2867 şəhidin ailə üzvlərinə sosial ödəniş edilib
Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərin ailə üzvləri, qazilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı icra olunan sosial dəstək tədbirləri artıq 21 mindən çox şəxsi əhatə edib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşülüb, sosial ödənişlərin təyin olunması üçün onların müraciəti olmadan, zəruri sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılıb. 2867 şəhidin 7326 ailə üzvünə 13598 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyinatı aparılıb. Həmçinin 93 mülki şəhidin 206 ailə üzvünə sosial ödənişlər təyin olunub.
Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya hərbi qulluqçuları birgə əyani müayinədən keçirir. Artıq 416 qaziyə əlillik və bununla əlaqədar Prezidentin aylıq təqaüdü, əlilliyə görə pensiya və ya müavinət təyin edilib.
Eyni zamanda, 3 minədək ailə sosial-psixoloji dəstəklə əhatə olunub. Reabilitasiya müəssisələrində yüzlərlə qaziyə reabilitasiya xidmətləri göstərilib. 17 hərbçi yüksək texnologiyalı müasir protez təmin edilib, 650 qaziyə 4500 reabilitasiya vasitəsi verilib.
Qeyd olunan kateqoriyalara aid şəxslərin məşğulluq məsələlərinin həlli də diqqətdə saxlanır. Onlardan 6 min şəxsin məşğulluğuna dəstək verilib, o cümlədən 4666-sı özünüməşğulluq proqramına cəlb olunub.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə Baxılıb: 868 Tarix: 16 may 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş4 terrorçu zərərsizləşdirildi
Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini
12 sentyabr 2021Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"
"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ
4 iyul 2021Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"
"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya
27 iyun 2021Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı
Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar
21 avqust 2021Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır
31 iyul 2021"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO
Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd
4 iyul 2021Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı
44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d
11 sentyabr 2021