Aslanın öldüyü qəza ilə bağlı ŞOK FAKT üzə çıxdı - "BMW"-dən RƏSMİ AÇIQLAMA

Aslanın öldüyü qəza ilə bağlı ŞOK FAKT üzə çıxdı - "BMW"-dən RƏSMİ AÇIQLAMAXəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov ötən gün yol qəzasında vəfat edib.

Redaktor.az xəbər verir ki, qəzadan sonra avtomobilin görüntüləri bir sıra müzakirələrə səbəb olub. Belə ki, A.Hüseynovun idarə etdiyi "BMW' markalı avtomobilin təhlükəsizlik yastıqları açılmayıb.

Nəzərə alsaq ki, "BMW' dünyada ən təhlükəsiz avtomobillərindən biri hesab olunur, qəza zamanı sözügedən avtomobillərdə təhülkəsizlik yastıqlarının açılmaması mümkün deyil.

"BMW'-nin Azərbaycanda rəsmi və eksklüziv idxalçısı olan "İmprotex Motors" şirkətinin direktor müavini Ziya Mahmudov baş verən hadisə ilə bağlı saytımıza bunları deyib:

"Burada əsas məqam avtomobilin hadisədən öncə hansı vəziyyətdə olmasıdır. Görünür ki, yeni avtomobil deyil. Yeni istehsal olunan avtomobillərdə belə hadisələrin olması ehtimalı azdır. Təəssüf ki, Azərbaycana ABŞ və digər ölkələrdən yüzlərlə qəzaya düşmüş avtomobillər gətirilir. Bu avtomobillərin sözügedən ölkələrdə istifadəsi qadağandır. Lakin Azərbaycana gətirilir, dövlət nömrə nişanı verilir və istifadə olunur. Nəticədə belə xoşagəlməz hadisələr yaşanır".

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, müasir avtomobillərdə qurulan yeni sistem təhlükəsizlik yastıqlarının açılması üçün mütləq şəkildə təhlükəsizlik kəmərinin taxılmasını tələb edir:

"İlkin ehtimala görə, Aslan Hüseynov təhlükəsizlik kəmərindən istifadə etməyib. Mərhumun köhnə videolarına baxdıq, ifaçı avtomobil idarə edərkən çox vaxt təhlükəsizlik kəmərindən istifadə etməyib və ya normalara uyğun olmayan səviyyədə istifadə edib. Hiss olunur ki, təhlükəsizlik kəmərini sırf çəkiliş xatirinə taxıb.

Dünya təcrübəsində yol-nəqliyyat hadisələri araşdırılarkən bir məsələyə xüsusi diqqət yetirilir ki, insan neçə saat istirahət edib? Bizim qanunvericilikdə 4 saatdan artıq maşın sürmək olmaz. Aslan da anasının dəfnindən qayıdırdı, yorğun olub, nəticədə ağır qəza baş verib.

Əgər texniki baxışdan sonra məlum olsa ki, avtomobilin istehsalında hansısa texniki qüsuru olub, müğənninin yaxınları 'BMW' şirkətinə qarşı müəyyən iddia qaldıra bilərlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8714   Tarix: 05 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onu

18 aprel
.

Ağır qəzaya düşən Aytən Səfərovanın son VƏZİYYƏTİ

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir. Bu barədə -a TƏBİB-dən bildirilib. Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabi

18 aprel
.

Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin Xocalıda müsahibə aldığı 9 yaşlı Ləfxanımın qızın toyu olub. xəbər verir ki, bu barədə görüntülər "Günə son" verilişində nümayiş olunub. Goranboy rayonunun Ağca kəndinə yollanıb. Ləfxanımın 32 il sonra qayıtdığı doğma yurdund

18 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18 aprel
.

Rövşən Cəfərovun qızı vəfat etdi - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı.Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzu

18 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel