Qəbələdə Bum çayı üzərində körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB + FOTO

Qəbələdə Bum çayı üzərində körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB + FOTOQəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verildi.

Qeyd edək ki, Bum çayı üzərində yeni körpü və yol Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq inşa edilib. Uzunluğu 310, eni 9 metr olan körpü sürücülərin və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayır.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev: Cənab Prezident, icazə verin, bu körpünün tikilməsi ilə bağlı o tərəfdəki 11 kənddə yaşayan 20 min əhali adından Sizə minnətdarlığımı bildirim.

Prezident İlham Əliyev: Onların şəhərlə əlaqəsi necə idi?

Səbuhi Abdullayev: Bu 20 min əhalinin əlaqəsi, ümumiyyətlə, kəsilmişdi.

Prezident İlham Əliyev: Necə gəlirdilər, çayın üstündən keçirdilər?

Səbuhi Abdullayev: Bu çayın yatağının eni 703 metrdir. Bu, bizim ən təhlükəli dağ çaylarından biridir və sululuq burada həddindən çox olur.

Prezident İlham Əliyev: Nə vaxt, payız və qış aylarında?

Səbuhi Abdullayev: Bəli. Biz bu suyu borulara yönləndirirdik, insanlar gedirdilər. Bir güclü yağış yağanda yuyub aparırdı. İnsanlar rayon mərkəzinə gəlməkdən ötrü 30-35 kilometr məsafə qət edirdilər.

Bu layihənin icrası əhalinin məşğulluğunun təmin edilməsində və rayon mərkəzi ilə əlaqəsində mühüm rol oynayır.

Səbuhi Abdullayev: Cənab Prezident, Siz o vaxt - 2011-ci ildə Olimpiya Kompleksinin açılışında göstəriş verdiniz ki, biz şəhəri bu tərəfə istiqamətləndirək.

Prezident İlham Əliyev: Bəli, şəhərsalma ilə bağlı.

Səbuhi Abdullayev: Ondan sonra biz bu tərəfdə Peşə Təhsili Mərkəzi, 1 saylı uşaq bağçası, yanğınsöndürmə məntəqəsi inşa etdik. İndi isə Sizin müvafiq Sərəncamınızla 5 hektar ərazidə 160 çarpayılıq xəstəxana tikilir.

Prezident İlham Əliyev: Tikilən xəstəxanadır?

Səbuhi Abdullayev: Bəli, xəstəxana kompleksi tikilir. Artıq bu insanlar işlə təmin olunurlar.

Prezident İlham Əliyev: Şəhər bu tərəfə genişlənir. Artıq gediş-gəliş var. İşə cəlb olunurlar.

Səbuhi Abdullayev: 6-8 dəqiqəyə rayonun mərkəzindədirlər. Amma əvvəl 35 kilometr yol qət edirdilər. Qış aylarında buradan gediş-gəliş yox idi. Ona görə bu əhali Sizə həmişə minnətdardır.

12:07

Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verilib.
Qəbələdə Bum çayı üzərində körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB + FOTOQəbələdə Bum çayı üzərində körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB + FOTOQəbələdə Bum çayı üzərində körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB + FOTOQəbələdə Bum çayı üzərində körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB + FOTOQəbələdə Bum çayı üzərində körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB + FOTOQəbələdə Bum çayı üzərində körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB + FOTOQəbələdə Bum çayı üzərində körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB + FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 630   Tarix: 15 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT

Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idar

28 mart
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Oruc tutmaq xərçəngin yayılmasını ləngidir

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. xəbər verir ki, bu barədə türkiyəli həkim Özkan Akyolun araşdırmasında deyilir. Akyol bildirib ki, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elm

28 mart