Azərbaycanda üç nəfər orta məktəbin zalında azyaşlıya dəfələrlə TƏCAVÜZ ETDİ

Azərbaycanda üç nəfər orta məktəbin zalında azyaşlıya dəfələrlə TƏCAVÜZ ETDİŞabran rayonunda seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan 2002-ci il təvəllüdlü Höccətəli Soltanov, 2002-ci il təvəllüdlü Fərid Xalıqov və 2002-ci il təvəllüdlü Sabir Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Demokrat.az-a istinadən xəbər verir ki, Fərid Xalıqov 2017-ci ilin mayın əvəllərində, saat 12.00-da təhsil aldığı Şabran rayonun Şahnəzərli kənd orta məktəbinin idman zalında dərslərarası tənəffüs zamanı öz cinsi ehtirasını təmin etmək niyyəti ilə həmkəndlisi, həmin dövrdə kənd orta məktəbinin 8-ci sinif şagirdi, 2003-cü il təvəllüdlü Məlikin (ad şərti verilib – red.) köməksiz vəziyyətindən istifadə edərək ona bir məktəbdə oxuyan digər şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə onda onun haqqında məlumatın olduğunu bildirib, onunula da qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Məktəbin idman zalında təcavüz

Fərid Xalıqov onun təklifini qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla Məliki biabır edəcəyi ilə hədələyib. Məlik onun təklifini qəbul etməyib və etiraz edib.

Bu zaman Fərid onun müqavimətini qırmaq üçün sonuncunun qolundan tutaraq zorla idman zalının paltardəyişmə otağına aparıb və orada ona qarşı zor tətbiq edərək yumruqla sinə nahiyəsinə zərbələr endirib. Onu soyundurub və qeyri təbii üsula cinsi əlaqədə olub.

Bundan başqa Fərid 2019-ci il fevralın 11-də, saat 12.00-da həmin dövrdə onunla eyni orta məktəbin 11-ci sinfində oxuyan Höccətəli Soltanov və Sabir Həmidov ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girib.

Məktəbliyə üç nəfər təcavüz etdi

Onlar təhsil aldıqları Şabran rayonunun Şahnəzərli kənd orta məktəbinin idman zalında dərslərarası tənəffüs zamanı Məlikə yaxınlaşaraq bir məktəbdə oxuyan həmkəndliləri ilə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə onlarda onun haqqında məlumatın olduğunu bildirib, onlarla da qeyri-təbii yolla cinsi əlaqədə olmağı ona təklif edib. Təklifini qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla onu biabır edəcəyi ilə hədələyib, idman zalının paltardəyişmə otağında cinsi əlaqədə olublar.

"Ədavətimiz olmayıb"

İstintaq orqanı tərəfindən Höccətli Soltanov, Sabir Həmidov və Fərid Xalıqovun barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Hər üç şəxsin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid Xalıqov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2019-cu ildə Şabran rayonu Şahnəzərli kənd orta məktəbinin 11-ci sinfində oxuyub: "Dərslərə davamiyyətim yaxşı, qiymətlərim də orta olub. Məktəbin 10-cu sinfində təhsil almışam və məhkəmədə məni zərərçəkmiş şəxs kimi təqdim olunan Məlik tanınıb. Onunla ədavətimiz olmayıb".

"Zalda güləşdik"

Fərid Xalıqovun ifadəsinə görə, 2019-cu ilin yanvarın əvəllərində 4-cü dərsin tənəffüsündə dəhlizdə Sabir və Höccətəli ilə birlikdə olduğu zaman 10-cu sinif şagirdi Məlik sinif uşaqlarını güləşmək üçün məktəbin idman zalına dəvət ediblər: "Birlikdə Məlikgilin sinif uşaqları ilə məktəbin idman zalına getdik. Məliklə birlikdə oxuyan 10-cu sinif şagirdləri Mahmud, Aqil və Ramazan da bizimlə birlikdə idman zalına gəldilər. Zalda mən, Məliklə, sinif yoldaşım Höccətəli isə 10-cu sinifdə oxuyan Mahmudla güləşdik. Bu zaman Höccətəli paltarlarını götürdü, paltardəyişmə otağına keçərkən 10-cu sinifdə oxuyan Aqil də onunla birlikdə paltardəyişmə otağına getdi. Ramazan da onların arxasınca paltardəyişmə otağına tərəf getdi. Məliklə təxminən 10 dəqiqə güləşdikdən sonra birlikdə dərsə qayıtdıq. Zaldan gedərkən Ramazanın paltardəyişmə otağının qapısı ağzında dayandığını və ətrafa baxdığını gördüm. Sabir və Aqil hələ də paltardəyişmə otağında idilər. Dərsə gəldikdən sonra həmin dərsin qurtarmasına az qalmış Höcətəli və Sabir də sinfə daxil oldular".

