"Cazın şahzadəsi": "Bir çox insan mənim Azərbaycanı tərk etdiyimi düşünməklə səhv edir"

"Cazın şahzadəsi": "Bir çox insan mənim Azərbaycanı tərk etdiyimi düşünməklə səhv edir"Dünyanın bir çox ölkələrində caz-muğam sənətini layiqli davam etdirən azərbaycanlı soydaşlarımız var. Onlardan biri, bəlkə də birincisi əfsanəvi cazmen, caz-muğam sintezinin banisi Vaqif Mustafazadənin qızı, Əzizə Mustafazadədir.

Qərbdə "Aziza Mustafa Zadeh" olaraq adlanan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı dünyada "Cazın şahzadəsi" kimi tanınır.

Hazırda Almaniyada yaşayan Ə.Mustafazadə dünyada Azərbaycan caz sənətini layiqincə təmsil edən ifaçılarındandır.

Əzizə Mustfazadə Oxu.Az-a blits-müsahibə verib:

- Uşaqlıq illərinizi necə xatırlayırsınız?

- Mənim uşaqlıq illərim çox qısa olub. Əsasən evdə keçirilən məşqlərdən, "Fioletovo Studiyası"nda səs yazdırmaqdan zövq alırdım. Həm də atam ürək çatışmazlığından əziyyət çəkdiyinə görə tez-tez təcili yardım maşınları gələrdi... Atam vəfat edəndə mən Günəşsiz qaldım... Hələ də atam Vaqif üçün darıxıram...

- İllərlə zirvədə qalmağı necə bacarırsınız?

- Musiqiyə diqqətlə yanaşmaq lazımdır. Səhnədə vicdanla çalışın. Güzəşt yoxdur.

- Belə çətin zamanlarda (koronavirus təhlükəsi) sizi nə ruhlandırır? Necə yaradıcı qala bilirsiniz?

- Ən azından bu çətin anlarda biz 3-cü dünya ölkələrində yaşayan xalqların dərdlərini unutmamalıyıq. Həyəcan keçirməyək. Yalnız bütün qaydalara əməl edin. Qapanış tədbirləri ilə izolyasiya edilsəniz də bu özünüzün yaradıcılığınızı ifadə etmək üçün bir fürsətdir. Xüsusi ilə ağıllı telefonlarınızı söndürün və uşaqlarınızla birlikdə rəsimlər çəkin və s.

- Uğurunuz üçün nəyə borclusunuz?

- Allaha və ailəmə minnətdaram.

- Soyadınız həyatınıza necə təsir edir?

- Pozitiv

- Özünüzdə ən çox təəssüfləndiyiniz xüsusiyyət hansıdır?

- Layiq olmayan insanlara etibar etmək.

- Sizinlə bağlı ən böyük səhv düşüncə nədir?

- Bir çox insan mənim Azərbaycanı tərk etdiyimi düşünməklə səhv edir. Vətənimlə, Azərbaycan vətəndaşı olmağımla fəxr edirəm.

- Gələcək üçün planlarınız nədir? Sizi sevənlərə nə demək istərsiniz?

- Mənim planlarım Azərbaycana uçmaq və yalnız gecə Bakıda gəzməkdir.

Sevgi mənə güc, ilham, ümid verir.

- "Generations" albomunuzun uğur sirri nədir?

- Elə bir sirr yoxdur. Sadəcə musiqi.

- Aşdığınız ən böyük maneə, əngəl nə olub?

- Maneələr hələ qabaqdadır ...Həmişə olacaqlar. İnsanı irəli aparmaq üçün.

- Necə xatırlanmaq istərsiniz?

- Layiq olduğum şəkildə xatırlanmaq istəyirəm.

- İndi dünyada nə baş verir? Dünyanın sizə öyrətdiyi ən vacib dərs nədir?

- Biz dönüş nöqtəsində yaşayırıq. Yeni bir şey deməyəcəm. Nə əkərsən onu da biçərsən. Məsuliyyətsiz, acgöz qaydalar. Ancaq bu da sona çatacaq.

- Müasir dünyanın şəklini necə və hansı rənglə çəkərsiniz?

- Ağ, qara, qırmızı, çox iti künclər ...

- Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərdiniz?

- Hər gün və hər şey üçün Allaha şükür edin. Ailənizi sevin. Bütün situasiyalarda İnsan qalın.

- Dinin həyatınızdakı rolu nə qədərdir?

- Allah mərhəmətlidir... Biz hamımız "Allahın Qanadları" altındayıq. Düşünürəm ki, daha çox danışmağa ehtiyac yoxdur.

- Keçmişə qayıtmaq mümkun olsaydı, hara gedərdiniz?

- 1978-ci ildə Tbilisidə Caz Festivalında atamla birlikdə çıxış etdiyim yerə gedərdim.

- Həyatınızı hansı kitab dəyişdi?

- Anton Çexovun hekayələri olan kitab.

- Nə vaxt çox xoşbəxt olursunuz? Almaq, yoxsa vermək daha yaxşıdır?

- Oğulumuz xoşbəxt olanda mən də çox xoşbəxt oluram.

Vermək daha yaxşıdır.

- Sevdiyiniz söz nədir?

- Allah

- Azərbaycanlılarla bağlı unutmadığınız xatirəniz nədir?

- Xeyirxahlıq.

- Azərbaycanın Qarabağ zəfəri ilə bağlı xalqımıza nə demək istərsiniz?

- Çoxmillətli Azərbaycan xalqını böyük qələbəsi münasibətilə ürəkdən təbrik edirəm. Nəhayət, doğma torpaqlarımız geri qaytarıldı. Bir olun. Çox çalışın, bir-birinizə hörmət edin və sevin. Hər gün dua edin. Biz yaxşı bir həyata layiqik.

- Muğamın beşiyi olan Şuşa (Qarabağ) şəhərində konsert vermək istərsinizmi?

- Böyük məmnuniyyətlə.

- Oğlunuz Ramiz-Xan sizin həyatınızda nəyi dəyişdi? Caz şahzadəsi olmaq, yoxsa ana olmaq çətindir?

- Ramiz-Xan mənim üçün hər şeydir. Ana olmaq böyük bir xoşbəxtlikdir.

- Analara nə məsləhət vermək istərsiniz?

- Uşaqlarınızla daha çox vaxt keçirin.

- Oğlunuz Ramiz-Xanın gələcəyi barədə nə düşünürsünüz? Sizcə Vaqif Mustafazadə yenidən doğuldu?

- Məncə Ramiz-Xan özü qərar verəcək. Proqnoz vermək çətindir. Çünki o, çox şeyi sevir.

- Ramiz-Xana Azərbaycan və babası Vaqif Mustafazadə haqqında nə deyirsiniz?

- Oğulumuz Azərbaycanı sevir, tez-tez uçub oraya getmək istəyir. Təəssüf ki, bu hələ mümkün deyil... Tez-tez Vaqifin musiqisini, eyni zamanda klassik musiqini dinləyir.

- Azərbaycan sizin üçün nə deməkdir? Bakıya tez-tez gəlirsiniz?

-Cazerbaycan! (Jazzerbaijan!)

Kiçik bir fürsət yaranan kimi Bakıya uçuruq. İnsan sakitcə sevməlidir.

- Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

- Sevginiz üçün sizə dərindən təşəkkür etmək istəyirəm. Mən də sizi və Müqəddəs muğam torpağımız - Azərbaycanı ürəkdən sevirəm.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1992   Tarix: 01 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021