Şuşadan sonuncu çıxan uşaqlardan biri - Xuraman Şuşalı

Şuşadan sonuncu çıxan uşaqlardan biri - Xuraman ŞuşalıAzərbaycan xalqı 30 ilə yaxın müddətdə hər il böyük hüznlə may ayının 8-ni Şuşanın işğalı günü kimi qeyd edirdi. Bu gün isə Şuşa azaddır. Bu il Şuşanın işğal tarixini tamamilə başqa ab-havada qeyd edirik. Çünki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı işğaldan azad edib, Şuşa Azərbaycan xalqına qaytarılıb.Tarixi ədalət bərpa edilib və Qarabağ azaddır.

Bu günü şuşalılar da tamam başqa ab-hava ilə qeyd edirlər. Məsələ ilə bağlı yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı illər sonra bu günü sevinc və qürur hissi ilə qarşıladığını deyib:

"Bu günə şükürlər olsun. Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbr versin. Şəhid analarının, qazilərimizin qarşısında baş əyirəm. Sağ olsun Ali Baş Komandanımız və bu qələbədə əməyi keçən hər bir şəxs. Hər il bu günü göz yaşları ilə, stresslə qarşılayırdım, çünki mən Şuşadan sonuncu çıxan uşaqlardan olmuşam. Ona görə mənim üçün hər may ayının 8-i ağır gün idi. Hər ilin bu günü keçirdiyim həyat film lenti kimi gəlib gözümün qarşısından keçirdi, atamın, anamın ağır vəziyyəti, çəkdiklərimiz... Yenidən özümə gəlmək, toparlanmaq üçün uzun bir vaxt lazım olurdu. Lakin bu günə şükürlər olsun. Qalibiyyətimizə, Şuşanın geri qayıtmasına görə bu il bu günü daha yüngül keçirirəm. Şuşanı şəhidlərimizin qanı bahasına aldıq, onlara hər gün rəhmət oxuyuram. Qalib olmağımız təsəllimizdir, şəhidlərimizin qanı yerdə qalmadı".

Xanım sənətçi şuşalı olsa da, hələ də Şuşaya gedib çıxa bilmədiyini deyib:

"Hələ ki, mənə Şuşaya getmək qismət olmayıb. Allahın izni ilə mən də İnşallah, gedərəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2184   Tarix: 08 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Brilliant Dadaşovadan ÜZÜCÜ XƏBƏR

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub. xəbər verir ki, bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:. "Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdə

7 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə

17 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021