Deputat: "Dini təhsilə dair tələblər, İlahiyyat İnstitutuna qəbul balı artırılmalıdır"
"Azərbaycanda dini dərindən bilən çox sayda din xadimi var".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.
Deputat təklif edib ki, İlahiyyat İnstitutuna qəbul üçün bakalavr baza təhsili olan məzunlar seçilsin: "Din hər şeydən əvvəl ilahiyyat və fəlsəfi amildir. Təklif edirəm ki, dini təhsilə dair tələblər artırılsın. İlahiyyat İnstitutuna qəbul balı da artırılmalıdır".
Deputat Sabir Rüstəmxanlı bildirib ki, bu qanunun qəbulu millətin gələcəkdə milli birliyinin təminatında ciddi rol oynayacaq: "Ermənilər hər şeydən əlləri üzüləndə dini abidələrin qorunması məsələsində Azərbaycana cəbhə açırlar. Bizim dağıdılan dini abidələrimiz müzakirə edilmir. Ancaq yarısı bizim olan, ermənilərin olduğu iddia edilən kilsələrin dağıntısı dünya ictimaiyyətinin müzakirə mövzusu olur. Dünyada ikili standartlar hər zaman olub. Yaxşı söz var: "Din qılıncdır, dövlət qındır". Dövlət də gərək o qılıncı qında qorusun, qılınc qını kəsməsin. Biz Azərbaycanın milli maraqlarının təmin olunmasına çalışmalıyıq. Təəssüf ki, məscidlərimizdəki mollaların bir çoxu oranı qonşu ölkələrin təbliğat meydanına çeviriblər. Elə bil Azərbaycanın öz dərdi yoxdur, onlar ancaq ərəb və fars mifologiyasının təbliğatı ilə məşğul olur. Din xadimlərinin seçilməsinə ciddi yanaşılmalıdır. Ziyalılarımız da yüksək səviyyədə öz dinimizə sahib çıxmalıdır".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 459 Tarix: 04 may 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşLənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı
Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"
28 martBakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO
Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma
28 martTaksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna
28 martRamiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado
28 martLiftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib
28 martGəlinə verilən hədiyyə boşananda bölünəcək?
Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy
28 mart