Azərbaycanda hansı nazirliklər ləğv olunacaq?

Azərbaycanda hansı nazirliklər ləğv olunacaq?Son günlər bəzi media orqanları və sosial şəbəkələrdə Azərbaycanda idarəetmə sahəsində ciddi struktur islahatlarının aparılacağı ilə bağlı təxminlər yayılır. Bildirilir ki, ölkədə mövcud olan nazirliklərin və dövlət xidmətlərin sayı endiriləcək.

Hazırda ölkədə 17 nazirlik və 7 dövlət xidməti fəaliyyət göstərir. Müqayisə üçün Almaniyada 11, Gürcüstanda isə 12 nazirlik olduğunu xatırladan bəzi ekspertlər hesab edir ki, Azərbaycanda dövlət idarəetmə aparatı çox böyükdür.

Əslində, son illərdə Azərbaycanda dövlət idarəetmə orqanlarının strukturunda müəyyən dəyişikliklər aparılıb. 2017-ci ildə Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birləşdirildi. Onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. 2019-cu ildə isə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, habelə Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi.

"Padşahlar, xanlar olub"

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı "Turan"a bildirib ki, Azərbaycan böyük dövlətçilik ənənələrinə malikdir, amma bu dövlətçilik tarixinin böyük bir hissəsi monarxiya üsulu ilə idarəçilik olub: "Padşahlar, xanlar olub. Bunlar da - baxmayaraq ki, çox güclü hüquq və məhkəmə sistemi olub, - daha çox təkhakimiyyətliliklə, hakimiyyəti atadan oğula ötürməklə idarə edib. O vaxt nazirliklərə ehtiyac olmurdu, vəzir, vəkil kimi vəzifələr var idi".

Deputatın sözlərinə görə, dövlət idarəçiliyi çətin bir sistemdir və hər xalq öz ənənələrinə uyğun olaraq onu yaradır: "Ona görə də burada bir doqma yoxdur ki, konkret qəlib olsun, ona uyğun da bütün dövlətlər aparatını qursun".

"Azərbaycanda sistem sovet dövründən qalıb"

S.Rüstəmxanlı vurğulayıb ki, Azərbaycanda sistem sovet dövründən qalıb. Onun xatırlamasına görə, Azərbaycanda hətta o vaxt bəzi sahələr məhdud olub: "Məsələn, respublikalarda Xarici İşlər Nazirliyi var idi, amma onlar çox az iş görürdü, çünki xarici siyasət Moskvada həll olunurdu. Buna baxmayaraq, nazirlik bizdə də var idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiyadan ayrıldıq, amma nazirliklər qaldı. Dövlətin inkişaf prosesində lazım olmayan nazirliklər sıradan çıxdı".

"Azərbaycanda son illərdə bu sahədə xeyli iş görülüb"

Deputatın fikrincə, ona görə də nazirliklərin sayı problem deyil: "Bu gün 17-dir, sabah 15 ola bilər. Yəni, hansı nazirliklər artıq lazım deyilsə və ya hansılar birləşə bilərsə, onlarla bağlı proses gedəcək. Hər halda Azərbaycanda son illərdə bu sahədə xeyli iş görülüb. Güman edirəm ki, bir neçə ilə bu məsələ özü tənzimlənəcək".

İqtisadçı Qubad İbadoğlunun isə AzadlıqRadiosuna bildirib ki, koronavirus pandemiyası dövründə Azərbaycanda gedən proseslər göstərdi ki, həm dövlət idarəetməsi, həm də dövlətin şirkət idarəetməsi təkmilləşdirilməlidir: "Bu zaman dövlət idarəetməsində maliyyə səmərəliyi, vətəndaşlara xidmət baxımından şəffaflıq və məmnunluğu təmin edən yeni bir sistemin təqdimatına ehtiyac var".

"Bu fərmanlar kağız üzərində qalır"

Ekspert qeyd edib ki, Azərbaycanda zaman-zaman dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlar imzalayıb: "24 noyabr 2016-cı ildə imzalanmış "Azərbaycan Respublikasında dövlət idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman var. Eyni zamanda, 2019-cu ildə yanvarın 14-də də prezident dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Görsənir ki, müəyyən cəhd var, amma nəticə yoxdur, çünki siyasi iradə zəifdir və bu fərmanlar kağız üzərində qalır".

Q.İbadoğlu deyir ki, Dünya Bankının hökumətin effektivliyi indeksinə görə, Azərbaycanda 2019-cu ildə 2018-ci illə müqayisədə vəziyyət daha da pisləşib: "Dövlət idarəçiliyində korrupsiya yüksəkdir. Bunu Dünya Bankının hesabatları da təsdiq edir. Yəni, bu gün idarəetmə məsələsinin təkmilləşdirilməsi işi günün tələbidir".

"Şişmiş dövlət aparatı..."

Onun sözlərinə görə, pandemiya da göstərib ki, bəzi sahələrdə mütləq dəyişikliklər olmalıdır: "Həm də bu şişmiş dövlət aparatı dövlət büdcəsinə böyük yükdür. İmkanlar əvvəlki kimi geniş deyil, neftdən gələn pullar əvvəlki kimi çox deyil. Ona görə də idarəetmə ilə əlaqəli prezident fərmanları, eyni zamanda strateji yol xəritələrində qeyd olunan məsələlər öz həllini tapmalıdır".

Q.İbadoğlu hesab edir ki, nazirliklərin və komitələrin sayı azalmalıdır: "Hazırda Azərbaycanda 17 nazirlik var. Təklif edirəm ki, onların sayı 11-ə qədər azaldılsın, çünki bir çox nazirliklər bir-birini təkrarlayır. Nazirliklərin əsas funksiyası həmin sahədə dövlət siyasətini müəyyənləşdirməkdir. Amma onlar həm də kommersiya fəaliyyəti ilə məşğuldur. Bu isə qəti yolverilməzdir"./Milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2170   Tarix: 15 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel