Fahişəliyə cəlb olunan azərbaycanlı qız: "Gün ərzində 7 manatdan 15 nəfərlə..."

Fahişəliyə cəlb olunan azərbaycanlı qız: "Gün ərzində 7 manatdan 15 nəfərlə..."Sonxeber.az lent.az-a istinadən Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan qadının cinayət işi materiallarına istinadən zərərçəkmişlərin dəhşətli ifadələrini təqdim edir...

Məhkəmədə dindirilən zərərçəkmiş Nuray Nəzərova (şərtidir) ifadəsində bildirib ki, Xaçmazda ağır vəziyyətdə yaşayıb: "Türkiyəyə gedib, normal işdə çalışmaq niyyətim vardı. Rayonda bir-iki tanıdığımla məsləhətləşdim. Rayondan Nurəsdə adlı qız yaxın vaxtlarda İstanbula gedəcəkdi. Mən də onunla əlaqə saxladım, birlikdə getməyə qərar verdik. İstanbula çatanda bizi Nuranə və Murad adlı türk qarşılayaraq evlərinə apardı. Həmin axşam Nuranə məndən pasportumu istədi. Dedi ki, etibarlı yerdə saxlayaq. Mən də razılaşaraq pasportumu ona verdim. Sabahı gün Nuranə mənə burada fahişəlikdən başqa iş olmadığını dedi. İstanbula gələndə borc alıb gəldiyimdən onun dediyi ilə razılaşmağa məcbur qaldım. Nuranə və Murad müştərilər tapırdı, pulu da onlar alırdı, hər müştəridən alınan puldan az bir hissəsini mənə verirdilər. Bir neçə il cinsi istismara məruz qalmışam. Daha sonra vizamın bitməsinə az qalmış, sənədlərimi Nuranədən geri alıb Azərbaycana qayıtmışam".

Digər zərərçəkmiş Turanə Şəkərova (ad-soyad şərtidir) ifadəsinə qeyd edib ki, 18 yaşı olan zaman Nuranə və bacısının təkidi ilə İstanbula kafedə xadimə işləmək adı ilə aparılıb:

"Həmin vaxt anam xəstə idi. Onun müalicəsinə xeyli pul lazım idi. Ona görə Türkiyədə xadimə işləmək üçün getdim. Hətta yol pulum belə yox idi. Nuranənin bacısı mənə yol pulu verdi, Anama da bilet aldılar, avtobusla Türkiyəyə yola saldılar. İstanbulda Nuranənin özü və həyat yoldaşı kimi təqdim etdiyi Murad adlı şəxs bizi qarşıladı. Onlar bizi Halkalı bölgəsində yerləşən yaşadıqları evlərinə apardılar. İki gün Nuranəgillə birlikdə yaşadıqdan sonra ayrı ev tutdular. Anam onlarda qaldı. Dedilər ki, sən işdə-gücdə olacaqsan. Mən də razılaşdım. Təzə evdə Nuranə məndən pasportumu aldı ki, etibarlı yerdə saxlayacaq. Pasportumu ona verdim. Axşamı hansı kafedə işləyəcəyimi soruşdum. O isə mənə xadimə işinin olmadığını onun nəzarəti altında fahişəliklə məşğul olacağımı dedi. Çıxış yolum yox idi. Yaşamaq və anamı müalicə etmək üçün pula kəskin ehtiyacım var idi. Ona görə də razılaşmağa məcbur oldum. Bundan sonra Nuranə və Muradın gətirdiyi şəxslərlə intim əlaqədə oldum. Həmin şəxslərdən pulları Nuranə və Murad alardı. İki il müddətində gün ərzində 10-15 nəfər kişi ilə görüşüb cinsi əlaqədə olmağa məcbur edildim. Nuranəyə yaşım az olduğumdan dözə bilmədiyimi deyəndə məni hədələdi. Anamı müalicəyə aparırdılar. Ona görə dedikləri ilə razılaşırdım. Müştərilərlə 100 türk lirəsi( 21 manat) müqabilində görüşdüm. Həmin pulun 70 lirəsini (14 manat) Nuranəgil özlərinə götürürdü, qalan 30 lirəsini (7 manat) isə mənə verirdilər. Bundan başqa, Nuranə hər gündən məndən 30 türk lirəsi (7 manat) ev pulu alırdı. Müştərilərlə evdən kənarda, otellərdə və evlərdə görüşürdük. Əsasən müştərilər məni gəlib özləri ilə aparırdılar".

Zərərçəkən deyib ki, iki ildən sonra Nuranənin əlindən qaçıb anası ilə birlikdə Azərbaycana qayıda biliblər: "Lakin Azərbaycana qayıdandan bir müddət sonra pulsuzluq oldu. Ona görə bacımı da götürüb yenidən Türkiyəyə Nuranənin yanına getdim. Orada hər ikimiz cinsi istismara məruz qaldıq. Bir-iki ildən sonra yenidən Azərbaycana qayıtdıq. Nuranəni elədikləri üçün bağışlamıram, amma heç bir şikayətim tələbim yoxdur".

Digər zərərçəkmiş Aliyə Həsənova deyib ki, Xaçmazda Nuranənin bacısının vasitəçiliyə Türkiyəyə gedib: "Xaçmazda Nurəsdə mənə dedi ki, Türkiyənin İstanbul şəhərində bacısı yaşayır, adı Nuranədir, ailəsi var. Orada mənə yüksək maaşlı bir iş tapa biləcəyini dedi. Dedi ki, Türkiyədə evləri təmizləməyə, uşağa baxmağa yaxşı pul verirlər. Mən də razılaşdım, rəfiqəm Gülnarla İstanbula getməyə qərar verdik. Nurəsdə bizim üçün avtobusa bilet aldı və İstanbula yola saldı. Orada bizi Nuranə və həyat yoldaşı kimi tanıdığımız Murad qarşıladı. Onlar bizi kirayə yaşadıqları evə gətirdilər. Pasportlarımızı etibarlı olsun deyə aldılar. Bir iki gün keçəndən sonra Nuranədən işlə bağlı maraqlandıq. O bizə burda fahişəlik edəcəyimizi bildirdi. Etiraz elədik. O, bizə hədə-qorxu gəlməyə başladı. Dedi ki, Muradın kriminal dostları var və onların vasitəsi ilə bizim başımıza oyun açacaq. Qorxudan hər ikimiz məcbur qalıb Nuranənin təklifi ilə razılaşdıq. Gün ərzində 4-5 müştəri ilə görüşdürülürdük. Pulu Nuranə özü alırdı, az bir hissəsini bizə verirdi. Bir ildən sonra Nuranə bizə 700 dollar pul verdi, Azərbaycana qayıtdıq. Bizə dedi ki, burda baş verənlərlə bağlı kiməsə danışsaq və yaxud şikayət etsək, qohumlarımız arasında bizi rüsvay edəcək. Əlində görüntülər vardı. Azərbaycana qayıtdıq. 5 gün keçməmiş Nuranə yığdı ki, geri qayıdın. Şantaj etdi ki, qayıtmasaq başımıza oyun acacaq. Gülnarla məcbur qalıb, yenidən İstanbula qayıtdıq. Bir il dayanmadan cinsi istismara məruz qaldıq".

Məhkəmə prosesində dindirilən təqsirləndirilən Nuranə Əliyeva isə ifadəsində əməllərinə görə özünü qismən təqsirli bilib.

O deyib ki, 2010-cu ildə eyni əməllərə görə 4 il azadlıqdan məhrum edilib. 2 il həbs cəzası çəkdikdən sonra azad olunaraq Xaçmaza gəlib. Bir neçə il Xaçmazda yaşadıqdan sonra Türkiyənin İstanbul şəhərinə işləməyə gedib: "İstanbula gələndə bir müddət hoteldə qaldım, lakin iş tapa bilmədiyim üçün fahişəlik etməyə başladım. Bir müddət sonra Murad adlı Türkiyə vətəndaşı ilə tanış oldum. Onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başladıq. Ondan sonra işləmədim. Bir neçə il sonra Türkiyə polisi tərəfindən keçirilən əməliyyat zaman Muradla bir yerdə əxlaqsızlığa görə tutulduq. Murad 5 il şərti cəza aldı, mən isə 1 il. Daha sonra yenidən biz başqa yerdə ev tutaraq yaşamağa başladıq. İttihamla bağlı onu deyə bilərəm ki, mənim yanımda olan qızların heç birini mən fahişəliyə cəlb etməmişəm. Onlar Xaçmazdan mənimlə əlaqə saxlayaraq, orada fahişəliklə məşğul olduqlarını, lakin yaxşı pul qazana bilmədikləri üçün Türkiyəyə gəlmək istədiklərini deyirdilər. Mən də onlara köməklik göstərmişəm. Qızlar İstanbula gələndə Murad onları qarşılayıb və evə gətirib. Daha sonra onlar fahişəliklə məşğul olublar. Murad onlara müştəri tapmaqda köməklik edib və onlarda bunun qarşılığından Murada 20-30 türk lirası (6-7 manat) pul veriblər. Nə mən, nə də Murad heç kimi zorla fahişəliyə cəlb etməmişik, nə də heç kimin pasportunu almamışıq".

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar zamanı Nuranə Əliyevaya verilən ittihamın məhkəmə istintaqı zamanı sübuta yetirildiyi qənaətinə gəlib.

Məhkəmənin hökmü ilə Nuranə Əliyeva qəti olaraq 10 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 13258   Tarix: 08 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021