Ramazan tətilində hamının gözlədiyi bu qadağa ləğv ediləcək? - RƏSMİ AÇIQLAMA

Ramazan tətilində hamının gözlədiyi bu qadağa ləğv ediləcək? - RƏSMİ AÇIQLAMARamazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Sonxeber.az xəbər verir ki, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər qərarına əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Belə olan təqdirdə rayonlara gediş-gəliş zamanı avtobuslarla bağlı qadağanın aradan götürülməsi geniş müzakirə olunan məsələlərdəndir. Bayram günlərində vətəndaşların kütləvi şəkildə rayonlara üz tutacağını nəzərə alaraq belə bir qərarın verilməsi böyük maraqla qarşılanır.

Mövcud vəziyyəti dəyərləndirən yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov BAKU.WS-ə deyib ki, vətəndaşlar rayonlara üz tutarkən əsasən mikroavtobus və minik taksilərindən istifadə edirlər: "Yaxşı olardı ki, Ramazan tətilində kütləvi şəkildə rayonlara üz tutacaq vətəndaşlar üçün ciddi şərtlərlə daşımalara da icazə verilərdi.

Düzdür, bu işin bir tibbi tərəfi də var ki, buna da diqqət yetirilməlidir. Misal üçün şəhərdaxili ictimai nəqliyyatda həddən artıq sıxlıq var və heç bir məsafə gözlənilmir. Həkimlər bunu belə izah edir ki, şəhərdaxili daşımalarda səyahət müddəti az olur. Avtobuslardan istifadə zamanı 30 dəqiqə müddət keçirsə, rayonlara səfər zamanı bu, bir neçə saat təşkil edir".

Ekspert hesab edir ki, rayonlara avtobusla daşımalar zamanı məsafəyə əməl etmək olar: "Şəhərdaxili avtobuslarda çiyin-çiyinə, burun-buruna və kürək-kürəyə gedilirsə, rayonlara səfər zamanı belə hal olmur. Hər bir sərnişin öz oturacağında əyləşir, bundan əlavə avtobus bir müddətdən sonra saxlayır və salondakı havanı dəyişmək mümkün olur. Bunu qrafik şəklində də tənzimləmək olar və avtobuslar üçün qaydalar hazırlana bilər.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, rayonlara səfərləri təşkil edənlər arasında taksilər var ki, onlar gün ərzində bir neçə dəfə reys həyata keçirirlər. Onlar mənzil başına tez çatmaq üçün avtomobillərini sürətlə idarə edirlər. Elə sürücülər var ki, misal üçün gün ərzində Gəncəyə 4 dəfə reys edir. Bu çox təhlükəli haldır. Nazirlər Kabinetinin də qərarı var ki, sutka ərzində 8 saatdan çox avtomobil sürmək çox təhlükəlidir. Hətta hər iki saatdan bir fasilə olmalıdır.

Ramazan tətilində mövcud vəziyyəti nəzərə alaraq rayonlara avtobusların sərnişin daşımasını müəyyən şərtlərlə bərpa etməsi çox yaxşı olardı".

7 günlük tətil müddətində avtobuslarla bağlı qadağanın ləğv edilmə ehtimalının olub-olmamasını dəqiqləşdirmək məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) ilə əlaqə saxladıq. Qurumundan BAKU.WS-ə qeyd edildi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən ilin martda qəbul etdiyi qərar necədirsə, o cür də davam edir: "Rayonlara gediş-gəliş tətillərə, digər günlərə baxmır. Ötən il verilən qərarda hələlik heç bir dəyişiklik yoxdur"./BAKU.WS


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2640   Tarix: 04 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel