"Şuşa şəhərini tezliklə yenidən Qafqazın incisinə çevirəcəyik" - DEPUTAT

"Şuşa şəhərini tezliklə yenidən Qafqazın incisinə çevirəcəyik" - DEPUTAT"Şuşa Azərbaycan üçün hər zaman strateji və tarixi baxımdan əhəmiyyətli mərkəz olub".

Bunu Sonxeber.az-a açıqlamasında deputat İqbal Məmmədov söyləyib.

Deputat qeyd edib ki, Azərbaycanın görkəmli şəxsiyyətləri, dövlət, mədəniyyət, elm, incəsənət xadimləri də məhz Şuşada doğulub:

"Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər olmaqla yanaşı, həm də Qarabağ xanlığının mərkəzi olaraq xalqımızın həyatında özünəməxsus rol oynayıb. Tək Şuşa deyil, bütün işğal olunmuş ərazilərimizin - hər şəhər, hər kənd, hər qəsəbənin anım günü heç vaxt yaddan çıxmamalıdır. Bu gün, keçən illərdən fərqli olaraq, sadəcə Şuşa uğrunda canlarını qurban verən şəhidlərimiz anılacaq və onların xatirəsi hər birimiz üçün əzizdir. Anım günləri, onların qəhrəmanlıqları yaddan çıxmamalıdır. Çünki onların sayəsində düşməni məhv edib, Şuşamızı azad etdik. Bu gün Ali Baş Komandanımızın rəhbərliyi və Azərbaycanın qəhrəman oğulları sayəsində biz qürurla deyirik ki, Şuşamız azaddır və biz 30 illik işğala son qoyduq".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı çox mühüm sərəncam imzalayıb:

"Mədəniyyət paytaxtımız Azərbaycan üçün eyni zamanda geosiyasi və geoiqtisadi baxımdan vacib şəhərdir. Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub. Bundan əlavə, Şuşa tarixən mədəniyyət mərkəzi olub. Çünki Azərbaycanda və dünyada tanınan bir çox mədəniyyət və incəsənət xadimləri məhz Şuşa şəhərində doğulub. Şuşada olan tarixi-mədəniyyət abidələri, tarixi binalar hamısı Şuşanın bu ada layiq olmasını təsdiqləyən faktlardır. Hazırda Şuşanın yenidən qurulması və bərpası cənab Prezident İlham Əliyevin tapşırığı ilə ən yüksək səviyyədə aparılır. Tezliklə biz Şuşa şəhərini yenidən Qafqazın incisinə çevirəcəyik".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1261   Tarix: 08 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İftar süfrəsi üçün fərqli reseptlər

"İftar menyusu"nu təqdim edirik:. Mantı şorbası. Ərzaqlar:. Xəmiri üçün:. 3-3,5 stəkan un. 1 yumurta. 1 stəkan su. 1 çay qaşığı duz. İç üçün:. 300 qram qiymə . 1 soğan. 1 çay qaşığı duz. 1 çay qaşığı qara bibər. Bişirmək:. 1 stəkan qaynadılmış noxud. 1 orta boy soğan. 2 diş sarımsaq. 1 xörə

29 mart
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

29 mart
.

"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama

Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d

29 mart
.

"Coffee ‘N Joy" Avropa Gənclər Parlamentinə dəstək olub

"Coffee ‘ N Joy" ( EYP European Youth Parliament) Avropa Gənclər Parlamentinə öz dəstəyini göstərib. UFAZ-da keçirilən tədbir 3 gün davam edib və iştirakçıların özünü kəşf, şəxsi inkişafına yönəlik olub. Tədbir çərçivəsində müasir dünyada aktual olan problemlər və onların həlli yolları müzakir

29 mart
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəy

29 mart
.

Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində "Toplum TV" işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub. "Report" xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb

29 mart
.

"Xocalı qatilinin Azərbaycan torpaqlarına səfəri Ermənistan hökumətinin tərkibində 5-ci kolonun formalaşmasından xəbər verir" - DEPUTAT

"Bu gün Ermənistanın parlamentdə deputat olan Xocalı qatili Seyran Ohanyan fraksiyasının digər deputatları ilə birgə Qazağın işğal altında qalan kəndlərində olub". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edib ki, hər birimizə məlumdur ki, Ohanyan daha əvvəl bu kəndlərd

29 mart
.

"Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə edilir"

"Burada pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə gedir, lakin dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır". xəbər verir ki, bu fikirləri deputat Musa Quliyev Milli Məclisin plenar iclasında bildirib. Millət vəkili qeyd edib ki, əksin

29 mart
.

Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Bununla yanaşı, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər və 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılmas

29 mart