Lerikdə üç uşaq anasını öldürən kəndin mollası imiş...

Lerikdə üç uşaq anasını öldürən kəndin mollası imiş...Aprelin 28-də axşam saatlarında Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində üzərində xəsarət izləri olan meyiti tapılıb.

Sonxeber.az xəbər verir ki, kənd sakinlərinin modern.az-a verdiyi məlumata görə, qətli törədən şəxsin kimliyi məlum olub.

Belə ki, dəhşətli cinayəti həmin kənddə yaşayan və mərhum Z. Fərziyevanın qonşusu, Lerikin tanınmış din xadimlərindən biri Murad Əsgərov adlı şəxs törədib.

Məlumatda bildirilib ki, molla Murad Əsgərov qonşuluqda yaşayan Z.Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə mənzilə girib və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. 3 uşaq anası olan Z.Fərziyeva qışqırmağa başlayıb və "evə oğru girib" deyərək qonşularını köməyə çağırıb. Qadının qışqırdığını görən M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsərək, onu amansızlıqla qətlə yetirib.

Kənd sakinləri bildirib ki, M.Əsgərov ötən gün polis tərəfindən saxlanılıb.

Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən Z.Fərziyevanın yoldaşı Rusiyaya işləməyə gedib, bir oğlu isə Vətən Müharibəsinin iştirakçısıdır və hazırda Şuşada hərbi xidmətddədir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4165   Tarix: 02 may 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Bakıda ana söyüşü üstündə qətl - Sabunçu daxmalarının kirayənişinləri, nisyə araq cinayəti

Bakının Sabunçu qəsəbəsində, gecəqondu daxmalarda kirayə qalan, günəmuzd fəhləliklə güzəran sürən, amma nisyə araqla içki məclisi təşkil edən yoxsul azərbaycanlıların davası qətllə nəticələnib. İndi bu işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır. Və qəsdən adam öldürməkdə ittiham olunan 26 yaşlı Füzul

2 may

Balakəndə heroin və metamfetamin alverçiləri saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.. . DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Polis Şöbəsin

2 may

Sayğac oğrusuna 2 il 6 ay həbs cəzası verildi

"Azəriqaz" İstehsalat Birliyinin şikayəti əsasında daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub.. . "Report" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumatda qeyd edilib.. . Bildirilib ki, 1989-cu il təvəllüdlü Qurbanov Hafiz Kazım oğlu cinayə

2 may

Bakıda 56 yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.. . "Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.. . Belə ki, 1965-ci il təvəllüdlü Məmmədova Mayisə Məmməd qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğund

2 may

Bakıda 41 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.. . "Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.. . 1980-ci il təvəllüdlü Şəfiyev Əziz Yaşar oğlu "İnşaatçılar" metrostansiyasının yaxınlığında mübahisə zəminində bıçaqlanıb.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanay

1 may

Gəncədə gəlin qaynanasının çənəsini, ərinin qolunu sındırdı

Gəncə şəhərində ailə münaqişəsi zamanı ailənin gəlini həyat yoldaşı və qaynanasına xəsarət yetirib.. . Sonxeber.az Baku.ws-ə istinadən bildirir ki, 1968-ci il təvəllüdlü Məmmədova Gülxar Xankişi qızı və onun oğlu 1988-ci il təvəllüdlü Bəhruz Məmmədov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşə

1 may

Edama məhkum edilən, 400-ə yaxın körpəni öldürüb çaya atan qadın haqqında QORXUNC FAKTLAR

Amelia Dayer tarixin ən qəddar və ən məşhur qatillərindən biri olub. İngiltərədəki Viktoriya dövründə təxminən 30 il boyunca baxdığı 300-400 körpəni öldürüb. Amelia təhsilli bir tibb bacısı idi və pul qarşılığında valideynləri tərəfindən istənilməyən körpələrə baxırdı.. . O, əri öldükdən sonra pul qazanma

1 may

55 yaşlı kişini bıçaqlayan şəxs əvvəllər əsgərlikdən qaçıbmış

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.. . Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Lək kəndi ərazisindən 1966-cı il təvəllüdlü Rövşən Vəzirov iki bıçaq zərbsi ilə xəstəxanaya yerləşdirilib.. . Hadisəni törədən şəxsin onun həmkəndlisi 1993-cü il təvəllüdlü Aslan Həsənl

1 may

Bakıda DƏHŞƏTLİ QƏTL: Kişi arvadını qantellə ÖLDÜRDÜ

Bakıda həyat yoldaşını qısqanclıq zəmnində qətlə yetirməkdə təqsirli bilinən İlham Əkbərovun cinayət işi.. Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Məmməd Şərifli küçəsi 82a ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlha

28 aprel