Rüstəm Muradov da Azərbaycan - Ermənistanla sərhədə getdi

Rüstəm Muradov da Azərbaycan - Ermənistanla sərhədə getdiAzərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həlli ilə bağlı mayın 13-də başlayan danışıqlar bu gün Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun iştirakı ilə davam edir.

"Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Qoris icma rəhbərinin müavini Menua Hovsepyan məlumat verib.

Onun sözlərinə görə, Ermənistan tərəfdən danışıqlarda Silahlı Qüvvələrin Baş Qərargahının və ilk ordu korpusunun nümayəndələri iştirak edirlər.

"Danışıqlar təyin olunmuş vaxtda davam etdirildi. Rusiya tərəfdən görüşlərdə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov iştirak edir",- deyə Hovsepyan vurğulayıb.

Menua Hovsepyan sərhəddə vəziyyətin dəyişməz olaraq qaldığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, Azərbaycan XİN bu gün daha bir açıqlama yayaraq Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, Azərbaycanın özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirdiyini, bu prosesin Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirildiyini bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 4650   Tarix: 16 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyin

26 iyun 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Ermənilər ağaclara da minalar quraşdırıb - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib. ANAMA-dan -a bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı ço

26 iyun 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI

Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya

4 iyul 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəş

1 avqust 2021