ÜST: "Vaksinasiya tarixin gedişatını dəyişdirəcək"
"İki yüz ildir peyvəndlər bizi ciddi xəstəliklərdən qoruyur. Koronavirus peyvəndi də belə olacaq. Peyvəndlər bizi davamlılığa doğru aparır".
Sonxeber.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional ofisinin direktoru Hans Klüge Avropa regionunda COVID-19-la bağlı vəziyyətə dair onlayn brifinqdə bildirib.
Klüge deyib ki, Avropa regionunun sakinlərinin 5,5%-i COVID-19-a yoluxub və sağalıb, 7%-dən çoxu isə vaksinasiyanı tamamlayıb. Lakin, o, əlavə edib ki, təhdid hələ də qalır.
"Vaksinlər insanların həyatını xilas edir. Onlar, həmçinin pandemiyanın gedişatını dəyişdirir və onun öhdəsindən gəlməyə kömək edir. Epidemioloji nəzarət olmadan koronavirusun yeni ştammlarını müəyyənləşdirə bilməyəcəyik. Xəstəlikləri dəf etmək istəyiriksə, planlı şəkildə vaksinasiyalar aparmalıyıq. Vaksinasiya tarixin gedişatını dəyişdirəcək", – o deyib.
ÜST-ün Avropa üzrə regional direktoru Hindistan ştammı mövzusuna da toxunub və COVID-19 yoluxmalarının hər gün rekord vurduğu Hindistandakı ağır epidemioloji vəziyyətdən danışıb: "Hindistandakı vəziyyətin istənilən ölkədə təkrarlana biləcəyini anlamaq çox vacibdir. Peyvəndləmənin əhatə dairəsi kiçik olanda, istənilən ölkədə "fırtına" baş verə bilər. Bu vəziyyətdə həmrəylik çox vacibdir... Avropa İttifaqı ölkələri də daxil olmaqla bir çox ölkə Hindistana dərman və digər zəruri vasitələrlə yardım edir", – H.Klüge deyib./Report
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1403 Tarix: 29 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO
Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib
23 aprelMəktəb direktoru həmin qadından 300 min alıbmış
Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlüSamirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini
23 aprelDünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar
23 aprelAzərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir. APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarında
23 aprelBu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin
23 aprelDİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə
23 aprel4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı
Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy
23 aprel