FIFA dörd azərbaycanlı futbolçuya ödəniş edəcək

FIFA dörd azərbaycanlı futbolçuya ödəniş edəcəkFIFA klublarında əmək haqqı ala bilməyən dörd azərbaycanlı futbolçuya dəstək olacaq.

Sonxeber.az xəbər verir ki, bu barədə ali futbol qurumunun Futbolçular Fondunun açıqladığı hesabatda bildirilir. Lakin həmin futbolçuların adları və alacaqları məbləğ göstərilməyib.

Maliyyə dəstəyi almaq üçün 2015-ci ilin iyulundan 2020-ci ilin iyununadək hüquqları pozulmuş futbolçular müraciət ediblər. Ümumilikdə 36 ölkədən 109 klubun 1 089 futbolçusundan ərizə verilib və 1 005-i təmin olunub. Azərbaycandan olan dörd müraciətin hamısı müsbət cavablandırılıb. FIFA ödənişlərə ümumilikdə 16 milyon ABŞ dolları ayırıb. Həmin məbləğ 2022-ci ilin sonunadək veriləcək.

Müraciət sayında ilk "3-lük"də Yunanıstan (291), Malayziya (147) və Türkiyə (117) qərarlaşıb. Ən çox ödəniş isə Yunanıstan (1,36 milyon dollar), Türkiyə (692 min dollar) və Rusiyaya (566 min dollar) veriləcək.

Qeyd edək ki, yardım alan futbolçuların klublarının ya ödəniş qabiliyyətləri olmayıb, ya da həmin klublar peşəkar səviyyədə çıxışlarını başa vurub


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 587   Tarix: 12 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib. "Report" milli assosiasiyanın saytına istinadən xəbər verir ki, aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndin

23 mart
.

Dani Alveş azadlıqda: İlk görüntüləri yayıldı - FOTO/VİDEO

Futbol üzrə olimpiya çempionu Dani Alveş apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. Məlumata görə, braziliyalı girov ödəmək üçün 1 milyon avro toplaya bilib. Onun hesabları dondurulub. Alveş girov ödəməsi ilə yanaşı, iki pasportunu (Braziliya və İspaniya pasportlarını) təhvil verib

25 mart
.

"Qalatasaray"ın oyunu ilə bağlı qalmaqallı görüntülər ortaya çıxdı - Video

Türkiyə Süperliqasının 26-cı turunda keçirilən "Qalatasaray" – "Antalyaspor" (2-1) matçı ilə bağlı baş tutan hakim iclasının görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdə adıçəkilən matçın hakimləri Abdulkadir Bitigenle Özgür Yankayanın (VAR hakimi) səh

27 mart
.

"Real Madrid"ın qapıçısı "Mançester Yunayted"ə keçə bilər

"Real Madrid"in qapıçısı Andrey Lunin "Mançester Yunayted"dən transfer təklifi alıb. Premyer Liqa klubu bu mövsüm özünü kral klubunun əsas qapıçısı kimi təsdiqləyən 25 yaşlı ukraynalı ilə müqavilə imzalamaq istəyir. İspaniya komandası ilə müqaviləsi 2025-ci ilin iyununda başa çataca

24 mart
.

Kartofu qaynadanda soda əlavə edin - MƏTBƏX SİRRİ

Kartof qaynatmaq çox asan yemək reseptlərindən biri ola bilər. Ancaq burada da bəzi nüanslar var. Məsələn, kartof tez-tez qaynadılır və püre halına gətirilir. xarici KİV-ə istinadən xəbər verir ki, əgər kartof püre üçün deyil, salat üçün bişirilirsə, bu problemə çevrilir. Aşpaz Yuliya Arxipova deyi

23 mart
.

Avropanın ən bahalı oyunçularının simvolik komandası - SİYAHI

Transfermarkt Avropanın ən bahalı oyunçularından ibarət simvolik komandasını hazırlayıb. xarici mediaya istinadla həmin komanda üzvlərini təqdim edir. Qapıçı: Dioqa Koşta 945 milyon avro, Portuqaliya). Müdafiəçilər: Yoşko Qvardiol (75 milyon avro, Xorvatiya), Ruben Diaş (80 milyon avro, Portuqaliya)

25 mart
.

Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib - YENİLƏNİB + VİDEO

Azərbaycan millisi Bakıda təşkil olunan "FIFA series - Edition 2024" layihəsində növbəti oyununu keçirib. -ın məlumatına görə, yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1. 59-cu dəqiqədə qonaqların heyətind

25 mart
.

Fransa millisinin futbolçusu komandanı tərk etdi - Maraqlı səbəb

Mamadu Diavara Ramazan ayında oruc tutmaq qadağasına görə Fransanın U-19 futbol yığmasını tərk edib. Qeyd olunur ki, daha əvvəl Fransa Futbol Federasiyasının prezidenti "Le Figaro" nəşrinə müsahibəsində milli komandanın tərkibində Ramazan ayında oruc tutmağı qadağan edən yeni qaydaları açıqlayı

24 mart
.

"Real" hakimdən şikayət etdi

Madrid klubu "Real" - "Osasuna" (4:2) matçının hakimliyindən narazı qalıb. xəbər verir ki, "Real"ın futbolçusu Vinisius Juniorun əleyhinə səsləndirilən şüarlar matçın hesabatına əlavə olunmadığı üçün klub hakimi şikayət edib. Madridlilər hakim Xuan Martinez Munuera haqqınd

19 mart