"Aramıza girdiyi üçün vurduğumu dedim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2019-cu ildə, saat 12.00-da onunla bir sinifdə təhsil alan Sabir sinifdən çıxıb harasa gedib: "Təxminən 2-3 dəqiqə sonra sinfə qayıtdı, sinif yoldaşım Höccətəlini sinifdən dəhlizə çağıraraq onunla birlikdə harasa getdilər. Dərs qurtardıqdan sonra məktəbdən çıxaraq yaşadığım evə getdim. Uşaqlarla birlikdə məktəbdən gedərkən sinif yoldaşlarım Sabir və Höcətəlinin çantaları sinifdə qalmışdı və onların hara getmələrini bilməmişəm. 2018-ci ilin yay aylarında məktəb uşaqları ilə birlikdə Şabran qoruğuna gedərkən orada məktəbdə oxuyan Şaban adlı uşaqla söhbət edərkən Aqil də gəldi. Aqilə kənara çəkilməsini deməsinə baxmayaraq o, kənara çəkilmədiyi üçün onu vuraraq kənara itələdim. Ertəsi günü Aqilin atası Habil də yanıma gələrək Aqili nə üçün vurmağımı soruşdu. Uşaqlarla söhbət edərkən Aqilin yanımıza gələrək aramıza girdiyi üçün onu vurduğumu dedim".

"Əxlaqsız hərəkət etməmişəm"

Fərid Xalıqovun ifadəsinə görə, Aqlin əmisi oğlu Seymur da 2017-ci ilin fevral ayında məktəbə gələrək Höcətəlini, Sabiri və onu sinifdən çıxarıb: "Məktəbin arxa hissəsinə apararaq əmisi oğlunu nə üçün incitmələrinin səbəbini soruşdu. Onlar Aqilə qarşı hər hansı bir hərəkət etmədiklərini demələrinə baxmayaraq Seymur məni və Sabiri vurdu. Seymur həmin vaxt Aqilin özündən də mənə qarşı bir hərəkət edib-etmədiklərini yanında soruşdu. Aqil ona qarşı heç bir hərəkət etmədiyimizi dedi. Zərərçəkmiş şəxsə qarşı hər hansı bir seksual xarkterli əxlaqsız hərəkətlər etməmişəm".

Digər təqsirləndirilən şəxslər də elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Onlar heç kimə qarşı seksual xarakterli hərəkətlər, əxlaqsızlıq etmədiklərini deyiblər.

Fərid Xalıqov 4 il, Höccətəli Soltanov 2 il, Sabir Həmidov 2 il müddətinə azadlıqdan məhrum ediliblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2098   Tarix: 28 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2 ildir COVID-dən əziyyət çəkirdi, öldü

Hollandiyada təqaüdçü iki ilə yaxındır ki, koronavirusdan əziyyət çəkir. xarici KİV-ə istinadla bildirir ki, bu müddət ərzində həkimlər onun həyatı üçün mübarizə aparsalar da, 50-dən çox mutasiyadan xilas olan kişinin bədənində virus daha güclü olub. "Daily Star" kədərli dünya rekordu haqqınd

20 aprel
.

Ürəyi zəif olanlar baxmasın! - Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi - ANBAAN VİDEO

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi "Howo" markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunu

22 aprel
.

Yola qaçan azyaşlını maşın vurdu - ANBAAN VİDEO

Bakıda azyaşlını maşın vurub. xəbər verir ki, hadisə paytaxt küçələrinin birində baş verib. Belə ki, yolu qaçaraq keçməyə çalışan iki azyaşlıdan birini avtomobil vurub. Avtomobilin sürəti az olduğundan hadisə yüngül xəsarətlə nəticələnib

25 aprel
.

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb. Şəki sakini 1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədə

21 aprel
.

Yasamalda 24 yaşlı qızı avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, metronun "İnşaatçılar" stansiyasının yanında avtomobil yolu keçən 200-ci il təvəllüdlü Aynur İbad qızı Allahverdiyevanı vurub. Yaralı təcili tibbi yardımı

21 aprel
.

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasını

20 aprel
.

Şəkidə avtomobillər toqquşub: Xəsarət alan var

Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var. APA-nın məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İ. Həsənovay

21 aprel
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo,

24 aprel
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21 aprel