Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi

Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdiAprelin 26-da Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışı dünya dövlətlərini Ermənistanın təcavüzkar, xain, işğalçı, pozucu və dağıdıcı siyasəti ilə bir daha tanış etdi. Artıq bu çıxışla bölgədə nələrin baş verdiyini və nələrin dəyişdiyini təhlil etmək mümkündür.
Ölkə başçısı işğal altında olan ərazilərin terror yuvasına çevrilməsi, kəndlərin, şəhərlərin viran qoyulması, həmçinin insanlıqla bir araya sığmayan fauna və floranın vəhşicəsinə məhv edilməsinin Ermənistanın dövlət siyasəti olduğunu bir daha bəyan etdi və ötən ilin sentyabrında müharibənin başlamasına erməni təxribatının səbəb olduğuna diqqət çəkdi. Ölkəmizin dinc sakinlərinin yaşadığı ərazilərin ağır artilleriyadan atəşə tutulması və sakinlər arasında ölən və yaralananların olması Azərbaycan Ordusunu əks-hücum əməliyyatlarına məcbur etdi və Azərbaycan bu məsələdə haqlı idi. Bu açıqlama ilə sessiya iştirakçılarına əyan oldu ki, bu təxribatın qarşısı alınmasaydı, Ermənistan işğal siyasətini daha da genişləndirmək niyyətində idi. 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbədən sonra əminliklə deyə bilərik ki, artıq Ermənistan bölgə üçün zərərsizləşdirilib, təcavüzkar siyasətinə son qoyulub, ordusu məhv edilib.
Prezident İlham Əliyev həmçinin bu münaqişədə Azərbaycanın haqlı mövqeyini sübut edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini xatırladaraq Azərbaycanın suveren hüquqlarını bərpa etmək üçün əsas olduğunu qeyd edib.
Münaqişənin sülh yolu ilə həll olunmasında Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması təəssüf doğurur. Görünən odur ki, "ikili standartlar" beynəlxalq siyasətin ən böyük subyekti olan BMT qərarlarının və qətnamələrinin icrasına mane olur. Bu halın qarşısının alınması üçün icra mexanizmlərinin hazırlanması təklifi kifayət qədər əhəmiyyətli bir addımdır. Beynəlxalq sülhün bərqərar olması üçün bu təşkilatın təşəbbüslərinə inam artmış olar.
Dövlət başçısının Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional layihələrinin icrasına töhfələrini xatırlatması ölkəmizin iqtisadi gücünün və geosiyasi əhəmiyyətinin göstəricisidir. Zəngəzur nəqliyyat dəhlizinin açılması bölgənin regional əhəmiyyətini, iqtisadi potensialını daha da artıracaq və bu dəhlizdən istifadə edəcək hər bir dövlət, o cümlədən Ermənistan üçün əhəmiyyətli olacaq. Bununla yanaşı Naxçıvanla quru əlaqəmizi bərpa etməklə Türkiyəyə birbaşa çıxış imkanımız reallaşacaq, yeni kommunikasiya əlaqələri qurulacaq, həmçinin Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.
Prezident İlham Əliyev COVID-19-a qarşı mübarizə tədbirlərinə başlayan ilk dövlətlər sırasında olan Azərbaycanın pandemiyaya qarşı mübarizə çərçivəsində beynəlxalq təşəbbüslərini xatırlatmaqla ölkəmizin bu məsələdə kifayət qədər diqqətli olduğunu göstərdi. Koronovirusa qarşı peyvəndi ilk əldə edən ölkələrdən biri olduq, artıq Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 423 660-dır. Bu da kifayət qədər böyük rəqəmdir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. "Vaksin millətçiliyi", vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü dərin narahatlıq doğurur. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcək. Bununla əlaqədar Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 698   Tarix: 28 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə REAKSİYA

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb. Onun sözlərinə görə, AB

18 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel