"Azərkosmos"un strukturu və nizamnaməsi ilə bağlı - Sərəncam

"Azərkosmos"un strukturu və nizamnaməsi ilə bağlı - SərəncamBaş nazir Əli Əsədov "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" Prezidentin Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Ədliyyə Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Kosmik Agentliyin (bundan sonra - Agentlik) strukturu, nizamnaməsi və nizamnamə fondunun miqdarı ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Agentlik dövlət qeydiyyatına alındığı gündən 15 gün müddətində "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə əməl olunmasını təmin etməlidirlər.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə və İqtisadiyyat şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 732   Tarix: 08 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel