"AzerGold" QSC-nin yeni törəmə cəmiyyəti təsis edilib

"AzerGold" QSC-nin yeni törəmə cəmiyyəti təsis edilib"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ikinci törəmə şirkəti, "AzerBlast" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edilib.
Sonxeber.az QSC-ə istinadən xəbər verir ki, sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşan şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır.
Qeyd edək ki, dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilən şirkət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Törəmə cəmiyyətin ümumi səhmlərinin 51 faizi "AzerGold" QSC-yə, 49 faizi isə "DM Servis" Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsusdur. 2013-cü ildə təsis edilmiş "DM Servis" MMC mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan "Orica-Nitro" şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.
Məlumat üçün qeyd edək ki, sözügedən mülki partlayıcılar sənayedə müxtəlif partlatma əməliyyatlarında, tunellərin, magistral yolların, su bəndlərinin tikintisində, eləcə də mədənlərin istismarında geniş istifadə olunur. "AzerBlast" MMC tərəfindən istehsal ediləcək məhsulların dağ-mədən və tikinti sənayesinin artım templəri fonunda əsas bazar Azərbaycan olmaqla beynəlxalq bazarlara çıxarılması nəzərdə tutulur. Bu məqsədlə yaxın gələcəkdə Gəncə şəhərində qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır. Zavodda istehsalat ekoloji norma və qaydalara uyğun təşkil ediləcək.
Sözügedən müəssisənin fəaliyyəti regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 829   Tarix: 03 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021