Nicat Hacızdə: "Yeni ixrac bazarları üçün davamlı iş aparılmalıdır"

Nicat Hacızdə: "Yeni ixrac bazarları üçün davamlı iş aparılmalıdır""Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) "Özəl sektorun inkişafı" layihəsinin əməkdaşlığı çərçivəsində "Avropa və Şimali Amerika bazarlarına qida məhsullarının ixracında müasir tələblər" mövzusunda vebinar keçirilib.
Sonxeber.az xəbər verir ki, müzakirə zamanı İİTKM-in department rəhbəri Nicat Hacızadə yeni ixrac bazarları üçün beynəlxalq tələblər haqqında məlumatlılığın və maarifləndirmənin davamlı aparılmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə istehlakçıların sağlam qidalanmasına yönəlik tədbirlər, habelə xarici ticarət zamanı keyfiyyət tələblərinin gözlənilməsi və əməl edilməsi ölkələr arasındakı qarşılıqlı inam və etibarı artırır ki, bu da yerli ixracatçıların qərb bazarlarında keyfiyyət üstünlüyə səbəb olacaqdır.
USAID Azərbaycanın standartlaşma və sertifikasiya üzrə mütəxəsisi Fuad Ağayev, beynəlxalq ticarət məsələləri üzrə mütəxəsis Elşən Baloğlanov Avropa və Şimali Amerika bazarlarında tətbiq edilən müasir standartlar haqqında iştirakçılara məlumat veriblər. Həmçinin Avropa və Şimali Amerika bazarlarında qida təhlükəsizliyi, bitki mühafizəsi və keyfiyyətə nəzarət sahəsində mövcud olan tələblər haqqında ətraflı məlumatlar verilib, tələb edilən qaydaların tətbiqinə dair müzakirələr aparılıb. Xüsusən, HACCP və Global G.A.P standartlarının üstünlükləri, Avropa və Şimali Amerika bazarlarında qida sahəsində risk əsaslı idarəetmənin təşkili və yeni tələblər, meyvə-tərəvəz sahəsində ekspertiza, laboratoriya nümunələri və s. haqqında məlumatlar dinləyicilərin diqqətinə çatdırılıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd sahibkarlar arasında qida sahəsində istehsalın yüksək keyfiyyət indikatorlarına uyğunlaşdırılmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və onlara qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 722   Tarix: 03 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qeyri-neft ixracımızın bu ilin ilk ayında azalmasının səbəbləri nədir? - İqtisadçılar izah edirlər

Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 22 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faiz azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiy

17 fevral
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel