İnfeksion xəstəliklərlə bağlı qanun qəbul EDİLMƏLİDİR - Deputatdan VACİB TƏKLİF

İnfeksion xəstəliklərlə bağlı qanun qəbul EDİLMƏLİDİR - Deputatdan VACİB TƏKLİFAzərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayındakı azalma dinamikası davam edir. Mayın 4-də koronavirus infeksiyasına 963 yeni yoluxma faktı qeydə alınıb, 2091 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 17 nəfər COVID-19-dan vəfat edib. Azalma dinamikası davam edərsə, bir neçə aya normal həyatımıza qayıda bilərikmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bu gün Azərbaycanda vaksinasiya davam etməkdədir:

"Dərmanların xaricdən gətirilməsi və insanlara vurulmasının özü belə, böyük hünər, maliyyə tələb edir. Təbii ki, bu, cənab Prezidentimizin xalqımıza verdiyi dəyər və apardığı siyasətin nəticəsidir. Bizim bu gün əsas çətinliyimiz bəzi insanların yenə də vətəndaşlarımızda çaşqınlıq yaratmaq üçün səsləndirdikləri fikirlərdir. Onlar səsləndirdikləri yalnış fikirlərə özlərini inandırdıqları kimi, bunu başqalarına da aşılamağa çalışırlar. Nəticədə də həmin insanlara görə yoluxanların və ölənlərin sayı çoxalır. Məhz bu cür halların baş verməməsi üçün də düşünürəm ki, biz infeksion xəstəliklərlə bağlı qanun qəbul etməliyik. Həmin qanunda bütün məsələlər öz əksini tapmalıdır".

Deputat vurğulayıb ki, gələcəkdə bizi hansı infeksion xəstəliklərin gözlədiyini bilmirik:

"Ən önəmlisi isə dünyada olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyasının neçə il davam edəcəyi hələ ki, məlum deyil. Bilirsiniz ki, artıq dünyada koronavirusun başqa bir növü, Hindistan ştammı da yayılmağa başlayıb. Ona görə də düşünürəm ki, koronavirusla bağlı yarana biləcək bütün problemlərə biz hazırlıqlı olmalıyıq. Qəbul edilməsini təklif etdiyim infeksion xəstəliklərlə bağlı qanunda bəzi məsələlərin, eləcə də vaksinasiyanın, insanlar üçün məcburi olması vacibdir. .Ya insanlar vaksinasiya olmalı, ya da izolyasiya olunaraq başqa yerə köçürülməlidirlər. Düzdür, pandemiya dövründə rayonlara gediş-gəliş qadağan edilib, lakin biz xarici ölkələrin təcrübələrindən də görürük ki, hər hansı bir infeksion xəstəliklərin yayıldığı bir bölgə tamamilə qapadılır. Düşünürəm ki, bütün bunlar dövlətimizin və insanların sağlam gələcəyi üçün vacibdir".

Cavanşir Paşazadə qeyd edib ki, koronavirus pandemiyası göstərdi ki, hər an hansısa xəstəliyin sürətlə yayılması mümkündür:

"Gələcəkdə bu kimi infeksion xəstəliklərin yarada biləcəyi fəsadlara hazır olmaq üçün qanun qəbul edilməsi mütləqdir. Təəssüf ki, bu gün bir çox insanlar maskanı cərimə olunmaması üçün taxır. Sağlamlığı pulla ölçmək düzgün deyil. Koronavirusla bağlı maarifləndirmə işləri mütəmadi olaraq davam etməlidir. Düşünürəm ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, koronavirus pandemiyası ilə mübarizədə də ümumxalq birliyi sərgiləməliyik. Bununla biz həm özümüzün, həm də gələcəyimizin sağlamlığını qorumuş olarıq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1282   Tarix: 05 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart