Banklar dollar satışına məhdudiyyət qoydu: Manat ucuzlaşacaq? – VİDEO
Banklar həm sahibkarlara, həm də vətəndaşlara xarici valyuta ilə bağlı iki məhdudiyyət tətbiq edir. Artıq xarici valyutanı günün birinci yarısına qədər almaq olar. Belə bir şey Azərbaycanda indiyə qədər olmamışdı. Amma xeyli müddətdir ki, vəziyyət belədir.
Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.
O bildirib ki, dolların alışına da limit tətbiq edilir:
"Limitdən yuxarı məbləğə görə vətəndaşlar vergi ödəməlidir. Hesab edirəm ki, bu məhdudiyyətlər Mərkəzi Bank tərəfindən tətbiq edilir. Çünki valyuta əməliyyatı bankların gəlir mənbələrindən biridir. Onlar öz gəlir yerlərini niyə məhdudlaşdırsın? Düzdür, qanunvericilikdə və Mərkəzi Bankın normativ aktlarında bu cür məhdudiyyət yoxdur. Lakin belə nəticəyə gəlmək olar ki, burada söhbət banklara verilən hansısa qeyri-rəsmi göstərişdən gedir".
Ekspert onu da qeyd edib ki, bu il dolların bahalaşması gözlənilmir:
"Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Biz ondan istifadə edərək, milli valyutamızın məzənnəsini hər zaman qoruya bilərik. Digər tərəfdən isə neftin də qiyməti qalxır. Bu baxımından dolların bahalaşması üçün əsas yoxdur".(oxu.az)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda problemli kreditlər artıb
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb
25 avqust 2021Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
13 may 2021İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind
13 iyul 2021Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI
18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval
18 may 2021Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI
Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı
17 iyul 2021Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u
1 avqust 2021Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır
Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç
19 avqust 2021