Səhnəmizin gülüş ustası: Yaşasaydı, 71 yaşını qeyd edəcəkdi - FOTO

Səhnəmizin gülüş ustası: Yaşasaydı, 71 yaşını qeyd edəcəkdi - FOTOBu gün Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyevin doğum günüdür.

Arif Quliyev 16 may 1950-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulub.

1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.

Aktyor müxtəlif səpgili və xarakterli obrazlar yaradıb.

Teatr səhnəsində ifa etdiyi Şərbətəli ("Təzə gəlin"), Salyanski ("Gözün aydın"), Əli ("Qaynana"), Dursun ("Durna"), Mürsəl ("Gurultulu məhəbbət"), İbişov ("Özümüz bilərik"), Dursunov ("Hicran"), Tofiq ("Ev bizim, sirr bizim"), Hambal ("Məşədi İbad"), Mirzəqulu ("Durnalar qayıdanda"), Səbzəli ("Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

Arif Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb.

Xalq artisti İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri olub. 1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülüb.

1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. Elə həmin il Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə "Sənətkar" medalına layiq görülüb.

Xalq artisti 7 may 2021-ci il tarixində COVID-19 səbəbindən vəfat edib. O, Qurd qapısı qəbiristanlığında dəfn edilib. (Oxu.az)
Səhnəmizin gülüş ustası: Yaşasaydı, 71 yaşını qeyd edəcəkdi - FOTOSəhnəmizin gülüş ustası: Yaşasaydı, 71 yaşını qeyd edəcəkdi - FOTOSəhnəmizin gülüş ustası: Yaşasaydı, 71 yaşını qeyd edəcəkdi - FOTOSəhnəmizin gülüş ustası: Yaşasaydı, 71 yaşını qeyd edəcəkdi - FOTOSəhnəmizin gülüş ustası: Yaşasaydı, 71 yaşını qeyd edəcəkdi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1454   Tarix: 16 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021