Ana ölümlərinin səbəbi...

Ana ölümlərinin səbəbi...Səhiyyə Nazirliyi ana ölümlərinin səbəblərini açıqlayıb

Səhiyyə Nazirliyi Azərbaycanda ana ölümlərinin ilkin səbəblərini açıqlayıb. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova açıqlamasında deyib ki, ana ölümlərinin ilkin səbəbləri iki qrupa bölünür.

O bildirib ki, bir qrup səbəblər hamiləlikdən öncə qadında mövcud olan xəstəliklərdir: "Məsələn, anadangəlmə ürək qüsurları, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, revmatizm, bir sıra irsi qan xəstəlikləri, epilepsiya, vərəm. Adətən bu qrup xəstəliklər hamiləlikdən öncəki dövrdə gizli keçir və yalnız hamiləlik zamanı özünü büruzə verir. Hamilə qadınlar bunu hamiləliyin gedişi ilə əlaqəli hesab edərək həkimə müraciət etmirlər. Xəstəlik ağır dekompensasiya mərhələsinə çatdıqda artıq gec olur və çox vaxt hamilə qadına yardım ləngiyir".

S. Məmmədovanın sözlərinə görə, ikinci qrup səbəblər yalnız hamiləliklə əlaqəlidir və yalnız hamiləlik vaxt üzə çıxır. Məsələn, hamiləlik hipertenziyası, hestasion diabet, hamiləlik proteinuriyası, preeklampsiya, eklampsiya, ciftin vaxtından əvvəl ayrılması. Bu xəstəliklər vaxtında araşdırılıb, yardım göstərildikdə qadının həyatını xilas etmək mümkündür. Bu səbəbdən respublikada mövcud olan antenatal qulluğa dair tövsiyələrdə göstərilir ki, hər bir hamilə ilk gündən qadın məsləhətxanasında qeydiyyata düşməlidir, mütəmadi olaraq həkim nəzarətində olmalıdır, vaxtı-vaxtında müvafiq müayinələrdən keçməlidir. Hər bir normal hamiləlikdə antenatal qulluq 7 gəlişdən ibarətdir. Lakin müayinələr zamanı hər hansı bir patologiya aşkarlanarsa, həkim müvafiq stasionara daha həcmli və dolğun müayinə və müalicə məqsədi ilə göndəriş verərək hospitalizasiya etməlidir. Araşdırma zamanı məlum olur ki, hamilə qadınlar və onların yaxınları əksər hallarda hospitalizasiyadan imtina edirlər və nəticədə təəssüf ki, bədbəxt hadisə baş verir".

S. Məmmədova qeyd edib ki, müvafiq təlimatlara uyğun olaraq, hər bir ana ölümü halı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına təqdim edilir: "Qısa bir müddətdə mütəxəssislərə təhlilə təqdim edildikdən sonra, zəruri hallarda əlavə mütəxəssis rəylərinə verilir. Ana ölümünün nəticələri toplandıqdan sonra, xüsusi keçirilən iclasda müzakirə edilib, müvafiq qərar qəbul edilir. Çox vaxt Komissiyaya ana ölümü kimi təqdim olunan halın təhlili qadının ölüm səbəbini hər hansı bir hamiləliyə əks göstəriş olan ekstragenital xəstəlik ucbatından baş verməsi müəyyən olunur. Məsələn, ağır ürək qüsuru, vərəm, anadangəlmə böyrək qüsuru və çatışmamazlığı, idiopatik trombositar purpura və s. kimi xəstəliklər".(apa.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1002   Tarix: 19 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Masaj faydaları və sağlamlığa təsiri

Masaj sağlamlığımıza hələ kəşf edilməmiş bir çox faydaları var. Sağlamlıq və rahatlıq baxımından əvəzsiz olan bu xidmət, müxtəlif növləri ilə hər kəsin ehtiyaclarına cavab verə bilir. masaj xidməti, gündəlik stress və gərginlikdən uzaq durmaq, fiziki və mənəvi sağlamlığı qorumaq üçün ideal bir seçimdir

24 mart
.

Arıqlamaq üçün vacib olan "toxluq molekulları"nı necə yaradaq?

Stenford Tibb Universitetinin alimləri aşkar ediblər ki, intensiv fiziki fəaliyyətdən sonra insan orqanizmi xüsusi "toxluq molekulları" əmələ gətirir. Bənzər bir maddə "Metformin" adlı məşhur diabet dərmanının qəbulu nəticəsində sintez olunur. Qan şəkərinə nəzarət etmək üçün metmorfi

23 mart
.

Həkim xəbərdarlıq etdi: "Uzunsaçlı gəlinciklər təhlükəlidir"

Uzunsaçlı gəlinciklər uşaqlar üçün ciddi təhlükə yarada bilər. -a istinadən bildirir ki, bunu Rusiya Uşaq Elmi-Tədqiqat Klinik İnstitutunun pediatrı Yekaterina Pasnova bildirib. O qeyd edib ki, uşaqlar gəlinciklərin başından qopan uzun saç tellərini uda bilərlər. Əgər bu tellər kifayət qədər uzun v

17 mart
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31 mart
.

Kişilər daha dözümsüzdür – Koronavirusla bağlı yeni araşdırma

Kişilərin və qadınların Covid-19-a yoluxduqları zaman fərqli simptomlarla üzləşdikləri məlum olub. -a istinadla xəbər verir ki, Lixtenşteyndəki Private Universitet tərəfindən aparılan araşdırma Covid-19-un cinsə görə fərqli təsirlərini üzə çıxarıb. Tədqiqatçılar geyilə bilən tibbi cihazdan istifadə edərə

10 mart
.

Səs tellərində problem olan insanlar bunun sayəsində danışa biləcəklər - FOTO

Artıq səs telləri zədələnən insanlar da danışa biləcəklər. Kaliforniya Universitetinin (ABŞ) Biomühəndislik Departamentinin alimləri bunun üçün insanın boynuna yapışdırılan xüsusi cihaz hazırlayıblar. Sözügedən qurğu boğaz əzələlərinin hərəkətlərini nitqə çevirmək qabiliyyətinə malikdir və insana sə

17 mart
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20 mart
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14 aprel
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24 mart