"44 günlük müharibədə Ermənistan ordusunda 10 min fərari olub"

"44 günlük müharibədə Ermənistan ordusunda 10 min fərari olub""Belə təsəvvür yaranır ki, burada sanki atom bombası partladılıb. Dağıdılmış Ağdam atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladır. Lakin ermənilər burada atom bombası partlatmayıblar, onların atom bombası yox idi. Ermənilər burada Azərbaycan xalqına nifrət bombası partladıblar".

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu bu gün Ağdamda səfərdə olan Rusiyada çıxan "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko jurnalistlərə müsahibəsində söyləyib.

İ.Korotçenko qeyd edib ki, törədilmiş dağıntıların miqyası ağlasığmazdır:

"Dünyada, bəlkə, ikinci elə yer yoxdur ki, vandalizm, nifrət və düşmənçilik bu qədər geniş miqyas almış olsun. Bu, hərbi cinayətdir, Ermənistanın hərbi və siyasi rəhbərləri buna görə beynəlxalq tribunalda cavab verməlidirlər. Belə əməlləri bağışlamaq mümkün deyil.

Bu, insanlıq əleyhinə cinayətdir. Bir daha təkrar edirəm, bu, vəhşicəsinə törədilmiş hərbi cinayətdir. Ermənistanda Birinci və İkinci Qarabağ müharibələrini törətmiş siyasətçilər, bir milyondan çox azərbaycanlını doğma yurdlarından qovmuş erməni hərbçiləri və yaraqlıları öz hərbi cinayətlərinə görə cavab verməlidirlər".

"Əlbəttə, biz başa düşürük ki, bu dəhşətli yaraların sağalması, Azərbaycan şəhərlərinin, digər yaşayış məntəqələrinin bərpa edilməsi üçün çox böyük zaman, onilliklər lazım olacaq. Lakin Azərbaycanın siyasi əzmkarlığı var.

Biz tam əminik ki, işğaldan azad edilmiş ərazilər bir müddətdən sonra yenidən Azərbaycanın incilərinə çevriləcək. Azərbaycan xalqı çox əməksevər, səbirli və inadkar xalqdır.

O, dağıntıları bərpa edəcək və bu, öz ölkəsinin ərazi bütövlüyünü qorumaq üçün canlarından keçmiş azərbaycanlılara ən yaxşı abidə olacaq. Bərpa edilmiş şəhərlər, bərpa edilmiş Qarabağ öz ölkəsinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanlara abidə olacaq", - baş redaktor əlavə edib.

İ.Korotçenko sözünə davam edərək deyib ki, burada aparılmış "Dəmir yumruq" əməliyyatı hərb sənəti baxımından XXI əsrin müasir yüksək texnoloji müharibə nümunəsidir:

"Azərbaycan Ordusu çox yaxşı hazırlıq keçmiş düşmənlə döyüşürdü. Bu düşmən 30 ilə yaxın müddətdə bir neçə istehkam xətti qurmuşdu. Yerevanda hesab edirdilər ki, bu istehkam xətləri Azərbaycan Silahlı Qüvvələri üçün keçilməz olacaq.

Lakin biz yeni texnoloji müharibənin, XXI əsr müharibəsinin yeni nümunələrini gördük. Azərbaycan Ordusu, XXI əsrin ordusu bu görkəmli Zəfəri qazanmağa nail oldu".

İ.Korotçenko vurğulayıb ki, bu gün "Dəmir yumruq" əməliyyatı dünyanın ən müxtəlif dövlətlərinin – Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Fransanın aparıcı hərbi akademiyalarında, ərəb dünyasında öyrənilir:

"Bu əməliyyatı Rusiyada da tədqiq edirlər. Ona görə ki, bu, müasir hərb sənətinin zəfər nümunəsidir. Bu gün belə əməliyyatların sayı çox olmasa da, Azərbaycan müasir silah növlərindən geniş istifadə etməklə nəyə qadir olduğunu göstərdi. Mən hesab edirəm ki, bu Qələbə, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin sayəsində qazanılıb.

Bu hərbi qələbə sayəsində Azərbaycan İkinci Qarabağ müharibəsini keçən il dünyada baş vermiş ən mühüm hadisələrin siyahısına daxil edib. Azərbaycanın qələbəsi 2020-ci ilin başlıca hərbi-siyasi hadisəsidir.

Bu faktla heç kəs, hətta erməni təbliğatçıları da mübahisə edə bilməz, ona görə ki, bir daha təkrar edirəm, 44 günlük müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olub.

Bilirsinizmi, bu da hərb tarixində misli olmayan nümunədir. Azərbaycan öz iradəsi, əzmkarlığı, iqtisadiyyat və siyasət sahəsində malik olduğu üstünlüklər sayəsində qalib gəlib. Şübhəsiz, bu, həm də dövlətlərin liderlərinin mübarizəsi idi.

Miskin görkəmli, kəkələyə-kəkələyə danışan, özünü itirmiş, kapitulyasiya aktını imzalayan Paşinyanın fonunda Prezident Əliyev müasir dünyanın liderlərindəndir".

"Nasionalnaya oborona" jurnalının baş redaktoru bildirib ki, bu gün dünya paytaxtlarının çoxu Azərbaycana etimad göstərir, hörmət edir, onu dostluğa layiq ölkələrdən biri sayır:

"Ona görə ki, bu dövlət çox mühüm siyasi qərarlar qəbul edilməsi məsələlərində tamamilə suverendir. Bu gün belə ölkələrin sayı çox deyil. Azərbaycan məhz öz iqtisadi qüdrətinə və ordusunun gücünə güvənərək öz suverenliyini təmin edən dövlətlərdəndir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1557   Tarix: 01 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb

Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb. "Report" bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzha

3 mart
.

Qarabağdakı antiterror tədbirlərindən yeni görüntülər - VİDEO

Ötən il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri ilə bağlı yeni görüntülər üzə çıxıb. Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb. Bizim.Media-nın yaydığı görüntüləri təqdim edir

8 fevral
.

Hərbi vəzifəlilərin təlimindən yeni görüntülər - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Təlim toplanış

17 fevral
.

İraq hava məkanını tamamilə bağlayıb

İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla

14 aprel
.

Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək

İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy

14 aprel
.

Ukraynada çörək sexinə raket düşdü: 28 nəfər həlak oldu

Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində raket çörək sexinə düşüb. Nəticədə 28 nəfər həlak olub. Məlumata görə, daha 10 nəfər xəsarət alıb. Ölənlərin 18-i kişi, doqquzu qadın və biri uşaqdır. Raketin Ukrayna Silahlı Qüvvələri tərəfindən HİMARS sistemilə buraxıldığı iddia edilir

4 fevral
.

Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır - Polkovnik danışdı - VİDEO

"Sülh sazişi imzalamaq ərəfəsində sərhəddə belə bir təxribat törətmək onu göstərir ki, Ermənistan sülhə hazırlaşırmır, müharibəyə hazırlaşır". xəbər verir ki, bu sözləri real tv-yə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyətlə iş üzrə sabiq müavini, ehtiyatda olan polkovni

14 fevral
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart
.

Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi...

Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o, bir sovet vətəndaşı olaraq Mixail Qorbaçovun günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən də Aleksandr Şmonov Qorbaçovu fiziki cəhətdən məhv etməyi qərarlaşdırıb

20 yanvar