Bakıda ana söyüşü üstündə qətl - Sabunçu daxmalarının kirayənişinləri, nisyə araq cinayəti

Bakıda ana söyüşü üstündə qətl - Sabunçu daxmalarının kirayənişinləri, nisyə araq cinayətiBakının Sabunçu qəsəbəsində, gecəqondu daxmalarda kirayə qalan, günəmuzd fəhləliklə güzəran sürən, amma nisyə araqla içki məclisi təşkil edən yoxsul azərbaycanlıların davası qətllə nəticələnib. İndi bu işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır. Və qəsdən adam öldürməkdə ittiham olunan 26 yaşlı Füzuli köçkünü Kamran Əliyev müttəhimlər kürsüsündə oturub.

Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, hadisə ötən il iyulun 27-də gecə saatlarında paytaxtın Sabunçu qəsəbəsi, 2 aprel küçəsi, ev 31-də baş verib. Qəsəbə sakini, əslən Qərbi Azərbaycanın Masis rayonundan olan 56 yaşlı Hüsnü Əliyevin meyiti kirayə yaşadığı evin həyətində aşkarlanıb. Araşdırmalar zamanı qətli digər kirayənişin Kamran Əliyevin törətdiyi məlum olub.

İstintaq orqanı tərəfindən K.Əliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində Sabunçu rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, K.Əliyev kirayə yaşadığı evin həyətində qonşuları Hüsnü Əliyev və Rəşid Hacıyevlə birgə yeyib-içəndən sonra aralarında mübahisə yaranıb. Özündən 30 yaş böyük olan H.Əliyevin onun mərhum anasının ünvanına söyüş söyməsindən hiddətlənən Kamran araq yoldaşını ürəyindən bıçaqla vurub.

Təqsirləndirilən Kamran Əliyev ifadəsində deyib ki, həmin ünvanda xalasının ailəsi ilə birgə kirayədə yaşayırdı, həyətdə onlardan başqa bir neçə kirayənişinin də qalırdı. Özündən 30 yaş böyük Hüsnü kişini bir neçə gün öncə içki məclislərindən tanıyan Kamran onunla süfrə arxasında əyləşib, yeyib-içib. Növbəti içki süfrəsi isə Hüsnü kişini o biri dünyaya, Kamranı həbsxanaya göndərib.

"Xalamla birgə evə bazarlıq edib qayıdanda Hüsnü kişi məndən axşama araq almağımı istədi, razılaşdım. Axşam oturub birlikdə yeyib-içdik. Qonşuluqda yaşayan Rəşid də bizimlə bir süfrədə oturmuşdu. Hüsnü Rəşidə rusca nəsə dedi, başa düşmədim. Niyə rusca danışdıqlarını soruşduqda Rəşid dedi ki, araq qurtarıb yenidən araq almaq lazımdır. Dedim ki, daha mənim pulum yoxdur. Rəşid də sakitcə qulağıma "gedək bir yerdə alaq gələk"-dedi"- K.Əliyev ifadəsində bu cür deyib.

R.Hacıyevlə birgə mağazaya yollanan Kamran arağı nisyə alıb və qayıdıb, içki məclisi davam edib. Nisyə alınan araq bitəndən sonra masa arxasında oturanlar arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Hüsnünün Kamranın ünvanına nalayiq ifadələr işlətməsi olub.

"Avtomoyka"larda günəmuzd işləyib başını dolandırmağa çalışan K.Əliyevin ifadəsinə görə, H.Əliyevdən söyüşlərin kimə aid olduğunu soruşduqda "sən məni tanıyırsan, mən "Zabrat Ceyhun"un əmisiyəm, onu çağıraram üç maşınla gələr bura, sənin də..." cavabını eşidib.

Və Kamran bu təhdidi və söyüşü götürməyib, onun dünyadan köçmüş anasını söydüyünə görə Hüsnünü öldürməyi qərara alıb. Həyətdəkilər görməsin deyə haqq-hesab çəkmək üçün ondan çölə çıxmasını xahiş edib. Mübahisə həyətin qarşısında davam edib. Bıçaqla Hüsnü kişini ürəyindən vuran Kamran onun öləcəyinə əmin olub, qoluna girərək həyətə gətirib. Daha sonrasa hadisə yerini tez-tələsik tərk edib. Gecəni tanışlarından birinin evində qalan Kamran törətdiyi hadisə haqda heç kimə heç nə deməyib. Ertəsi gün taksi ilə Füzuli rayonuna getmək istəyərkən polis əməkdaşları tərəfindən Binə qəsəbəsində saxlanılıb.

Zərərçəkmiş Xalidə Əliyeva ifadəsində həyat yoldaşı Hüsnü Əliyevlə birgə nikahdan iki övladı olduğunu, Bakıxanov qəsəbəsində yaşadıqlarını, ərinin müxtəlif şirkətlərdə fəhlə işlədiyini deyib. Ailənin maddi vəziyyəti ilə bağlı yaranan narazılıqla əlaqədar Hüsnü kişi pal-paltarını yığıb, onlardan ayrı yaşayacağını deyib, evi tərk edib. Amma ailəsindən ayrı kənarda cəmisi 5 gün yaşaya bilib.

"Neçə dəfə dedim maaş kartını qoy evdə bazarlıq edim, Hüsnü dedi ki, kart özümdə qalacaq. Əvvəl kart məndə olardı, alış-veriş zamanı həmin kartdan istifadə edərdim. Hüsnü ilə mübahisə etdikdən sonra bir birimizlə danışmırdıq. O, da ayrı yaşayacağını deyib, evdən çıxıb getdi, hara getməsindın nə mənim, nə də övladlarımnın xəbəri olmayıb",-qadın ifadəsində bildirib.

X.Əliyeva deyir ki, həyat yoldaşının ölüm xəbərini qohumlarından eşidib: "Səhər saatlarında qohumlarım zəng vurub Hüsnünün qətlə yetirildiyini dedilər. Hüsnünün daha əvvəl heç kimlə düşmənçiliyi, ədavəti olmayıb".

İşin araşdırılması amanı məlum olub ki, içki aludəçisi olan Hüsnü maaşının çox hissəsini arağa xərclədiyi üçün ailəsində söz-söhbət yaradıb. Ailədaxili narazılıqlar zamanı isə Hüsnü çıxış yolunu hər dəfə evi tərk etməkdə görüb. Bundan öncə - 2016-cı ildə evdən küsüb gedən, ayrı yaşayan H.Əliyev iki il sonra - 2018-ci ildə geri dönüb. Sonuncu dəfə evdən getməsi isə onun o dünyaya yola salınması ilə nəticələnib...

Məhkəmə prosesi davam edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4196   Tarix: 02 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021