İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO

İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTOAprelin 28-də Dünya İqtisadi Forumunun prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü olub.

AZƏRTAC xəbər verir ki, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende forumun təsisçisi və icraçı sədri Klaus Şvabın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Klaus Şvabın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədrinə çatdırmağı xahiş edib.

Görüşdə ölkəmizlə Dünya İqtisadi Forumu arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib, bu əməkdaşlıq çərçivəsində Azərbaycanın Dünya İqtisadi Forumunun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan ilə Dünya İqtisadi Forumu ölkəmizdə qeyri-neft sektorunun inkişafı sahəsində də uğurla əməkdaşlıq edir.

Prezident İlham Əliyev Borge Brendeyə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verib. Dövlətimizin başçısı bildirib ki, həmin ərazilərdə yenidənqurma prosesi gedir, qarşıda nəhəng iş durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq. Bildirilib ki, indi səylərin əsas istiqaməti ərazilərin yenidən qurulması olacaq və bu, həmçinin ölkə iqtisadiyyatının qeyri-enerji sektoruna, xüsusilə tikinti sahəsinə təkan verəcək. İki gün əvvəl "ağıllı kənd" konsepsiyası ilə yenidən qurulacaq kəndlərin təməlinin qoyulduğunu vurğulayan dövlətimizin başçısı işğaldan azad edilmiş əraziləri "yaşıl zona" elan etdiyini, həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyasından istifadə olunacağını, şəhərlər üçün baş planların hazırlandığını, enerji istehsalı, elektrik enerjisi, avtomagistrallar, dəmir yolları, hava limanları ilə bağlı infrastruktur layihələrinin həyata keçirildiyini dedi və bu sahədə Dünya İqtisadi Forumu ilə əməkdaşlığın perspektivlərinə toxunub.

Söhbət zamanı Azərbaycanda pandemiya ilə mübarizə sahəsində görülən tədbirlər də qeyd edilib, son günlərdə ölkədə sağalanların sayının artması müsbət amil kimi qiymətləndirilib. Azərbaycanda vaksinasiyaya başlanıldığı, əhalimizin 14 faizinin artıq peyvənd olunduğu bildirilib, pandemiya ilə bağlı ölkəmizin təşəbbüsü ilə çox vacib və qlobal tədbirlərin keçirildiyi vurğulanıb, Azərbaycanın 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərdiyi qeyd edilib, ölkəmizin milli səviyyədə və Qoşulmama Hərəkatının sədri kimi qaldırdığı məsələlərdən birinin də dünyada vaksinlərin ədalətli bölgüsü ilə bağlı olduğu diqqətə çatdırılıb.

Görüşdə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin fəaliyyəti vurğulanıb. Dövlətimizin başçısı MDB regionunda ilk bu cür mərkəzin məhz Bakıda yaradılmasına görə minnətdarlığını bildirib, iqtisadiyyatı şaxələndirmək və islahatları davam etdirmək üçün, eləcə də investisiyaları cəlb etmək baxımından mərkəzin rolunu qeyd edib. Bildirilib ki, bu Mərkəzin əsası 2020-ci ildə Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin niyyət məktubunu imzalaması ilə qoyulub. Mərkəzin fəaliyyətinin təşkili üçün Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq artıq təmin olunub. İlkin mərhələdə süni intellekt və rəqəmsal iqtisadiyyatla bağlı təhlillər aparılır.

Prezident İlham Əliyev Borge Brendeni Azərbaycana səfərə və mərkəzin fəaliyyəti ilə tanış olmağa dəvət edib.

İndi gənc nəslin təliminə çox böyük diqqət yetirdiyimizi, son illərdə bilikli insanların yeni nəslinin yetişdiyini deyən Prezident İlham Əliyev azərbaycanlı gənclərin təcrübəçi kimi Dünya İqtisadi Forumunun təşəbbüs və proqramlarında iştirakına imkan yaradıldığına görə Borge Brendeyə təşəkkürünü bildirib.

İnvestisiyaların cəlb edilməsi üçün ölkəmizdə yaxşı mühitin olduğunu deyən Borge Brende azərbaycanlı gənclərin çox mükəmməl olduqlarını vurğuladı və onların Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi işinə töhfə verəcəklərinə əminliyini bildirib.

14:42
Aprelin 28-də Dünya İqtisadi Forumunun prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTOİlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTOİlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 985   Tarix: 28 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəl

18 aprel
.

Rövşən Cəfərovun qızı vəfat etdi - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı.Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzu

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18 aprel
.

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR: Saxlanılanlar var - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməy

18 aprel
.

Aytən Səfərovanın aparıcısı olduğu verilişdə açıqlama: "Səhhətində ciddi problemlər yaranıb" - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib. xəbər verir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb. O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qey

18 aprel
.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel