixi saxtalaşdırmalar regionda Azərbaycan və Türkiyənin artmaqda olan nüfuzuna zərbə vurmağa hədəflənmiş uğursuz cəhdlərdir.
Türkiyə və Azərbaycan regionda yeni siyasi konfiqurasiya qurur. Görünən odur ki, bu əməkdaşlıq ABŞ prezidenti Co Baydeni ciddi narahat edir. Lakin heç bir vasitə Azərbaycan və Türkiyənin regionda artan nüfuzuna xələl yetirməyəcək. Bəllidir ki, Amerika prezidentinin "erməni soyqırımı" ifadəsini işlətməsinin hər hansı bir beynəlxalq hüquq aspekti yoxdur. Bu səbəblə biz Azərbaycan və Türkiyə, iki qardaş, regional ölkə kimi öz yolumuzda davam edəcəyik.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 703   Tarix: 27 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib - SƏRƏNCAM

Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb

8 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

İlham Əliyev Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel