Daha bir hərbçimiz şəhid olub- RƏSMİ

Daha bir hərbçimiz şəhid olub- RƏSMİHəyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Bununla bağlı Hərbi Prokurorluq məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlanmış və Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, Azərbaycanın hərbi-siyasi tarixi qələbəsi ilə nəticələnib.

2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olmuş şəxslərin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub.

Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, müvafiq qaydada götürülüb, müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilmişdir ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun-leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2769   Tarix: 03 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ərəb ölkələrini sel basdı

Güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb. "Qafqazinfo" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb. Məlumata görə, Dubay şəhərind

16 aprel
.

TƏBİB sürücülərə müraciət etdi - "Yol ver, həyat qurtar!"

TƏBİB sürücülərə təcili yardım avtomobillərinə yol verməklə bağlı çağırış edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı videomüraciət hazırlanıb. Videomüraciətdə yollarda təcili yardım avtomobillərinə yol verməyin nə qədər zəruri və həyati əhəmiyyətli olması qeyd olunub

16 aprel
.

Kişilərə pis xəbər - Nişan üzüklərində görün nə yerləşdirirlər

Xiaomi şirkəti Black Shark da ağıllı üzük hazırlayıb. Əvvəllər oyun cihazlarının hazırlanmasına önəm verən şirkət bu mövzuda da rəqabət aparacaq. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hələ tam təfərrüatları açıqlanmayan "Black Shark" ağıllı üzük çox yaxında satışa çıxarılacaq və şirkəti

16 aprel
.

Kosmetoloq paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub. Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in (LBC) baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfə

16 aprel
.

Banklar bağlanan zaman əmanətlərin sonrakı aqibəti NECƏ OLUR? - AÇIQLAMA

Azərbaycanda bankların bağlanmasına əsas səbəbi bağlanmasının səbəbi həmin qanunvericiliyin tələblərinə, Mərkəzi Bankın təlimatlarına və reqlamentlərinə, müəyyən edilmiş standartlara zidd olaraq fəaliyyəti ilə bağlıdır. Bir sıra bankların bağlanmasına vətəndaşlar arasında təşvişin yaranmasına səbəb oldu

16 aprel
.

Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 9 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Bildirilib ki, martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-ni

16 aprel
.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

16 aprel
.

Qeyri-etik paşlaşımlar edən "Semka" ləqəbli tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirlərlə 1994-cü il təvəllüdlü

16 aprel
.

İtkin düşən 10 yaşlı uşaq axtarılır

Bakıda 10 yaşlı uşağın itkin düşməsi ilə bağlı polisə müraciət edilib. "Qafqazinfo" xəbər verir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü T.Bəkirov 7-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlunun itkin düşməsini bildirib. O qeyd edib ki, oğlu 2014-cü i

16 aprel